زیر سرویس 1: 
زیر سرویس 2: 
زیر سرویس 3: 
Hidden in list: 
Show in list
Qasim Süleymaninin şəhidliyinin bərəkəti Klip

Qasim Süleymaninin şəhidliyinin bərəkəti

Şəhid Suleymani haqqında başqa bir məsələ bu böyük şəhidliyin bərəkətləridir. Bu əziz şəhid hər dəfə bizə gördüyü işlər barədə istər yazılı, istərsə şifahi hesabat verəndə mən həm qəlbimdə, həm də dilmdə onu tərif edirdim. Amma bu gün onun səbəb olduğu şeyin, yəni ölkə və məntəqə üçün etdiyinin müqabilində mən təzim edirəm. Böyük iş görüldü, qiyamət etdi. Mənəviyyatı onun şəhidliyini bu cür yüksəltdi. Budur İranlıların və İraqlıların onu (cənazəsini) yola salmağı. Kazimeyndə, Bağdadda, Nəcəfdə, Kərbəlada nə etdilər bu tikə-tikə olmuş bədənlə. Onun pak ruhuna dərin təşəkkürümüzü bildiririk.
İranı devirmək əmri Plakat

İranı devirmək əmri

Əlimdə olan dərc olunmuş bir sənəddə deyilir ki, 1979-cu ilin dekabrında Karter MKİ-yə İran İslam Respublikasını devirmək əmri verir, yəni məhz inqilabın əvvəlindən onların planı bu idi. Maraqlı məqam budur ki, onlar bu işi propaqanda vasitəsilə etmək istəyirdilər
İnqilab İranı düşmən hülqumundan xilas etdi

İnqilab İranı düşmən hülqumundan xilas etdi

İslam İnqilabının məqsədi İranı Qərbin hülqumundan çıxarmaq, o cümlədən batil Qərb mədəniyyətinin əl-ayağı altında əzilən, onların siyasi və hərbi hökmranlığı altında olan İranı müstəqilləşdirmək və islami olan İranın tarixi kimliyini diriltmək idi.
İmanlı cavanlar inkişafın zəmanətləridir

İmanlı cavanlar inkişafın zəmanətləridir

Əgər bizim meydanda Müqəddəs Müdafiə dövrünün gəncləri kimi gənclərimiz olarsa, inkişaf qaçınılmazdır. Yəni dünyanın bütün qüdrətləri əl-ələ verib İranı parçalamaq istəyirdilər, lakin bu ölkənin bir qarış torpağını belə işğal edə bilmədilər. Bu, kiçik bir məsələdirmi? Bu, kiçik qələbədirmi?
Qadın və ailə idarəçiliyi Ayətullah Əl-Üzma Seyid Əli Xamenei

Qadın və ailə idarəçiliyi

Qadının özü və fəaliyyəti olmadan ailəni idarə etmək mümkün deyil. Bəzən ailədə elə düyünlər yaranır ki, ancaq qadının zərif barmağı (incə duyğuları) ilə açılır. Kişi nə qədər güclü olsa da, bəzi düyünləri aça bilməz.
İslamda qadınların evdarlığı Ayətullah Əl-Üzma Seyid Əli Xamenei

İslamda qadınların evdarlığı

Qadınların evdarlıq məsələsində onların evin içində oturub heç nə etməmələrini, ictimai-siyasi fəaliyyət göstərməmələrini nəzərdə tutmuruq. Xeyr, evdarlıq, yəni xanımın ev işləri ilə məşğul olmasıyla yanaşı öhdəsindən gələ biləcəyi başqa işləri də etməsi deməkdir.
Qadın ailədə hava kimidir Ayətullah Əl-Üzma Seyid Əli Xamenei

Qadın ailədə hava kimidir

Qadın ailəni bütünlüklə əhatə edən hava kimidir. Yəni hava olmadıqda tənəffüs etmək mümkün olmadığı kimi, qadın da ailə mühitində belədir.  
Qadınlar bütün bəşəriyyətin örnəyi Ayətullah Əl-Üzma Seyid Əli Xamenei

Qadınlar bütün bəşəriyyətin örnəyi

Quran iki qadını bütün insanlar üçün nümunə göstərir. Biri Fironun həyat yoldaşı Asiya, digəri isə Məryəmdir. Quran kişiləri örnək kimi təqdim edən Qərb sivilizasiyasının tam əksinə olaraq, qadınları nümunə göstərir. (Qadınları da) təkcə qadınlar üçün deyil, əksinə, bütün insanlar üçün örnək göstərir.
İslamda kişi və qadın bərabərliyi

İslamda kişi və qadın bərabərliyi

İslam insana insan olaraq dəyər verib kişi ilə qadın arasında heç bir fərq qoymur. İnsani və islami dəyərlər baxımından qadın və kişinin bərabərliyi İslamda aşkar məsələlərdən biridir.
Qərb kapitalizm sistemi Plakat

Qərb kapitalizm sistemi

Qərb kapitalizm sistemi patriarxal bir sistemdir. Bu sistemdə kapital insanlıqdan yüksəkdir. İnsanlıq yalnız kapitala xidmət etməkdən ibarətdir. Belə bir şəraitdə hər kəs daha çox sərmayə ələ gətirə bilsə, daha dəyərli hesab olunur.