03/01/2024
(Həzrət Fatimə) uşaqlıqda anasını itirir və bu da belə bir yaşda bir qız (uşağı) üçün çox çətindir. O bu çətinliyə dözməklə yanaşı böyük bir işi yerinə yetirir və bu, qız uşağıdır ki, atasının qəmxarına çevrilir. Bu qəmxarlıq Mədinə dövründə, Ühüd, Xəndək və bir çox başqa yerlərdə də davam etdi və Peyğəmbər (s) həmin zamanda buyurdu: "Fatimətə atasının anasıdır". O, Peyğəmbər (s) üçün analıq etdi.
28/11/2023
Xanım Zəhraya (s.ə) olan bu məhəbbət və bağlılıq üzərimizə vəzifə qoyur. Vəzifə budur ki, biz o böyük şəxsiyyətin yoluna həm şəxsi, həm də ictimai və ümumi rəftarlarımızda əməl edək. Yol həmin yoldur ki, bu gün inqilab Allahın lütfü ilə xalqımızın gözü qarşısında qərar vermişdir. Bu, Həzrət Fatimənin (s.ə) getdiyi həmin yoldur, yəni özünü və dünyanı islah etmə yolu.
19/11/2023
Əgər qadının örnəyi Zeynəb və Fatimeyi-Zəhra olarsa, fədakarlıq və hər şeyin bahasına olsa da, onun işi düzgün dərk etməkdən, mövqeyini dərk etməkdə sayıq olmaqdan və ən gözəl hərəkətləri seçməkdən ibarət olacaqdır.
19/07/2023
Əgər şiə tarixinin Əmirəlmöminin (ə), İmam Həsən (ə), İmam Hüseyn (ə) və Xanım Fatimeyi-Zəhra (s.ə) kimi böyük simaları olmasaydı, bu gün kitab səhifələrində nəinki təkcə şiədən, əksinə, İslamdan bir əsər-əlamət tapılmazdı. İslamı mən və sizlər üçün qoruyub-saxlayan Əlinin (ə) adı, xatırlanması və bu böyük şəxsiyyətlərin şəhadət və fədakarlıqlarını xatırlamaq olmuşdur.
30/11/2022
Həzrət Zəhranın (ə) mövlud günü münasibəti ilə