24/07/2023
Heyət Əhli-beyt (ə) məhəbbəti əsasında təşkil olunan vahid və ictimai bir toplumdur. Bu kiçik ya böyük olan toplumun mehvəri Əhli-beytə (ə) məhəbbət və onların hədəflərinə doğru hidayətdir. Heyətin həqiqət və mahiyyəti budur. Bu hadisənin (heyətin) kökü də imamların (ə) vaxtına qayıdır və dünənin, yaxud da bu günün məsələsi deyil. Heyəti təşkil edən və başladan imamların səhabələri olmuşlar. Onlar Kərbəla vaqiəsindən sonra bir yerə toplaşardılar. İmam Sadiq (ə) ravidən (hədisi nəql edəndən) soruşur: تَجلِسونَ وَ تُحَدِّثون؟   "Bir yerə toplaşıb danışır, söhbət edirsinizmi? Yəni bizim məsələlərimizi bəyan edirsinizmi?" Ravi bəli cavabını verərək toplaşdıqlarını bildirir. Bu həmin heyətlər toplusudur. Sonra İmam (ə) buyurur: اِنَّ تِلکَ المَجالِسَ‌ اُحِبُّها؛ “Mən bu məclisləri sevirəm”. Elə qəlbə fəda (olum)! اِنَّ تِلکَ المَجالِسَ‌ اُحِبُّها و اَحیوا اَمرَنا؛   İmam (ə) buyurur: "Sizin məclisləri sevirəm. Bizim əmrlərimizi diri saxlayın". Hədisdə işlənən (əmrəna) “Əmrlərimiz” kəlməsi  imamların kəlamlarında çox təkrarlanmışdır, yəni bizim işlərimizi (onun əsasında hərəkət etdiyimiz önəmli və əsaslı mövzuya əmr (iş) deyilir). İndi günümüzün dili ilə desək, baxmayaraq ki, əsas və həqiqi mənasından bir qədər azalmış olur, belə deyə bilərik ki, əmrəna, yəni bizim yolumuz, bizim məktəbimiz. “Bizim iş və əmrlərimizi dirildin”, yəni bizim yolumuzu diri saxlayın, bizim məktəbimizi diri saxlayın. 
23/07/2023
İmam Hüseyn (ə) vəzifəni icra etməkdən ötrü hərəkət etdi. Lakin vəzifəni yerinə yetirmək yolunda bir ehtimal insanın qüdrətə yetişməsi, bir ehtimal da insanın şəhid olmasıdır. Məqsəd budur ki, biz bu əməli yerinə yetirə bilək.
22/07/2023
Aşura hadisəsi Allah yolunda cihad, fədakarlıq və şəhadət zirvəsinin göstəricisidir.
22/07/2023
Peyğəmbərin (s) öz əli ilə düzəltdiyi, hazırladığı, islah etdiyi, (bu yolda) bütün incəlikləri ortaya qoyduğu və öz dilimizlə desək, yaratdığı almaz kimi (qiymətli) kəslər elə o cür də qaldılar. Necə ki, siz onların son nəsillərini Kərbəla səhrasında görürsünüz. Həbib ibn Məzahirlər, Müslim ibn Ovsəcələr və Cabir ibn Əbdullah Ənsarilər imtahandan üzü ağ çıxmağı bacaran kəslər idilər.
20/07/2023
Şəriətin bütün vacib hökmləri arasında əhəmiyyətli və daha əhəmiyyətli olanı vardır. Bəzən bir şey vacib olmasına baxmayaraq, ikinci dərəcədə yer alır və ərsədən xaric olur. Həcc vacibdir, lakin gördünüz ki, İmam Hüseyn (ə) öz Həccini Ümrə ilə əvəz etdi. Əgər o Həzrətin bundan öncə Həccə getmiş olduğunu və birinci vacib Həccinin olmadığını fərz etsək belə, amma (ən azından) o Həzrətin səhabələri arasında bu Həccin bəziləri üçün vacib olması mütləq idi. Lakin tərk etdilər və gəldilər. Bu nə cür oldu? Nə üçün gəldilər? Həmin mübarizəyə görə idi.  
19/07/2023
Bu bir-iki ildə keçən Məhərrəmlik bizim minillik Məhərrəmlik tariximizdə ən dolğun mənalı və ən həyacan dolu Məhərrəmlikdir. Bizim Məhərrəmliyimiz mesaj ötürən, cihad və müqavimət ocağı olan Məhərrəmlikdir. Şiə məntiqində və İslam mədəniyyətində Məhərrəmliyin mənası ideal olan haqq yolda öz qanından keçməyin, şəhid olmağın və qiyam etməyin bütün bəşəriyyət və insanlıq üçün dəyərli olmasıdır.
19/07/2023
İnsanın bəşəriyyətin tərəqqisi üçün bir addım daha artıq məşəqqətlərə qatlaşmaq istəyinin dəyəri vardır. Məsələn, İmam Hüseynin (ə) şəhadətə çatdığı həmin o hədəf kimi. Bundan daha üstün bir şey yoxdur ki, İmam Hüseyn (ə) o qədər zəhmət çəkdi. Məgər İmam Hüseyn (ə) öz evində otura bilməzdi?
19/07/2023
Əgər şiə tarixinin Əmirəlmöminin (ə), İmam Həsən (ə), İmam Hüseyn (ə) və Xanım Fatimeyi-Zəhra (s.ə) kimi böyük simaları olmasaydı, bu gün kitab səhifələrində nəinki təkcə şiədən, əksinə, İslamdan bir əsər-əlamət tapılmazdı. İslamı mən və sizlər üçün qoruyub-saxlayan Əlinin (ə) adı, xatırlanması və bu böyük şəxsiyyətlərin şəhadət və fədakarlıqlarını xatırlamaq olmuşdur.