İran və Pakistan arasında isti münasibət Xəbər

İran və Pakistan arasında isti münasibət

İran və Pakistan arasında münasibətlər həmişə isti və qardaşcasına olub. Səddamın İrana qarşı tətbiq etdiyi müharibə zamanı Pakistanın yaxşı mövqeyi bu qardaşcasına münasibətlərə misaldır.
Aşura xalqların düyünlərini açacaq Plakat

Aşura xalqların düyünlərini açacaq

Həqiqətən də, İslamın İmam Hüseynin qiyamı ilə qorunduğuna dair bu etiqad düzgün bir etiqaddır. Təxminən yüz il əvvəlki dövrlə müqayisədə insanların dindarlığına zahirən bu günkü qədər qarşı çıxanlar yox idi, amma bu gün keçirilən mərasimlər daha coşqulu, daha təsirli və daha geniş miqyasda keçirilir. Bütün bunlar Hüseyn ibn Əlinin (ə) rəhbərliyi ilə dünyada irəliləyən bir həqiqətin və bir cərəyanın göstəricisidir. Bu cərəyan yol açacaq və xalqların düyünlərini açacaqdır.
SAKİT DAYANMAYIN Plakat

SAKİT DAYANMAYIN

İslam Şurası Məclisi üçün diplomatiya sahəsində fəaliyyət nümunələrindən biri həmin Qəzza məsələsidir. (Bu mövzuda) Rahat oturmayın, sakit qalmayın... Amerika kimi böyük bir hərbi, siyasi və iqtisadi sistem qəsbkar sionist rejimin arxasında dayanaraq, bir müqavimət qrupu ilə döyüşürlər, amma bununla belə, onları diz çökdürə bilmirlər. HƏMAS və müqaviməti diz çökdürə bilmədiklərinə görə öz hiddətlərini xalqın üzərinə tökürlər.
Hegemonlar dünyanın taleyi ilə oynaya bilməzlər Plakat

Hegemonlar dünyanın taleyi ilə oynaya bilməzlər

Biz hegemoniyaya, hegemon quruluşa və bir neçə ölkənin dünyanın taleyinə hakim kəsilməsinə qəti şəkildə qarşıyıq, bununla mübarizə aparırıq və onların dünyanın taleyi ilə oynamasına imkan vermərik.
Şəhidlər bu psixoloji savaşı zərərsizləşdirdilər Plakat

Şəhidlər bu psixoloji savaşı zərərsizləşdirdilər

Düşmənlər İslam İnqilabının qələbəsinin əvvəlindən müxtəlif yollarla millətimizə təlqin edirdilər ki, Amerika, İngiltərə və sionistlərdən qorxmalısınız. Şəhidlər öz fədakarlıqları ilə bu psixoloji savaşı zərərsizləşdirdilər.
İmam Xomeyni (r.ə) hüseyniyyəsində Həzrət Seyyidüş-Şühədanın (ə) əzadarlıq məclisinin üçüncü gecəsi foto görüntülər - Məhərrəm 1447 Fotolar

İmam Xomeyni (r.ə) hüseyniyyəsində Həzrət Seyyidüş-Şühədanın (ə) əzadarlıq məclisinin üçüncü gecəsi foto görüntülər - Məhərrəm 1447

Hər il olduğu kimi, Həzrət Seyyidüş-Şühədanın (ə) əzadarlıq mərasimi 04.07.2025-cü il tarixdə Cümə hicri-qəməri təqvimi ilə 1447-ci ilin Məhərrəm ayının 8-ci, yəni Tasua gecəsi Əhli-beyt aşiqlərindən ibarət bir qrup insanların iştirakı ilə İmam Xomeyni (r.ə) hüseyniyyəsində keçirildi.
İnqilab Rəhbərinə olan hədə ilə bağlı təqlid mərcələrinin fətvaları Plakat

