Plakat
İmam Sadiq (ə) Ərəfə günü Ərəfatda cəmiyyətin arasından qalxıb yüksək səslə fəryad etdi: "Ey insanlar, Allahın Rəsulu özü imam idi". İmam (ə) imaməti onun öz mənəvi və əsli mənbəyindən (bəyan etməyə) başlayır və müsəlmanlar üçün şiə imamətinin şəcərənaməsini (zehnlərdə) bu cür formalaşdırır. Peyğəmbər (s) özü imam idi, ondan sonra Əli (ə) və daha sonra "Hüseyn (ə)". Bir-bir atalarının adlarını sadalamağa başlayır və daha sonra isə özünün imam olduğunu qeyd edir. Bu imamət və hökumət iddiası İmam Sadiqin (ə) Bəni-Üməyyə hökumətinin axır dövrlərində mübarizəsinin pik nöqtədə olduğunu göstərir.