Hidden in list: 
Show in list
Hərbun limən harəbəkum üçün başqa məna.... Plakat

Hərbun limən harəbəkum üçün başqa məna....

"Hərbun limən harəbəkum" həmişə ələ silah almaq mənasında deyil, doğru düşünmək, düzgün danışmaq, düzgün müəyyən etmək və dəqiq nişan almaq deməkdir. Vəzifənin nə olduğunu bilin, getməli olduğunuz yolu tanıyın. Əgər bu formada düşünsək, yolu müəyyən edib səy göstərsək, həyat mənalı və hədəfli olacaqdır.
Aşura ruhiyyəsi şiələri qaynar güllələrə çevirir Plakat

Aşura ruhiyyəsi şiələri qaynar güllələrə çevirir

Şiə harada olsa, Hüseynin Aşurasının yolunu gedəcəkdir. Biz bunun səbəbini hər yerdə şiələrdə gözəçarpan bu nəbz döyüntülərinin o müqəddəs ziyarətgahdan qaynaqlandığında görürük. Bunlar (Aşura ruhiyyəsi) o müqəddəs, o pak ruhdan və o dəyəri uca olan qəbirdən qaynaqlanaraq şölələnib, ruhlara və canlara yayılıb, insanları isə qaynar güllələrə çevirərək, düşmənin ürəyinə sancıb.
Şiə Aşuranın davamçısıdır Plakat

Şiə Aşuranın davamçısıdır

Şiənin ruhu Kərbəla və Aşuradan qaynaqlanan bir ruhdur. Şiənin bədənində Aşura gününün nəbzinin döyüntüsü aydın şəkildə görünür. Şiə harada olsa, Hüseynin Aşurasının yolunu gedəcəkdir. 
ƏRBƏİN BUDUR Plakat

ƏRBƏİN BUDUR

Ərbəin şiələrin ümumdünyəvi yığıncaqda xatirələrlə dolu bir yerdə toplanması deməkdir. Ərbəin xatirələr diyarıdır; şanlı və böyük xatirələr yurdu, şəhidlər yurdu, Allah yolunda şəhid olanların məzarı!  İmam tərəfdarı olan şiələr bura toplaşıb, bacardıqları qədər bir-birilərinə qardaşlıq əli uzadıb, vəfadarlıq əhd-peymanı bağlamalıdırlar. Ərbəin budur. 
Ərbəin–şiələrin beynəlxalq yığıncağı Plakat

Ərbəin–şiələrin beynəlxalq yığıncağı

Şiələrin itaət edib, tabe olmaları hesab üzündən, fəryad çəkmələri verilən göstərişə uyğun, susmaları plan əsasında və bir sözlə, hər şey hesab-kitabla idi. Onların işinin yalnız bir çatışmazlığı var idi və o da bir-birlərini daha az görmələri idi. Bir şəhərin camaatı və eyni bölgənin şiələri, təbii ki, bir-birilərini görürdülər, lakin hər bir İmamın (ə) zəmanəsində yaşayan şiələr üçün ümumdünyəvi bir yığıncaq lazım idi. Həmin tarix Ərbəin günü, iştirak ediləcək yer isə Kərbəla torpağıdır.
Şəhid Haniyə Plakat

Şəhid Haniyə

Şəhid Haniyənin Allah yolunda şəhid olmaqdan və Allah bəndələrinə nicat verməkdən qorxusu yox idi.
Əziz olan şəhid Haniyənin qanının intiqamı Plakat

Əziz olan şəhid Haniyənin qanının intiqamı

Cinayətkar və terrorist sionist tejimi bizim əziz qonağımızı öz evimizdə şəhadətə çatdıraraq, qəlbimizi dağladı, lakin bunu etməklə özü üçün ağır bir cəza şəraiti yaratmış oldu. Biz İslam Respublikasında baş vermiş bu acı və ağır hadisədə onun qanının intiqamını almağı özümüzə vəzifə bilirik.
Fələstin – Ümumdünya bir məsələ Plakat

Fələstin – Ümumdünya bir məsələ

Bu gün Fələstin və Qəzza məsələsi ümumdünya bir məsələdir. Amerika konqresinin daxilindən ta Paris Olimpiadasına və bu minvalla hər yerə qədər bu məsələ yayılmışdır.
Amerika və İsrail müqaviməti məğlub edə bilmədilər Plakat

Amerika və İsrail müqaviməti məğlub edə bilmədilər

Müqavimət qüdrəti günbəgün daha çox özünü göstərir. Amerika kimi o əzəmətdə hərbi, siyasi və iqtisadi bir sistem qəsbkar sionist rejimin arxasında dayanmaqla bir müqavimət qrupu ilə döyüşürlər, lakin onları diz çökdürə bilmədilər.