Məntəqədəki dəyişiklik müqavimətin xeyrinədir Plakat

Məntəqədəki dəyişiklik müqavimətin xeyrinədir

Məntəqənin siyasi coğrafiyası dəyişmək üzrədir, lakin Amerikanın deyil, müqavimət cəbhəsinin xeyrinə.
Bu fırtına davam etsə, ABŞ siyasətini məhv edəcək Plakat

Bu fırtına davam etsə, ABŞ siyasətini məhv edəcək

Tarix formalaşdıran Əl-Əqsa fırtınası hadisəsi sionist rejim əleyhinədir, lakin Amerikanı da (məntəqədən) təmizləyəcək bir hadisədir. (Bu hadisə) Amerika siyasətlərinin cədvəlini məntəqədə bir-birinə vura bildi və inşallah, əgər bu fırtına davamlı olarsa, bu cədvəli məhv edəcəkdir.
Məntəqənin taleyi Plakat

Məntəqənin taleyi "Qlobal müqavimət özəkləri"nin əlində

Bəsic haqda mühüm məqamlardan biri onun sərhəd tanımama cəhətidir.‌ İmam Xomeyninin bəşarət verdiyi həmin "Qlobal müqavimət özəkləri" bu gün bu məntəqənin taleyini təyin etməkdədir. Bir nümunəsi də həmin Əqsa fırtınasıdır.
Fələstindəki hökumət formasını xalqın rəyi təyin edəcək Plakat

Fələstindəki hökumət formasını xalqın rəyi təyin edəcək

Dünyada bəziləri yalandan deyilər ki, İran deyir ki, yəhudi və sionistləri gərək dənizə töksünlər. Xeyr, biz heç zaman bunu demədik. Biz deyirik ki, xalqın rəyi müəyyən etməlidir. Fələstin millətinin rəyi ilə təşkil olunacaq dövlət başqa ölkələrdən gələn insanların qalıb-qalmayacağı haqda qərar verəcəkdir.
Fələstində xaincəsinə Plakat

Fələstində xaincəsinə "İki dövlət" yaratmaq planı baş tutmadı

Amerikanın yeni "Orta Asiya" təşkil etmə planı bütünlüklə nakam qaldı. Hizbullahın aradan getməsi onun planlarının bir hissəsi idi, lakin Hizbullah on qat artıq gücləndi. İraq və Suriyanı udmaq istəyirdilər, bacarmadılar. Fələstin məsələsini xaincəsinə "İki dövlət" (İsrail və Fələstin dövləti) yaratmaq planı ilə qəsbkar rejimin xeyrinə bitirməyi də bacarmadılar.
Məntəqədə siyasi coğrafi xəritə müqavimətin xeyrinə dəyişdi Plakat

Məntəqədə siyasi coğrafi xəritə müqavimətin xeyrinə dəyişdi

Qərbi Asiyanın siyasi coğrafi xəritəsi müqavimətin xeyrinə olaraq dəyişdi. Müqavimət qalib oldu. Tədricən hakimiyyət əldə edən bu yeni xəritənin birinci xüsusiyyəti Amerikanı (məntəqədən) təmizləməkdir. Amerika təmizləmə, yəni məntəqədə Amerika hökmranlığını rədd etmək.
Müqavimət və təslim olmaq ikiliyi məntəqəyə hakim olub Plakat

Müqavimət və təslim olmaq ikiliyi məntəqəyə hakim olub

Qərblilər bu məntəqədə qondarma ikilik tətbiq etdilər; ərəb və qeyri-ərəb, şiə və sünni ikiliyi. Bu gün məntəqədə bu qondarma və məcburi tətbiq olunan ikiliyin əvəzinə yeni bir ikilik hakim oldu və o da müqavimət və təslim olmaq ikiliyidir.
Qəsbkar rejimə kömək dayandırılmalıdır Plakat

Qəsbkar rejimə kömək dayandırılmalıdır

Bəzi müsəlman dövlətləri sionist rejimə kömək etməklə cinayətə mürtəkib olurlar. Bu gün müsəlman dövlətlərin vəzifəsidir ki,  mal, neft, yanacaq və sair kimi şeylərin sionist rejimə çatmasına imkan verməsinlər, necə ki o (qəsbkar rejim), Qəzza əhalisinə suyun çatmasına imkan vermir.
Müsəlman millətlər öz dövlətlərindən tələb etsinlər Plakat

Müsəlman millətlər öz dövlətlərindən tələb etsinlər

Müsəlman millətlərin vəzifəsidir ki, öz dövlətlərindən sionist rejimə hər növ köməkliyin və hətta öz əlaqərini də kəsməyi tələb etsinlər. Əgər öz əlaqələrini (qəsbkar rejimlə) bir dəfəlik kəsməyə qadir deyillərsə, heç olmasa müvəqqəti olaraq kəssinlər.
Qəsbkar rejim yer üzündən silinəcək Plakat

Qəsbkar rejim yer üzündən silinəcək

Şübhəniz olmasın ki, sionist, qəsbkar və düşmən olan rejimin bir gün yer üzərindən kökü kəsiləcəkdir və inşallah, bu, gələcəkdə yüz faiz baş verən hadisələr sırasındadır. Ümidvarıq ki, siz gənclər onu öz gözlərinizlə görəsiniz.