Süleymani– İslam ölkəsinin bacarıqlı bayraqdarı Plakat

Süleymani– İslam ölkəsinin bacarıqlı bayraqdarı

İŞİD, yəni əmniyyətsizlik bombası. İŞİD, yəni İraqın və Suriyanın əmniyyətini aradan aparmaq və regionu əmniyyətsiz hala gətirmək. Sonra da əsas nöqtəyə və son məqsədə, yəni İran İslam Cümhuriyyətinə gələrək onu əmniyyətsiz vəziyyətə gətirmək... Bu düşmənlərin tökdüyü planlar İran İslam Respublikasının böyük və bacarıqlı qüvvəsi tərəfindən təsirsiz hala gətirildi. Bu böyük qüvvənin simvol və bayraqdarı isə Hacı Qasim Süleymani adlı bir şəxs idi.
Misbah Yəzdinin anılması vacib işlərdəndir Plakat

Misbah Yəzdinin anılması vacib işlərdəndir

Cənab Misbahın anılması elmiyyə hövzəsi, ruhaniyyət, biz və hamımız üçün vacib işlərdən biridir. Onun anılması, əslində, onun tutduğu xətt və yolunun yaşadılması deməkdir. Əlhəmdülillah, onun əsərləri hər baxımdan çox dəyərlidir, səs yazıları da çox gözəl əsərlərdir. Doğrudan da, insan oturub dinlədikdə onlardan faydalanır. Bu işlər heç bir halda dayandırılmamalı və unudulmamalıdır.
2025-ci il yanvar ayının biri axşam Rəcəb ayı daxil olur Plakat

2025-ci il yanvar ayının biri axşam Rəcəb ayı daxil olur

2025-ci il yanvar ayının biri axşam Rəcəb ayı daxil olur. Yanvar ayının ikisi Rəcəb ayının ilk günüdür.
Hərəmlər Süleymaninin qırmızı xətti idi Plakat

Hərəmlər Süleymaninin qırmızı xətti idi

Müqəddəs hərəmlərin müdafiəsi Hacı Qasim üçün apardığı bütün mübarizələr sırasında əsas bir prinsip olmuşdur. Məscidül-Əqsanı müdafiə etməli idi, çünki Məscidül-Əqsa İslam dünyasının böyük bir hərəmidir. Məhz buna görə şəhid Haniyə ona Qüds şəhidi deyirdi.
Rəcəb ayı Plakat

Rəcəb ayı

Rəcəb ayı ibadət, Pərvərdigara təvəssül və yalvarış ayıdır.
Amerikanın hökumətlər üçün proqramı Plakat

Amerikanın hökumətlər üçün proqramı

Amerikanın ölkələrə hakim kəsilmək proqramı bu ikisindən biridir: ya onlarla saziş edən, dialoqa girən və ölkə mənafelərini aralarında bölüşdürən fərdi diktatorluq hökuməti yaratmaqdır, ya da hərc-mərclik və iğtişaş icad etmək. Suriyada isə iğtişaşa gətirib çıxardılar.
Xalq iğtişaş edənləri əzəcək Plakat

Xalq iğtişaş edənləri əzəcək

Amerika rəsmilərinin bir ünsürü deyir ki, İranda iğtişaş edən hər kəsə biz kömək edərik. İran milləti bu zəmində Amerika muzdurluğunu qəbul edən hər kəsi öz möhkəm ayaqları altında əzəcəkdir.
Müqavimət bir iman və təfəkkürdür Video

Müqavimət bir iman və təfəkkürdür

Hegemonların ünsürləri Suriyadakı bu hadisələrdən sonra sevinc halındadırlar, bu düşüncə ilə ki, müqaviməti dəstəkləyən Suriya hökumətinin süqut etməsi ilə artıq müqavimət cəbhəsi zəifləyib. Bu hadisələrlə müqavimət cəbhəsinin zəiflədiyini düşünənlər müqavimətin özü və müqavimət cəbhəsi haqqında düzgün bir anlayışa malik deyillər. Onlar müqavimət cəbhəsinin, əslində, nə olduğunu bilmirlər. Müqavimət cəbhəsi məhv edilə bilən bir texniki vasitə deyil. Müqavimət bir iman və təfəkkürdür, (həmçinin) qəlbi və qəti qəbul edilən bir qərardır, müqavimət məktəbdir, etiqadi bir məktəb. Bir qrup insanın imanı olan bir düşüncə təzyiq göstərməklə nəinki zəifləmir, əksinə, daha da güclənir. Müqavimət budur : hər nə qədər təzyiq etsəniz, bir o qədər möhkəmlənəcək, hər nə qədər cinayət törətsəniz, bir o qədər yüksək ruhiyyə əldə edəcəkdir, onlarla nə qədər çox döyüşsəniz, onlar daha da genişlənəcəklər. Allahın qüdrət ilə müqavimətin genişlənməsi keçmişdəkindən daha artıq bütün regionu əhatə edəcəkdir.
İŞİD-in fitnəsi sadə deyildi Plakat

İŞİD-in fitnəsi sadə deyildi

İkinci səbəb də təhlükəsizlik məsələsi idi. Rəsmi məsullar çox tez və anında anladılar ki, bu əmniyyətsizliyin qarşısı regionda alınmasa, buraya qədər sirəyət edib böyük ölkəmizi büsbütün şəkildə əhatə edəcəkdir. İŞİD-in əmniyyətsizlik fitnəsi də sadə bir şey deyildi.
Belə xalq zəlil olar Plakat

Belə xalq zəlil olar

Əmirəlmöminin buyurdu: "Öz evində düşmənlə mübarizə aparan millət zəlil olar, düşmənin evinizə qədər gəlib çatmasına imkan verməyin". Buna görə də qüvvələrimiz, görkəmli generallarımız, əziz şəhidimiz Süleymani, onun dostları və həmkarları, gənclərimiz Suriya və İraqa getdilər. İlk öncə İraqda, daha sonra Suriyada oranın öz cavanlarını təşkilatlandırdılar, silahlandırdılar. İŞİD-in müqabilində dayandılar, İŞİD-in belini qırdılar və ona qalib gələ bildilər.