İslam İnqilabı Rəhbərinin sionist rejimin İrana təcavüzü ilə bağlı İran xalqına ünvanladığı televiziya müraciəti Video

İslam İnqilabı Rəhbərinin sionist rejimin İrana təcavüzü ilə bağlı İran xalqına ünvanladığı televiziya müraciəti

Bağışlayan və mehriban Allahın adı ilə   İranın əzəmətli xalqını salamlayıram. Sözümün əvvəlində vurğulamaq istədiyim məsələ son günlərdə düşmənlərin ölkəmizə qarşı törətdiyi hadisə qarşısında əziz xalqımızın nümayiş etdirdiyi mövqeyə görə onu təqdir etmək və alqışlamaqdır. İran xalqı göstərdi ki, həm təmkin sahibidir, həm şücaətlidir, həm də zamanın dəyərini yaxşı bilir.   Qədir-Xum bayramı günündə xalqın dünyaya nümayiş etdirdiyi bu möhtəşəm davranış çox böyük bir hərəkət idi. Son bir neçə gündə xalqın təşkil etdiyi yığıncaqlarda, yürüşlərdə, cümə namazlarında və namazdan sonrakı yürüşlərdə fəal iştirakı – bütün bunlar İran xalqının yetkinliyini, eləcə də bu əziz xalqımızda ağıl və mənəviyyat, şücaət və zamanın düzgün qiymətləndirilməsinin bir araya gələrək vəhdət təşkil etdiyini göstərdi. Allaha şükür edirəm ki, bu mömin xalqı həm mənəvi, həm də maddi imkanlar baxımından bu səviyyəyə çatdırıb.   Bu məqamda televiziyanın xanım aparıcısının düşmən hücumu qarşısında sərgilədiyi gözəl və dərin mənalı davranışı qeyd etməyi zəruri sayıram: “Allahu-Əkbər” demək və bir növ xalqın güc və qüdrətini bütün dünyaya nümayiş etdirməklə tarixə düşəcək və çox dəyərli bir hadisə baş verdi.   İkinci məsələ budur ki, sionist rejimin ölkəmizə qarşı axmaqcasına və xəbiscəsinə hücumu belə bir vaxtda baş verdi ki, dövlət rəsmiləri amerikalı tərəflə dolayı və birbaşa olmayan danışıqlarla məşğul idilər. İran tərəfindən heç bir əlamət yox idi ki, bu, hərbi və ya sərt və kəskin bir addımın atılacağından xəbər versin.   Əlbəttə, əvvəlcədən də ehtimal edilirdi ki, bu xəbiscəsinə hücumda sionist rejim tək deyil və Amerika da bu planın içindədir, lakin bu son günlərdə amerikalıların dediyi sözlər bu ehtimalı gündən-günə daha da gücləndirir.   İran xalqı necə ki indiyədək təhkim edilmiş müharibə qarşısında möhkəm dayanıb, eləcə də təhkim edilmiş sülh qarşısında da möhkəm dayanacaq. İran xalqı təhkim qarşısında heç kəsə təslim olmaz.   Mən düşüncə, söz və qələm sahiblərindən, xüsusilə də beynəlxalq ictimaiyyətə çıxış imkanına malik olan şəxslərdən gözləntim var ki, bu anlam və məfhumları bəyan və təbyin etsinlər, bunları müxatəblərə aydın şəkildə çatdırsınlar, düşmənin aldadıcı təbliğatı ilə həqiqəti əksinə göstərməyə imkan verməsinlər.   