Biz İslami prinsiplərimizə əsasən, nüvə silahının ardınca deyilik, yoxsa istəsəydik, qarşısını ala bilməzdilər. Necə ki, nüvə sənayesindəki inkişaflarımızın qarşısını ala bilmədilər və ala da bilməyəcəklər.
İranın nüvə sənayesindəki xidmətləri və məhsulları ticarət dövriyyəsinə keçirilməlidir. Bizim bu inkişaflarımızın dünyada yaxşı bazarları vardır və ölkənin iqtisadiyyatı və gəliri üçün ondan istifadə etmək olar. Bizimlə bu sahədə münaqişəsi olmayan eyni istiqamətli ölkələrlə əməkdaşlıq edilsin.
Nüvə sənayesi ölkənin etibarlıq və qüdrətinin əsas və mühüm hissələrindən biridir. Düşmənlərin nüvə enerjisinin üzərində daynamaqlarının səbəbi "Güclü İran"la müxalif olduqlarına görədir.
Bu illər ərzində ölkənin nüvə sənayesi fəalları mühüm İnfrastrukturlar icad etdilər. Nüvə sahəsində razılaşmalar əldə etməyiniz mümkündür və eybi də yoxdur. Lakin infrastrukturlara əl dəymək olmaz, bunlar aradan getməməlidir.
İmam Xomeyninin İslam İnqilabını həyata keçirməkdən ötrü nə pulu, nə təbliğat vasitələri, nə radio, nə də xəbər agentliyi var idi və dünya dövlətlərinin heç biri onu himayət etmirdilər. Ona tarix boyu İranda, İslam ümməti səviyyəsində və dünya səviyyəsində bu dəyişikliyi icad etməyə kömək edən amil iman və ümiddən ibarət idi.
İslam adından istifadə edən və eyni zamanda zehni daşlaşmış insanlar mümkündür ki, İslamın verdiyi dərslər barədə də zümzümə etsinlər, lakin hökmlərinin əksəriyyəti ictimai həyat, hökumət və siyasətlə bağlı olan İslamı qəbul etmirlər. Siyasətdə və ictimai işlərdə məsuliyyətsizliyi (etinasız olmağı) təbliğ edirlər, İmam Xomeyni belə İslamı qəbul etmir.
İmam Xomeyni üç böyük dəyişiklik yaratdı. Bunlardan biri İran səviyyəsində, biri İslam ümməti səviyyəsində və biri də ümumdünya səviyyəsində idi. Bu üç dəyişiklikdən heç biri keçmişdə baş verməyib və bəlkə də gələcəkdə də oxşarları olmayacaq.
Ümid edirəm ki, İslam ümməti dövlətlər arasındakı əlaqələrin genişləndirilməsi ilə öz şövkət və əzəməitini yenidən ələ gətirər və bütün imkan və potensialların bir arada yer alması bütün millətlərin, ölkələrin və İslam dövlətlərinin xeyrinə olar.
Sionist rejim və onun havadarlarının siyasəti Qərbi Asiyada ixtilafın mövcudluğu və asayişin olmamasıdır. Bütün region ölkələri bu məsələyə diqqət yetirməlidir.
Siz millət vəkillərinin parlamentdə ölkə üçün qüvvəyə mindirdiyiniz bu qanunlardan bəziləri, həqiqətən, hörmətə və tərifə layiq olan strateji qanunlardır. Strateji fəaliyyət qanunu ölkəni nüvə məsələsində sərgərdanlıqdan xilas etdi. Bu qanun bizim nə etməli olduğumuzu aydın şəkildə müəyyənləşdirdi və biz indi də dünyada onun nişanələrini görürük.
Bu gün sionist rejim məntəqə üzrə bir çox cəhətdən bizim üçün təhlükəli mərkəzdir. Xarici Siyasət üzrə Orqan ölkə üçün təhlükəli olan sionist rejim kimi mərkəzləri zəiflətməyi bacarmalıdır.
Həcc ziyarətində iştirak etməyin hədəfi nədir? İslam ümmətinin vəhdəti və həmçinin ümmətin bütün üzvlərinin qəlblərinin bir-birilərinə yaxınlaşmasıdır. Nəyin müqabilində? Küfr, zülm, hegemonlar, bəşəri və qeyri- bəşəri bütlər, habelə İslamın aradan aparmaq istədiyi hər bir şeyin müqabilində.
Bir dəfə bir neçə il əvvəl bir cəmin içərisində biri məndən soruşdu ki, qadın (hüquqları) məsələsində Qərb müqabilində nə müdafiəniz var? Dedim ki, mən müdafiə etmirəm, hücum edirəm! Onlar özlərini müdafiə etməli, cavab verməlidirlər. Qadınları əşyaya çeviriblər. Müdafiə nə deməkdir? Mən müdafiə etmirəm. Biz qadın hüquqları məsələsində iddiaçıyıq (qərblilər cavab verməlidirlər).