İnqilab Rəhbərinə olan hədə ilə bağlı təqlid mərcələrinin fətvaları

Ayətullah Seyid Əli Sistani (bəyanat): İranın Ali Dini Rəhbərinə qarşı hər cür cinayətkar hərəkət və sui-qəsd cəhdi bütün bölgə üçün ağır nəticələrə səbəb olacaq.   Ayətullah Məkarim Şirazi (istiftaat): İslam ümmətinə və onun hakimiyyətinə zərbə vurmaq məqsədilə Rəhbərliyi (Vəliyyi-fəqihi) və mərcəiyyəti hədələyən və ya onlara qarşı təcavüz edən istənilən şəxs və ya rejim müharibə elan etmiş (muharib) sayılır.   Ayətullah Nuri Həmədani: Əzəmətli mərcə və İslam ümmətinin Rəhbərliyinə (Vəliyyi-fəqih) qarşı hər hansı bir təcavüz, İslamın əsasına və bütün müsəlmanların həyatına qarşı edilmiş təcavüz sayılır.   Ayətullah Cavadi Amoli (mesaj): Ümid edirik ki, müstəqilliyin dayağı və müqavimətin sütunu olan İslam İnqilabının Ali Rəhbəri Uca Allahın pənahında olsun.   Ayətullah Cəfər Sübhani (bəyanat): İslam Respublikası quruluşuna və Ali Rəhbərə yönəlmiş istənilən təhqir məhkumdur və bu, düşmənin acizliyinin və çıxılmaz vəziyyətinin göstəricisidir.   Ayətullah Seyid Əli Əkbər Hairi (mesaj): İslam Respublikasının Rəhbərliyinə edilən hər cür təcavüz bütün İslam ümmətinə qarşı təcavüzdür, çünki o şəxs yalnız İslam ümmətinin dini təqlid mərcəsi deyil, həm də müqavimət və İslam vəhdətinin rəmzidir.   Ayətullah Seyid Musa Şübeyri Zəncani: Qaniçən rejim açıq şəkildə İnqilabın Ali Məqamlı Rəhbərini (bərəkəti davamlı olsun) hədələyib. Bu hədələr qarşısında milli birliyin qorunması və möminlərin həmrəyliyi güclü bir silahdır.   Ayətullah Hüseyn Məzahiri: Amerikanın abırsız prezidenti utanmadan İran xalqının şücaətli rəhbərini terrorla hədələyir və bu alçaqcasına təhdidin tarixin bu cinayətkarları üçün necə pis bir aqibət yazacağını anlamır.   Şeyx Nəim Qasim: Trampın İmam Xameneini (Allah ömrünü uzun etsin) terrorla hədələməsi həm alçaq bir hərəkətdir, həm də eyni zamanda onun acizliyinin göstəricisidir. Tramp bu böyük din təqlid mərcəsinin müsəlmanlar və dünya xalqları arasında tutduğu mövqedən xəbərsizdir və bu təhdidlərin ağır nəticələrinə cəhaləti var.   Doktor Səlah Əbdülhəqq, "İxvanul-Muslimin" (Müsəlman Qardaşları) cəmiyyətinin ümumi irşad rəhbəri: İslam İnqilabının Ali Rəhbəri, İxvanul-Müsliminin heç bir şübhəsi yoxdur ki, düşmənimiz birdir və o da sionist rejimdir. Bizim ona qarşı ilk və əsas silahımız isə İslam birliyidir.
Möminin kafirlərə təslim olmağa haqqı yoxdur Plakat

Möminin kafirlərə təslim olmağa haqqı yoxdur

Görürsünüz, İmam Hüseyn (ə) buyurdu: Biz zilləti qəbul etmirik, "HEYHAT MİNNƏZ-ZİLLƏH, Əbəllah zalikə", Allah zilləti qəbul etməyimizə qarşıdır. Möminin haqqı yoxdur ki, kafirlərə qarşı təslimiyyətin zillətini qəbul etsin və onların təzyiqinə və zorakılığına boyun əysin.
Sionist düşmən cəzalandırılmalıdır Plakat

Sionist düşmən cəzalandırılmalıdır

Sionist düşmən böyük bir səhvə yol verib, böyük bir cinayət törədib və mütləq şəkildə cəzalandırılmalıdır.
Həyat sionistlər üçün acı olacaq Plakat

Həyat sionistlər üçün acı olacaq

Sionistlər bilməlidirlər ki, həyat onlar üçün, şübhəsiz, acı olacaq. Sionistlər elə düşünməsinlər ki, vurdular və bununla da bitdi. Xeyr, işi onlar başladılar və müharibəyə yol açdılar.