Sionist düşmən böyük bir səhvə yol verib, böyük bir cinayət törədib və mütləq şəkildə cəzalandırılmalıdır və hal-hazırda da cəzalandırılır. İran xalqı və Silahlı Qüvvələrimizin bu xəbis düşmənə qarşı həyata keçirdiyi və keçirməkdə olduğu, gələcək üçün də nəzərdə tutduğu cəza çox ağırdır və bu, artıq onu zəifləməyə düçar edib. Məhz amerikalı dostlarının səhnəyə daxil olması və çıxışlar etməsi də onun zəifliyi və acizliyinin bir göstəricisidir.     Sonuncu məsələ də budur ki, son vaxtlar Amerika Prezidenti hədələyici dillə danışmağa başlayıb və bizi hədələyir. Həm hədələyir, həm də qəbulolunmaz və bayağı ifadələrlə İran xalqına açıq şəkildə deyir ki, gəlin mənə təslim olun! İnsan bu kimi sözləri görəndə, doğrudan da, təəccüblənir. Əvvəla, hədə-qorxunu elə adama edərlər ki, onların hədəsindən qorxsun. İran xalqı sübut edib ki, təhdid edənlərin təhdidləri qarşısında qorxuya düşmür. Ayədə buyurulur: “Süstləşməyin və kədərlənməyin! Əgər möminsinizsə, üstün olan sizsiniz” (“Ali-İmran”, ayə 139). İran xalqının buna etiqadı var. Təhdid İran xalqının davranışına və düşüncəsinə heç bir təsir göstərmir. İkincisi, İran xalqına “Gəlin təslim olun” demək ağıllı söz deyil. İranı, onun xalqını və tarixini tanıyan ağıl sahibləri heç vaxt belə bir sözü dilə gətirməzlər. Nəyə təslim olsunlar? İran xalqı təslim olan deyil. Biz heç kimə hücum etməmişik və heç bir halda heç kimin təcavüzünü də qəbul etmərik, heç kimin təcavüzü qarşısında təslim olmarıq. Bu, İran xalqının məntiqidir, bu, İran xalqının ruhiyyəsidir.   Əlbəttə, amerikalılar və bu bölgənin siyasətilə tanış olanlar bilirlər ki, Amerikanın bu məsələyə müdaxiləsi yüz faiz onun ziyanına olacaq. Bu zəmində o, İrana mümkün dəyə biləcək zərərdən qat-qat artıq zərər görəcək. Əgər Amerika bu sahədə hərbi müdaxiləyə əl atsa, onun görəcəyi zərər, heç şübhəsiz, bərpası mümkün olmayan bir zərər olacaq.   Mən əziz xalqımıza deyirəm ki, bu mübarək ayəni hər zaman yadınızda saxlayın. Şükürlər olsun, həyat normal axarında davam edir. Qoymayın düşmən elə hiss etsin ki, siz ondan qorxursunuz, zəiflik hissi keçirirsiniz. Əgər düşmən sizin ondan qorxduğunuzu hiss etsə, daha yaxanızı buraxmayacaq. Bu günə qədər necə davranırdınızsa, elə həmin formada da güclü şəkildə davam edin. Xidmət sahələrində çalışanlar, xalqla ünsiyyətdə olanlar, təbliğat və təbyin işi aparanlar işlərini güclü şəkildə davam etdirsinlər və Allah-təalaya təvəkkül etsinlər. “Kömək yalnız yenilməz və hikmətli Allahdandır” (“Ali-İmran”, ayə 126). Allah-təala İran xalqını, həqiqəti və haqqı mütləq və qəti şəkildə qalib edəcək, inşəallah.   Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun 18.06.2025
Sionist rejimin Qəzzada törətdiyi soyqırım nəticəsində təxminən 60 min fələstinli qətlə yetirilib Klip