Bu möhtərəm xanım, bu Peyğəmbər ailəsinin qucağında böyüyən gənc qız imamların (əleyhimus-salam) səhabələri və dostları ilə birlikdə öz hərəkəti ilə müxtəlif şəhərlərdən keçərək insanlar arasında yol boyu mərifət (bəsirət) və vilayət toxumu səpməklə bu bölgəyə çatır və Qum şəhərinə yetişir. Bu gəliş Qum şəhərinin zülmkar hakimlərinin o qaranlıq və zülmət dolu dövründə Əhli-Beyt (əleyhimus-salam) maarifinin əsas dayağı kimi parlamasına, o cümlədən Şərqdən Qərbə qədər bütün İslam aləminə elm və Əhli-beyt maarifinin nurunu ötürən əsas bir şəhər olmağına səbəb oldu.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
21.10.2010
Əgər bir şəxs bir fəhləyə zülm edərsə, onun bütün xeyir əməlləri aradan getmiş olar. Allah behiştin ətrini bu insan üçün haram edər. Yaxşı, indi bu zülm nədən ibarətdir? Muzdunu ödəməməkdən, səhiyyə və sığorta kimi ehtiyaclarını təmin etməməkdən və s. Əgər bir fəhləyə zülm olunmasına razı deyilsinizsə, onda onun məharətlərininin inkişafı üçün zəmin yaratmağınız gərəklidir.
Ramazan ayı həm yalvarış, həm də cihad ayıdır. İslamın əvvəl illərində Bədr döyüşü və Məkkənin fəthi Ramazan ayında olub. Bu illərdə də Qüds Günü İran millətinin mübarizə günü olub və şükürlər olsun ki, digər xalqlar da bu il o hərəkəti geniş miqyasda müşayiət ediblər.
Düşmənin bugünkü taktikası hiylə, təhrif, yalan, vəsvəsə, həqiqətin ziddini göstərmək, xalqları təhqir etmək, millətləri özlərinə qarşı bədbinləşdirmək, millətlərin qabiliyyət, üstünlük və parlaq tərəflərini gizlətməkdən ibarətdir. Düşmənin taktikasını bilməkdə yenilik ələ gətirmək və onu puç etməyin yollarını tapmalıyıq.
On illər öncə sionist rejimin əsas qurucularından biri sayılan Ben Qurion xəbərdarlıq etmişdi ki, onların qabaqlayıcı qüdrəti bitdikdə bu rejim süqut edəcəkdir. Onların qabaqlayıcı qüdrətləri artıq başa çatıb və ya bitmək üzrədir.
Necə olur ki, hökuməti sionist rejimə bağlı olan Avropa ölkələri vətəndaşları Fələstin xalqının xeyrinə və sionist rejimin isə əleyhinə şüarlar səsləndirirlər? Bu, çox mühüm bir məsələdir. Nə üçün belədir? Bu, Fələstin xalqının müqavimətinin bərəkətidir.
Necə olur ki, hökuməti sionist rejimə bağlı olan Avropa ölkələri vətəndaşları Fələstin xalqının xeyrinə və sionist rejimin isə əleyhinə şüarlar səsləndirirlər? Bu, çox mühüm bir məsələdir. Nə üçün belədir? Bu, Fələstin xalqının müqavimətinin bərəkətidir.
Bu gün Allaha şükürlər olsun ki, qəsbkar sionist rejimin tədricən tənəzzülə uğramasının şahidi oluruq və tənəzzül sürəti günü-gündən artır. Bu, çox böyük bir fürsətdir.
Ailələrinizə yetişin. Deməyin ki, bizim çiynimizdə mühüm işlərimiz var. İndi bir-iki saat sonra getsək, onların üzünə gülməsək, küfr etməmişik ki. Dünya-aləm bir-birinə dəyməyib ki. Deyirəm ki, siz gecə-gündüzdən və boş vaxtınızdan bir neçə saatı ailələriniz üçün ayırın, öz məhəbbət, onların hörmətinə riayət etmək, öz diqqət və hisslərinizdən arvad-uşağınızın faydalanmasına icazə verin.
Allahın mütləq qanunu budur ki, peyğəmbərlərin yolu qalib olacaqdır və Allah möminləri müdafiə edəcəkdir. Biz İslam İnqilabının qələbəsini gördük. Bu, haqqın batilə qələbə çalması idi. Səddam rejimi ilə müharibədə Amerika, Sovet İttifaqı, NATO və hətta bəzi müsəlman ölkələri, o cümlədən qonşumuz olan Türkiyə bizim əleyhimizə idilər, lakin biz qalib gəldik.
