19/05/2024
Ümidvarıq ki, Allah-təala dəyərli və əziz Prezidenti və onu müşayiət edənləri millətin ağuşuna qaytarsın.
19/05/2024
Hər kəs bu xidmətkar dəstənin salamatlığı üçün dua etsin. İran milləti narahat olmasın, ölkə idarəçiliyində heç bir problem yaranmayacaqdır.
03/05/2024
Allah-təalaya hüsni-zənniniz olsun və ona təvəkkül edin. Bilin ki, Allahın möminləri müdafiə etmək vədi mütləq və dəyişilməzdir. ​
17/04/2024
Sizlər gəncsiniz; orucun, Quran tilavətinin, gecə vaxtı, sübh namazında qabaq və gündüzlər oxunan duaların sizlərdə yaratdığı təsir mənim kimilərlə müqayisədə neçə qat artıqdır. Sizlər mütləq şəkildə bu il Ramazan boyu nuranilik əldə etmisiniz. Bu nuraniyyəti qorumağa çalışın. Bunun yolu da günahdan uzaq qalmaqdadır.
09/04/2024
Səhifeyi-Səccadiyyənin 20-ci duası olan mübarək Məkarimul-Əxlaq duasını çox oxuyun ki, İmam Səccadın (ə) bu duada Allah-təaladan nə istədiyini görəsiniz. İmamların (ə) kəlamları, Səhifeyi-Səccadiyyənin duaları və əxlaqi xəstəliklərimizə şəfa verə biləcək, ruhumuzun yaralarını müalicə edəcək bu şəfaverici dərmanlarla özümüzü tanış edək.​
03/04/2024
Ramazan ayı dua ayıdır. Duaları unutmayın. Ramazan ayı haqda hədislərdə gələn dualar qənimət bilməyiniz gərəkən nemət və fürsətlərdən biridir. Əbu Həmzə Sumali, İftitah, Cövşən-Kəbir duası və Ramazan ayının gündüzlər, gecələr, sübh namazından əvvəl və bu ayın başqa məxsus saatlarında oxunan və hədislərdə gələn dualar, həqiqətən də, böyük İlahi nemətlərdəndir.​
29/06/2023
Mən yeniyetməlik dövrlərimdə, yəni yenicə orta məktəbi bitirib (din) tələbəsi olduğum dövrlərdə duaya, Allaha diqqət ayırmağa və bu cür məsələlərə əhəmiyyət verirdim. mən dua, zikr, məsumlardan gələn dualar və hədislərdə gələn əməllərin əhli idim. Məsələn, yadımdadır ki, hələ həddi-büluğa çatmamışdım, amma Ərəfə gününün əməllərini yerinə yetirdim. O günün uzun-uzadı əməlləri vardır, –bilmirəm özünüz bilirsiniz, yoxsa yox. O zaman yadımdadır ki, anamla,–çünki anam dua, (Allaha) diqqət və müstəhəb əməllərin əhli idi,–həyətin kölgə düşən bir guşəsinə gedib,–evimizin balaca həyəti var idi,–oraya palaz sərərdik–, hava da isti idi. O günlər də nisbətən uzun idi. O kölgənin altında oturardıq və saatlarla Ərəfə gününün əməllərini yerinə yetirirdik. (Bu əməllərdə) həm dua, həm zikr, həm də namaz var idi. Anam bunları yerinə yetirirdi. Mən və orada olan qardaş-bacılarımın bəziləri də yerinə yetirərdik. Mənim yeniyetməlik və cavanlıq dövrüm belə idi—mənəviyyat, dua və yalvarışla olan ünsiyyət dövrü idi.
21/03/2023
  Öz xəstəliyinizdən şəfa tapmaq üçün dua edirsiniz, eyni zamanda həkimə də müraciət edirsiniz və Uca Allah da bu dualarınızı qəbul edir. Allahdan müsbət mənada dəyişiklik diləyirik, amma özümüzün də çalışmağımız gərəklidir. Bizim çalışmağımızın sayəsində Uca Allah öz nemətlərini bizim halımıza şamil edir və bu istəyi yerinə yetirir.