Terrorist Qəzzanı bombardman edənlərdir Plakat

Terrorist Qəzzanı bombardman edənlərdir

Sionist rejim gəlib qarşı tərəfin əkin sahələri və yaşayış evlərini orada şəhərcik salsın deyə buldozerlə məhv edir və fələstinli də ondan zorla alınmış evini müdafiə edir. O, terroristdir? Terrorist bunları bombardman edən kəslərdir.​
ABŞ və Avropanın terrorist bildiyi xalq Plakat

ABŞ və Avropanın terrorist bildiyi xalq

Qəzza əhalisi ABŞ və Avropanın gözündə terroristdir. Xəbis, qondarma, qəsbkar və rəhimsiz bir dövlət 6 aya yaxın bir zamanda bir neçə min nəfəri uşaq olmaqla qırx minə yaxın insanı qətlə yetirirlər və onlar terrorist olmur, lakin onların bombardmanları altında qalan xalq isə terroristdirlər.
Bütün dünya fələstinliləri dəstəkləyir Plakat

Bütün dünya fələstinliləri dəstəkləyir

Deyirlər ki, siz nə üçün Fələstini dəstəkləyirsiniz? Bu gün bütün dünya Fələstini dəstəkləyir. Avropa küçələrində, Vaşinqton və Nyu-Yorkda xalq Fələstini dəstəkləyirlər.
Dünya əhalisi niyə müqaviməti dəstəkləyir? Plakat

Dünya əhalisi niyə müqaviməti dəstəkləyir?

Qərb dövlətləri müqavimət cəbhəsinə terrorist deyirlər. Bir halda ki, xalq Amerika küçələrinin birində Hizbullah bayrağını göyə qaldırdı. Dünya əhalisi bunları dəstəkləyir. Çünki bunlar müqavimətçi və zülmə qarışdırlar.​
Cinayətkarla əlbir Plakat

Cinayətkarla əlbir

Mülahizə edin ki, amerikalılar dildə İsraillə müxalifət etməklə hansı rəftarı sərgiləyirlər! Amerika universitetlərinin tələbələri ilə bu şəkildə rəftar olunur və bu hadisənin özü də Amerikanın Qəzzada böyük soyqırım cinayətində sionist rejimlə əməli surətdə şərik olduğunu göstərir.
Siz Amerikanın inhisarını sındırdınız... Plakat

Siz Amerikanın inhisarını sındırdınız...

Hegemon qüdrətlər əgər bacarsalar, okeanları da öz adlarına sənədləşdirərlər. Qarətçilik və bəşər mənafeyini mənimsəyib özünküləşdirmək Amerikanın xüsusiyyətlərindən biridir. 86-cı Hərbi Dəniz Donanmasının Yer kürəsi ətrafında hərəkəti onların bu (addımını) pozdu və bununla da göstərdi ki, azad sular hamıya məxsusdur. "Biz filan gəmilərin filan boğazdan keçməsinə icazə vermirik" deməsi çox böyük qələtdir.
Siz müqavimət cəbhəsinin bir bölməsini təşkil etmisiniz Plakat

Siz müqavimət cəbhəsinin bir bölməsini təşkil etmisiniz

Amerika Birləşmiş Ştatlarının əziz universitet tələbələri! Siz indi müqavimət cəbhəsinin bir bölməsini təşkil etmisiniz.​
Siz tarixin düzgün tərəfində dayanmısız Plakat

Siz tarixin düzgün tərəfində dayanmısız

Siz Amerikanın əziz cavanları, tarixin dəyişildiyi bir dönəmdə hal-hazırda tam düzgün tərəfdə dayanmısınız. Siz indi müqavimət cəbhəsinin bir bölməsini təşkil etmisiniz və açıq-aşkar şəkildə qəsbkar və rəhmsiz sionist rejimini müdafiə edən dövlətinizin rəhmsizcəsinə təzyiqləri altında bu şərəfli mübarizəni başlamısınız. ​
Qəzza sionistləri diz çökdürdü Plakat

Qəzza sionistləri diz çökdürdü

Kiçik bir məhdud ərazi olan Qəzza tam silah-sursata sahib və arxasında Amerikanın kamil dəstəyi olan sionist rejimi dizə çökdürdü. Bu həmin müqavimətin bir təzahürü və qəlbi Allaha bağlamaqdır. Bu həmin "İzzət bütünlüklə Allaha məxsusdur" ayəsinə etiqad bəsləməkdir. 
Bezarlıq siyasi bir iş və dini bir vəzifədir Plakat

Bezarlıq siyasi bir iş və dini bir vəzifədir

Əgər biz bezarlıq məsələsində israr və ona təkid edir və onu yerinə yetiririksə,… bu, İslamın vacib buyurduğuna görədir. Ayədə buyurulur: “Allah və onun Rəsulu da müşriklərdən bezardır”, möminlər də müşriklərdən bezardırlar: “Həqiqətən, biz sizdən və Allahdan başqa ibadət etdiklərinizdən bezarıq. Biz sizi təkzib edirik. Siz yeganə olan Allaha iman gətirməyincə həmişə bizimlə sizin aranızda ədavət və düşmənçilik olacaqdır.” Bu, dinə aiddir. Bəli, bu siyasətdir, həcc əməllərində siyasi iş var, lakin bu siyasi iş elə dini vəzifənin özüdür.​