Elmi və texnoloji sahələrin bütün bölmələrində irəliləyişin sürətləndirilməsi elmi cəhətdən seçilmiş olan alimlərin məsuliyyət dairəsindədir. Ölkə və millətin izzət və abırını qorumaq tribun və qələm sahiblərinin qeydsiz-şərtsiz vəzifəsidir. Ölkənin milli təhlükəsizlik və müstəqilliyini qoruyan vasitələrlə daim təchiz olunması hərbi komandanların vəzifəsidir. İşlərin ciddi və ardıcıl şəkildə aparılması və nəticəyə çatdırılması icraedici qurumların məsuliyyətidir. Xalqın qəlbini mənəvi olaraq nurlandırmaq, səbir, asayiş və sabitliyə təşviq etmək isə hörmətli ruhanilərin vəzifəsidir. İnqilabi coşqu, şövq və şüurun qorunması isə hər birimizin, xüsusilə də gənclərin vəzifəsidir.
İnqilab Rəhbəri 26.07.2000-ci il tarixdə Ərdəbil vilayətinə səfəri zamanı bu vilayətin yüksək istedadlı elmi şəxslərinin iştirakı ilə keçirilən görüşdə İmam Hüseyn əleyhissəlamın məqamını vəsf edərək azəri dilində şeir və rövzə oxudu.
Şeirin mətni:Ay batdı, sübh açıldı, Zeynəb nəvayə (sözə) gəldi,
Zəhra dedi Hüseyn vay, aləm sədayə (sözə) gəldi.
Sonra deyir ki, "Hüseyn qətlə yetirildi" adıyla məşhur oldu:
Cənnatidən eşitdi Peyğəmbəri-gerami (dəyərli), nəleyinsiz (ayaqqabısız), əbasız Kərbü-bəlayə gəldi.
Daha sonra bu hissəyə gəlib yetişir:
Yel əsdi, gün tutuldu, zülmət fəzaya (hər yeri bürüdü) gəldi.