Hidden in list: 
Show in list
Belələrini elmdən ayırmaq mümkün deyil Plakat

Belələrini elmdən ayırmaq mümkün deyil

Hansı alimi tapa bilərsiniz ki, əlinin altında bir neçə cild kitab olmasın və gecə-gündüz, vaxtlı-vaxtsız onları oxumasın? Elm və mərifət əhlini, elmin dadını duymuş olanları elmdən ayırmaq mümkün deyil.
Quran sayəsində ölkənin əzəməti Plakat

Quran sayəsində ölkənin əzəməti

Bütün ailələr, bütün xalq və məxsusən də gənclər namaza, məscidə, ibadət və Quran məclislərinə əhəmiyyət versinlər. Bu gün bu ölkə əzəmət, izzət və qüdrətdən hər nə ələ gətiribsə, Quranın, İslamın, namazın, Allaha ibadət və zikrin sayəsində ələ gətiribdir. Həm dərsə və işə diqqət yetirilməli, həm də dindarlığa. Bütün bunların hamısı dindarlığa söykənir. Namazla, məscidlə, ibadətlə, dini və Quran məclisləri ilə ünsiyyətdə olmalısınız.
Bu ümumi bir qaydadır Plakat

Bu ümumi bir qaydadır

Sionist rejimin cinayətləri Livanda, Qəzza və Fələstində özlərinin istədiklərinin əksini yaradır. Yəni müqaviməti daha da gücləndirir, şiddətləndirir. Bu ümumi bir qaydadır və mütləq, həyata keçəcəkdir.
Özünü tərbiyə edən xanım nəsillər yetişdirər Plakat

Özünü tərbiyə edən xanım nəsillər yetişdirər

İslam əxlaqına malik olan və nəfsini paklayan bir qadın gələcək nəsli dəyişdirə və tərbiyə edə bilər.
Gənc və uşaqları mütaliəyə alışdırın Plakat

Gənc və uşaqları mütaliəyə alışdırın

Cəmiyyətimizdə kitaba qarşı laqeydlik mövcuddur. Bəzən insan televiziyada ondan-bundan (mütaliə barədə) soruşulduğunu görür: "Cənab, gündə neçə saat mütaliəyə vaxt ayırırsınız?" və ya "Nə qədər vaxt kitab oxumağa sərf edirsiniz?" Biri deyir beş dəqiqə, biri deyir yarım saat! İnsan təəccübə gəlir. Biz gəncləri və uşaqları kitab oxumağa alışdırmalıyıq, çünki bu, onların həyatlarının sonuna qədər onlarla birlikdə olacaqdır.
ABŞ-ın yalançı insan hüquqları iddiası Plakat

ABŞ-ın yalançı insan hüquqları iddiası

Livan və Qəzzada bir il ərzində əksəriyyəti qadın və uşaq olmaqla əlli min nəfərin şəhid olması az bir şeydirmi? Amerikalılar insan hüquqlarından dəm vurduqları halda bu cinayətləri dəstəkləyirlər. Nəinki dəstəkləyir, hətta bu cinayətlərdə iştirak da edirlər. Silah da Amerikanın, plan da Amerikanındır.
Ən böyük günah sionistlərə edilən köməkdir Plakat

Ən böyük günah sionistlərə edilən köməkdir

Sionist rejimə edilən azacıq bir kömək belə, ən çirkin və ən böyük günahlardan biridir.
Hansı günaha görə öldürüldülər? Plakat

Hansı günaha görə öldürüldülər?

Bu ağlasığmaz cinayətlər yeganə dərmanı məhv olmaq olan canavar sifət və uşaq qatili sionist rejimin zati həqiqətidir.
Nəsrullahın məhəbbəti məntəqəni ötüb keçib Plakat

Nəsrullahın məhəbbəti məntəqəni ötüb keçib

Seyid Həsən Nəsrullah mübariz və haqq tələb insanların ümid yeri və cəsarət mənbəyi idi. Onun məhəbbətinin miqyası Livan, İran və ərəb ölkələrindən kənara ötüb keçmişdi və hazırda onun şəhadəti bu təsiri daha da artıracaqdır.​
Əzadarlığımız hərəkətə gətirəndir Plakat

Əzadarlığımız hərəkətə gətirəndir

Əzadarlığımız naümidlik və pərişanlıq üzündən deyil. Əzadarlığımız eynilə Seyyidüş-Şühəda Hüseyn ibn Əlinin əzadarlığı kimidir. Bu əzadarlıq dirildən, dərs verən, şövq və ümid yaradan əzadarlıqdır.