Sionist rejimin Qəzzada törətdiyi soyqırım nəticəsində təxminən 60 min fələstinli qətlə yetirilib

Heç bir dövlət və heç bir xalq Fələstini İran xalqı və İran dövləti kimi müdafiə etməmişdir. 15.01.2007
Biz döyüş meydanına doğru uçaraq gedirik. Klip

Biz döyüş meydanına doğru uçaraq gedirik.

Bu məğrur,cahil və təəssübkeş Bu gün öz ayağı ilə qəbrinin qazıldığı mübarizə meydanına qədəm qoyub. Bütün xalq hazırdır, hamımız vuruşacağıq. Xalqımız Əli ibn Əbu Talibin bu kəlamına inanıb. O Həzrət İslam döyüşçülərinə xitabən buyurdu: İzzət və şərəflə ölüm, zillət və alçaqlıqla yaşamaqdan üstündür. Qəbul edib və razılaşıb ki, əgər güclü hegemonların hökmranlığı altında məğlub halda sağ qalsa, həqiqətdə ölüdür. Əgər qanına boyana, lakin hegemon güclərin qanlı caynağını kəsmiş olarsa, onda diridir. Biz illərdir döyüş meydanını sınaqdan keçirmişik. Biz döyüş meydanına doğru uçaraq gedirik. Bizim döyüş meydanına getməyimizdə məğlubiyyət yoxdur. Allah məğlubiyyət yolunu üzümüzə bağlayıb. Təyyarəni nəzərə aldılar, amma millətləri nəzərə almadılar. Bizi bütün tağut rejimlərindən fərqləndirən şey məhz budur. Bizim gücümüz iman gücü, Allahın gücü və insan gücüdür. Bu güc məhv olmaz bir gücdür. Allahın nişanəsinin zahir olması nəzərdə tutulub  Ey Allahın əsgərləri, qərar verilib ki, hegemon güclərin ərazilərini fəth etməyə gedək. Müharibə bizim üçün müqəddəs və mübarək bir işdir.
Kömək yalnız yenilməz və hikmətli Allahdandır Klip

Kömək yalnız yenilməz və hikmətli Allahdandır

“Kömək yalnız yenilməz və hikmətli Allahdandır” (“Ali-İmran”, ayə 126). Allah-təala İran xalqını, həqiqəti və haqqı mütləq və qəti şəkildə qalib edəcək, inşəallah.​
İran İslam Respublikasının Silahlı Qüvvələri bu xəbis sionist düşmənə ağır zərbələr endirəcək Plakat

İran İslam Respublikasının Silahlı Qüvvələri bu xəbis sionist düşmənə ağır zərbələr endirəcək

Biz bu böyük cinayətdən sonra sionistlərin salamat qurtulmasına yol verməyəcəyik.Şübhəsiz, İran İslam Respublikasının Silahlı Qüvvələri bu xəbis sionist düşmənə ağır zərbələr endirəcək.
Cəhənnəm darvazası.... Plakat

Cəhənnəm darvazası....

Sionist rejim böyük bir səhvə və xətaya yol verdi, qələt etdi və Allahın köməyilə bu cinayətin nəticələri onu aciz və rəzil vəziyyətə salacaq.İran xalqı dəyərli şəhidlərinin qanını yerdə qoymayacaq və ölkəsinin hava məkanına edilən təcavüzə göz yummayacaq.
Cəzalandırmaq davam edir Plakat

Cəzalandırmaq davam edir

Sionist düşmən böyük bir səhvə yol verib, böyük bir cinayət törədib və mütləq şəkildə cəzalandırılmalıdır. Sionist düşmən hazırda cəzalandırılmaqdadır. Elə bu anda da cəzalandırılır.​
Sionistlərin danışıqlar əsnasında hücumu Plakat

Sionistlərin danışıqlar əsnasında hücumu

Sionist rejimin ölkəmizə qarşı xəbiscəsinə hücumu belə bir vaxtda baş verdi ki, dövlət rəsmiləri amerikalı tərəflə birbaşa olmayan danışıqlarla məşğul idilər. İran tərəfindən hansısa hərbi addımın atılacağına dair bir əlamət yox idi.​
Bunlar İran xalqının xüsusiyyətidir Plakat

Bunlar İran xalqının xüsusiyyətidir

Qədir-Xum bayramı günündə xalqımızın nümayiş etdirdiyi bu möhtəşəm hərəkət, insanların cümə namazlarında iştirakı, namazdan sonrakı yürüşləri və bu kimi yığıncaqlar – bütün bunlar, əziz İran xalqında ağıl və mənəviyyatın, şücaət və zamana uyğun addım atmaq anlayışı ilə birgə möhkəm bərqərar olduğunu göstərir.
Xalqın davranışını tərifəlayiq bilirəm Plakat

Xalqın davranışını tərifəlayiq bilirəm

İranın əzəmətli xalqını salamlayıram. Düşmənlərin son günlər ölkəmizə qarşı törətdiyi bu məsələdə əziz millətimizin davranışını tərifəlayiq bilirəm. İran xalqı sübut etdi ki, həm təmkinlidir, həm şücaətlidir, həm də atdığı addımın yerini və zamanını biləndir.​