Hidden in list: 
Show in list
Korona məsələsi təhsili geri saldı Plakat

Korona məsələsi təhsili geri saldı

  Korona və virtual təhsil məsələsi təhsildə geriləməyə səbəb oldu. Şagirdlərin dərsləri öyrənmək və dinləməklə yanaşı, təhsil mühitində və həmyaşıdları arasında iştirak etməyə ehtiyacları var. Bu iştirak güclənməyə səbəb olur və məktəbdə iştirak gərəkli bir işdir.
Əhli-beytin tərbiyə etdiyi xanım Plakat

Əhli-beytin tərbiyə etdiyi xanım

Bu möhtərəm xanım, bu Peyğəmbər ailəsinin qucağında böyüyən gənc qız imamların (əleyhimus-salam) səhabələri və dostları ilə birlikdə öz hərəkəti ilə müxtəlif şəhərlərdən keçərək insanlar arasında yol boyu mərifət (bəsirət) və vilayət toxumu səpməklə bu bölgəyə çatır və Qum şəhərinə yetişir. Bu gəliş Qum şəhərinin zülmkar hakimlərinin o qaranlıq və zülmət dolu dövründə Əhli-Beyt (əleyhimus-salam) maarifinin əsas dayağı kimi parlamasına, o cümlədən Şərqdən Qərbə qədər bütün İslam aləminə elm və Əhli-beyt maarifinin nurunu ötürən əsas bir şəhər olmağına səbəb oldu.                             Ayətullah Əl-Üzma Seyid Əli Xamenei     21.10.2010                                            
Məktəblərdə görülməli olan ən mühüm işlər Plakat

Məktəblərdə görülməli olan ən mühüm işlər

  Məktəblərdə cəlbedici tərbiyə işləri aparılmalıdır. Milli kimliyi və vətənə sevgini gücləndirmək, dövlət bayrağını möhkəmləndirmək, İslami həyat tərzini öyrətmək bizim görməli olduğumuz ən mühüm işlərdəndir.
Ölkənin inkişafında müəllimlərin rolu Plakat

Ölkənin inkişafında müəllimlərin rolu

  Biz ölkənin hərtərəfli inkişafının ardıncayıq. Müəllimlərin və təhsil sisteminin köməyi olmadan tərəqqinin çətin mərhələlərindən keçmək mümkün deyil.
Müəllim-şagird münasibətləri Plakat

Müəllim-şagird münasibətləri

  Müəllim şagirdə öz övladı kimi baxmalıdır. Siz müəllimlər oğul və qızlarınız üçün nə arzularınız varsa, şagirdləriniz üçün də eyni şeyləri istəyin.
Fəhlənin məharətlərinin inkişafına zəmin yaratmalısınız Plakat

Fəhlənin məharətlərinin inkişafına zəmin yaratmalısınız

Əgər bir şəxs bir fəhləyə zülm edərsə, onun bütün xeyir əməlləri aradan getmiş olar. Allah behiştin ətrini bu insan üçün haram edər. Yaxşı, indi bu zülm nədən ibarətdir? Muzdunu ödəməməkdən, səhiyyə və sığorta kimi ehtiyaclarını təmin etməməkdən və s. Əgər bir fəhləyə zülm olunmasına razı deyilsinizsə, onda onun məharətlərininin inkişafı üçün zəmin yaratmağınız gərəklidir.
İraq milli sərvətlərini qoruyub saxlamalıdır Plakat

İraq milli sərvətlərini qoruyub saxlamalıdır

  İraq hökumətinin hazırkı vəziyyəti İraq xalqı və qruplarının birliyi nəticəsindədir. İraqın yaxşı şəxsiyyətləri və düşüncəli insanları, həmçinin yüksək fəaliyyətli və yüksək ruhiyyəli cavanları kimi milli sərvətləri vardır, bunları qoruyub saxlamalı və bu birlik üçün zəmin yaratmalıdır.
Amerikalıların heç kimlə dostluğu yoxdur Plakat

Amerikalıların heç kimlə dostluğu yoxdur

  Amerikalılar İraqın dostu deyildir. Amerikalılar heç kimlə dost deyil, hətta avropalı dostlarına da sadiq deyillər. İraqda bir amerikalının varlığı belə çoxdur.
İraqın hərtərəfli inkişafı İran üçün önəmlidir Plakat

İraqın hərtərəfli inkişafı İran üçün önəmlidir

  İraqın tərəqqisi, firavanlığı, müstəqilliyi və dirçəlişi İran İslam Respublikası üçün çox önəmlidir. İkitərəfli əməkdaşlığın genişləndirilməsi, razılaşmaların həyata keçirilməsi hər iki ölkənin marağındadır.
İşçi qüvvəsi düşmənə fürsət vermədi Plakat

İşçi qüvvəsi düşmənə fürsət vermədi

    Düşmənlər işçi cəmiyyətini İran hökumətinin qarşısında qoymaq üçün çox çalışdılar, lakin bacarmadılar. Təbii ki, fəhlələrin müəyyən etirazları olub və bu da yerli bir etirazdır, lakin işçi kollektivi düşmənlə öz aralarında qırmızı xətt qərar verdi. Düşmənə bu etirazdan sui-istifadə etməyə imkan vermədilər.