Möminlərin ən böyük arzusu Plakat

Möminlərin ən böyük arzusu

Pərvərdigara! Bütün öz saleh bəndələrinin arzuladığı aqibəti Məhəmməd və onun Əhli-beytinin haqqına xatir ən qısa zamanda yetir.
Xalqın kitabla hədəflərinə çatması Plakat

Xalqın kitabla hədəflərinə çatması

Xalq kitabla ünsiyyət qurmalıdır, əks təqdirdə İran cəmiyyəti öz hədəf və arzsuna çatmayacaqdır.
Elmli xanımlar müxtəlif mövzularda çıxış etsinlər Plakat

Elmli xanımlar müxtəlif mövzularda çıxış etsinlər

İslam İnqilabının qələbəsindən sonra cəmiyyətdə bir çox fəzilətli qadınlar fəaliyyət göstərirlər. Onlar, qadın və ailə ilə bağlı məsələləri mediada bəyan etməyə hazır olmalı, həmçinin dünya səviyyəsində və İslam dünyasında böyük toplantılarda ayələrə, hədislərə və Nəhcül-Bəlağəyə əsaslanaraq ali dini məsələləri irəli sürə bilməlidirlər. Bu, həm ölkəni dünya çapında tanıdırmaqda, həm də İslam ümmətini icad etməkdə təsirli olacaqdır.
Gərək kitaba önəm verilsin Plakat

Gərək kitaba önəm verilsin

Kitaba önəm və əhəmiyyət vermək kitab oxumağa əhəmiyyət verməkdən qaynaqlanır. Gərək cəmiyyət arasında kitab oxuma adət-ənənəsi yayılsın. Mənim nəzərimə görə, tənbəlliklərin ən pis və zərərlisi kitab oxumaqda olan tənbəllikdir. Kitab mütaliəsi cəmiyyətdə yayılmalıdır.
Ailələrin istehlak səbətində kitabın payı olmalıdır Plakat

Ailələrin istehlak səbətində kitabın payı olmalıdır

Bir cür olmalıdır ki, ailələrin istehlak səbətində kitabın gözəçarpan bir payı olsun və insanlar kitabı oxumaq üçün alsınlar, sadəcə otağın kitab rəfini bəzəmək və başqalarına göstərmək üçün yox.
Xanımlar üçün elm ocağının dəyəri Plakat

Xanımlar üçün elm ocağının dəyəri

Qadınlar və qızların mərifət və elmi agahlığının tərəqqisi məqsədini daşıyan bir qurumun yaradılması məsələsinin özü çox dəyərlidir. Çünki bundan əvvəl ölkə tarixində qadınlar belə bir imkana sahib olmayıblar.
Kitab qalıcıdır Plakat

Kitab qalıcıdır

Bizim işimizin nöqsanlarından biri kitab istehsalıdır. İndi siz deyirsiniz ki, kitab gedir kitabxanaya (orada qalır), amma mən demək istəyirəm ki, kitab ən qalıcı sənət əsəridir, yəni digər şeylər keçicidir, amma kitab qalır və yüz il, iki yüz il kitabdan istifadə edilə bilər. Kitabı yaxşı tərtib etmək çox mühümdür. Məhz kitabdır ki, mədəniyyəti bir nəsildən digər nəsilə ötürür.
Özünü tərbiyə edən xanım nəsillər yetişdirər Plakat

Özünü tərbiyə edən xanım nəsillər yetişdirər

İslam əxlaqına malik olan və nəfsini paklayan bir qadın gələcək nəsli dəyişdirə və tərbiyə edə bilər.
Gənc və uşaqları mütaliəyə alışdırın Plakat

Gənc və uşaqları mütaliəyə alışdırın

Cəmiyyətimizdə kitaba qarşı laqeydlik mövcuddur. Bəzən insan televiziyada ondan-bundan (mütaliə barədə) soruşulduğunu görür: "Cənab, gündə neçə saat mütaliəyə vaxt ayırırsınız?" və ya "Nə qədər vaxt kitab oxumağa sərf edirsiniz?" Biri deyir beş dəqiqə, biri deyir yarım saat! İnsan təəccübə gəlir. Biz gəncləri və uşaqları kitab oxumağa alışdırmalıyıq, çünki bu, onların həyatlarının sonuna qədər onlarla birlikdə olacaqdır.
Ordunun Dəniz Qüvvələrinin komandirlərinin İnqilab Rəhbəri ilə görüşü Xəbər

Ordunun Dəniz Qüvvələrinin komandirlərinin İnqilab Rəhbəri ilə görüşü

​İran İslam Respublikası ordusunun Dəniz Qüvvələrinin bir qrup komandir və məsul şəxsləri bu gün günorta saatlarında 27.11.2024-cü il tarixdə Dəniz Qüvvələri Günü münasibətilə Ali Baş Komandan Həzrət Ayətullah Xamenei ilə görüşdülər.