14/11/2025
Soruşurlar ki, Amerika ilə münasibətləri əbədi olaraq qurmayacağıq? Amerikanın hegemon mahiyyəti təslim olmaqdan başqa heç nəyi qəbul etmir. Bunu Amerikanın indiki prezidenti dilə gətirdi, Amerikanın iç üzünü ifşa etdi. İran kimi bir millətin təslim olması nə məna daşıyır?         Ayətullah Əl-Üzma Seyid Əli Xamenei    03.11.2025 
12/11/2025
Tarixi baxımdan, şübhəsiz ki, ölkənin gələcək tarixində bu gün, şübhəsiz ki, xalq üçün qürur və zəfər günü olacaq. Bu elə bir gündür ki, gənclərimiz şücaət sərgilədilər, dünya siyasətçilərinin qorxduğu bir qüdrətin qarşısında. Cürət etdilər, qorxmadılar, onun səfirliyinə hücum etdilər, bir məntiqlə, bir səbəblə, bir dəlillə ki, indi mən izah edəcəyəm.  Bu gün iftixar olunası bir gündür. Bu gün qələbə günüdür. 13 aban (4 noyabr 1979) tarixi baxımdan belə bir gündür. 13 aban elə bir gündür ki, tələbələrimiz gedib ABŞ səfirliyini ələ keçirdilər. Bu, tariximizdə, milli yaddaşımızda qalmalı olan günlərdən biridir, unudulmamalıdır, xalqımızın hamısı ondan xəbərdar olmalıdır.  Şükür ki, ölkədə məlumat mənbələri də mövcuddur və həmin günün bir çox məsələlərini müxtəlif kitablarda və bu mövzuyla bağlı xüsusi yazılmış kitablarda oxumaq və öyrənmək olar. Bu, tarixi cəhətdəndir. Amma kimlik baxımından: bu daha önəmlidir.  Səfirliyin ələ keçirilməsi ABŞ-ın həqiqi kimliyini aşkara çıxardı. İslam hərəkatının və İslam inqilabının həqiqi və mahiyyət etibarilə kimliyini də aydınlaşdırdı və müəyyən etdi. Bu hadisənin kimlik təsiri budur. 
03/06/2025
[Amerikanın] İslama və müsəlmanlara qarşı əsas siyasəti müharibə odunu alovlandırmaqdır… Müsəlmanlar ayıq olmalı və bu şeytani siyasəti puça çıxarmalıdırlar. Həcc bu ayıqlığın zəminini yaradır və həccdə müşriklərə və hegemonlara qarşı bezarlığın fəlsəfəsi də məhz budur.​
03/06/2025
Mənim israrlı tövsiyəm bu xoşbəxt zəvvarların hamısına, xüsusilə də bu İlahi görüş məkanında iştirak edən İslam ölkələrinin alim və xətiblərinə, həmçinin bu iki şərafətli iki Hərəmin cümə xətiblərinə budur ki, məsələni doğru anlayaraq bugünkü və təcili vəzifələrini dərk etsinlər… Bütün qəzəb və fəryadlarını İslam ümmətinin düşmənlərinə, fitnələrin başında duran sionizm və Amerikaya yağdırsınlar. Müşriklərdən bezarlığı sözlərində və əməllərində açıq şəkildə göstərsinlər.