Məğlubiyyət sionist başçılarını əsəbləşdirib Plakat

Məğlubiyyət sionist başçılarını əsəbləşdirib

Sionist rejimin Qəzzada məğlubiyyəti bir həqiqətdir. Xəstəxanaların, qadın və uşaqların Qəzzada bombardman olunması sionist rejim başçılarının bu məğlubiyyətə görə kəskin əsəbi olduğunu göstərir.​
Qəzzadakı məğlubiyyət həm də Amerika və Qərbin məğlubiyyətidir Plakat

Qəzzadakı məğlubiyyət həm də Amerika və Qərbin məğlubiyyətidir

Sionistlərin Qəzzada bacarıqsızlığı Amerika və Qərb ölkələrinin də bacarıqsızlığıdır. Dünya hazırda müşahidə edir ki, geniş imkanlara, avadanlıqlara və hərbi inkişafa sahib bir rejim Amerika və Qərb ölkələrinin dəstəyinə baxmayaraq, bu imkanların heç birinə sahib olmayan öz müqabil tərəfinə qalib gələ bilmədi.​
İslam dövlətləri sionist rejimə neft və ərzaq ixracını dayandırmalıdır Plakat

İslam dövlətləri sionist rejimə neft və ərzaq ixracını dayandırmalıdır

İslam dövlətlərinin israrla üzərində dayanmalı olduqları məsələ sionistlərin Qəzzada törətdiyi cinayətlərin dərhal dayandırılmasıdır. Sionist rejimə neft və ərzaq ixracının yolunu bağlasınlar. İslam dövlətləri sionist rejimlə iqtisadi əməkdaşlıq etməsinlər.
Məntəqənin taleyi Plakat

Məntəqənin taleyi "Qlobal müqavimət özəkləri"nin əlində

Bəsic haqda mühüm məqamlardan biri onun sərhəd tanımama cəhətidir.‌ İmam Xomeyninin bəşarət verdiyi həmin "Qlobal müqavimət özəkləri" bu gün bu məntəqənin taleyini təyin etməkdədir. Bir nümunəsi də həmin Əqsa fırtınasıdır.
Düşmənlər bilsinlər ki, Əqsa fırtınası sönən deyildir Plakat

Düşmənlər bilsinlər ki, Əqsa fırtınası sönən deyildir

Təqribən bu 50 gündə baş verən faciələr sionist rejimin Fələstində 75 il törətdiyi cinayətlərin xülasəsidir... Bilsinlər ki, Allahın güc və qüvvəsi ilə bu vəziyyət davam gətirməyəcəkdir və Əqsa fırtınası sönən deyildir.
Qərblilərin idman sahəsində də olan ikili standartları Plakat

Qərblilərin idman sahəsində də olan ikili standartları

Qərblilər deyirlər ki, idman siyasi deyil, lakin ehtiyac duyduqları zaman idmanı ən pis formada siyasiləşdirirlər. Döyüş bəhanəsi ilə bir ölkəni bütün idman müsabiqələrindən məhrum edirlər, amma soyqırım və Qəzzada beş min uşağın qətlini görməzlikdən gəlirlər.
Cinayətkarın hədiyyəsi Plakat

Cinayətkarın hədiyyəsi

Əqsa fırtınası əməliyyatı başlanandan sonra ABŞ cinayətkarların cinayətlərinin qəti şəkildə ortağıdır. Bu cinayətdə Amerikanın əli məzlumların, uşaqların, xəstələrin, qadınların və bu minvalla xirtdəyə qədər başqalarının qanına batıb. (Bu cinayəti) İdarə edən Amerikadır. Əgər ABŞ-ın himayə və silah dəstəyi olmasaydı, fasid, saxta və yalançı sionist rejim Əqsa fırtınası əməliyyatının ilk həftəsində məhv olub aradan gedərdi.
Dünya sionistlərin qarşısında dayanmalıdır Klip

Dünya sionistlərin qarşısında dayanmalıdır

Bu gün xalqlara qarşı tətbiq olunan qərəzli siyasətlər vasitəsilə çalışılır ki, Fələstinlə bağlı məsələlər unudulsun... Zehnlər Fələstin məsələsindən yayınmamalıdır. Sionist rejimin Qəzza və Fələstində törətdiyi cinayətlər elə bir şey deyil ki, ona göz yummaq mümkün olsun. Bütün dünya qarşısında dayanmalıdır. Həm sionist rejimin özü qarşısında dayanmalıdır, həm də sionist rejimi dəstəkləyənlər qarşısında.  (Ölüm olsun Amerikaya!) Bəli! Siz məsələni düz təyin etmisiniz. Amerikalılar sözün əsl mənasında dəstək verirlər... Həqiqət budur ki, Fələstin və Qəzzanın məzlum xalqı bu gün təkcə sionist rejimlə üz-üzə deyillər, onlar Amerika və İngiltərə ilə də üz-üzədirlər.
Fələstin məsələsi müqabilində səssizlik Plakat

Fələstin məsələsi müqabilində səssizlik

Fələstin məsələsi müqabilində səssizlik İslam dünyasına zərbə vurdu, yəni İslam hökumətlərinə və bütün İslam ümmətinə aid olan belə bir təcavüz qarşısında səssiz qaldılar. Həmçinin bu təcavüzə həmrəy oldular və bu işlər də məhz həmin ölkələri( İslam ölkələrini) zəiflətdi. Nəticədə də, düşmənin onlar üzərində hökmranlıq etməyinə səbəb oldu.