Prezidentin idarəçilik tərzi xüsusi üslub idi; həmkarlarına, nazirlərinə, hökumətdə işləyən müdirlərə səmimiyyətlə yanaşırdı. Xalqın kəramət və izzətə layiq olduğuna etiqad bəsləyirdi. O, xalqa və gənclərə öz fikirlərini bildirmək üçün imkan yaradardı, xalqın ehtiramını saxlayardı.
Müqavimət cəbhəsi bu qaranlıq və ümidsizliklə dolu olan fəzanın daxilindən baş qaldırdı və İranda yaranan İslam Respublikası onu daha da genişləndirdi və qüdrtələndirdi.
İnşallah, əziz xalqımız ən yaxşısını seçər. Seçkilərin ikinci turunda xalq, adətən, daha çox çalışmalıdır ki, işi başa çatdırsın və sabah, inşallah, prezidentimiz olsun.
İran İslam Respublikası dünyanın ümumi məsələlərinə nisbətdə məntiqə və sözə sahibdir. Bizim Fələstin hadisəsində, Amerika hadisələrində və dünyanın yeni nizamı mövzusunda deyəcək sözümüz vardır. Bizim (bütün bunlar haqda) sözümüz vardır və dünya bunun üzərində hesab açır. Bu, İstiqlaliyyət deməkdir.
Bu qəsbkar_rejimin ən böyük havadarı İngiltərənin ilk yardımlardan sonra Amerika Birləşmiş Ştatlarıdır ki, birbaşa siyasi, iqtisadi cəhətdən və silah verməklə o rejimin arxasında dayandı. Hətta bağışlanmaz bir ehtiyatsızlıqla nüvə_silahı istehsalının yolunu bu rejimin üzünə açdı və bu yolda ona kömək etdi.