Qurani-Kərimə görə, daimi müdafiə hazırlığı Allahın əmri, həmçinin Allah və millətin düşmənləri üçün qorxu mənbəyidir. Ölkəyə qarşı təhlükə heç vaxt tam aradan qalxmayacaq, ona görə də Silahlı Qüvvələr bacardıqları qədər hazırlıqlarını artırmalıdırlar.
Bugünkü monqolların, yəni qərblilərin zahiri və çapıb-talamaqları müstəmləkəçilik dövründəki monqollardan fərqlidir. Bununla yanaşı, bizim dövrümüzdə də yeni bir metodla - Səddam kimi quduz itləri hər cür silahlarla, məxsusən kimyəvi silahlarla təchiz edərək İrana qarşı hücuma keçmək və ondan sonra da sanksiyalar vasitəsi ilə qarət etmək və çapıb-talamaq ilə məşğuldurlar.
Obamanın başçılıq etdiyi Amerika Buşun başçılıq etdiyi Amerikadan, Trampın Amerikası Obamanın Amerikasından və Baydenin də Amerikası Trampın Amerikasından daha zəifdir.
Dünya nizamı böyük siyasi dəyişikliyə məruz qalmaqdadır. Bu dəyişikliyin iki xüsusiyyəti var: çox sürətlə həyata keçir və İslam Respublikası düşmənlərinin cəbhəsini zəiflətməyə yönəlib.
Xalq meydandadır. Əziz xalqımız bunu uzun illər boyu göstərdi. Xalq son iğtişaşlara dəstək verən hər bir kəsə sillə vurdu. Allahın güc və qüvvəsi ilə İran milləti gələcəkdə də öz düşmənlərinə sillə vuracaqdır.
Düşmən deyir ki, rəhbərin sözlərinə qulaq asmayın, rəhbərin sözləri təkrardır. Budur təkrar? İllərdir, düşmən yüksək səslə bəyan edir ki, biz İslam Respublikasını diz çökdürmək istəyirik, amma rəhbər bunun müqabilində buyurur ki, qələt edirsiniz! Bu, təkrar deyil, əzmkarlıqdır.
Mənəviyyat nəsimi Mübarək Ramazan ayında hər kəsin halına şamildir və biz öz qəlblərimizi bu ilahi və ətirli nəsimin ixtiyarına təslim edək.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
21.03.2023
İslam Respublikası ərsəyə gələndə azadlıq və xalqa söykənməyi də özü ilə gətirir, lakin bunların kənarında din qeydini də gətirir. Liberal demokratiya liderlərinin dünyaya hakim olmaq planlarını da alt-üst edir.
Liberal demokratiyanın liderləri dünyaya hakim olmaq üçün plan cızıblar. Onlar liberalizm və demokratiya bayrağı altında dünyanın sərvətlərini talamaq, ölkələrə və millətlərə hakim olmaq istəyirlər. Təbii ki, İslam buna qarşıdır.
Bu gün vacib məsələlərdən biri də Fələstin məsələsidir. Bir millət, bir ölkə adi deyil, əksinə, vəhşi, alçaq və zalım insanların zülmü altında qaldığı bir halda İslam dünyası sadəcə seyr və tamaşa edir
İran xalqının bu 22 Bəhmən (11 Fevral) mesajı İslam Respublikasına tam dəstək idi. Sionistlər və amerikalıların əlində olan dünya media imperiyası və düşmənlər öz səsləri ilə İran xalqının səsinə qələbə çalmağa çalışdılar. Amma edə bilmədilər. İran millətinin səsi başqalarının səsinə qalib gəldi.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
15.02.2023
11 Fevral 2023-cü il yürüşündə geniş və dəyərli iştirakına görə İran xalqı qarşısında baş əyirəm. Mən bunun üçün sizlərə təşəkkür etməyə özümü layiq hesab etmirəm, Allah gərək bu işinizi dəyərləndirsin. İran milləti, Allah səylərinizi qiymətləndirsin.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
15.02.2023
Bu il 22 Bəhmən (Fevralın 11-i) tarixi bir gün idi. Xalq ölkə boyu dastan yaratdı. Nə düşmənin geniş təbliğat və təhrikləri, nə də ölkənin bəzi bölgələrində sıfır dərəcədən aşağı olan soyuq hava İran xalqının isti hərarətinə müqavimət göstərə bildi. Xalq bu ilki yürüşdə belə bir əzəmətlə iştirak etdi.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
15.02.2023