İran İslam Respublikasının quruluşunda din və elm iki əsas təməl ünsürdür. Məhz bu səbəbdəndir ki, xalqın dini inancı və gənclərimizin elmi biliyi müxtəlif sahələrdə düşməni geri çəkilməyə məcbur edə bildi. Bundan sonra da bu belə olacaq.
Düşmənin son təcavüzü nəticəsində baş verən müharibədə şəhid olanların anım mərasimi İslam İnqilabı Rəhbərinin, şəhid ailələrinin, ölkənin yüksək rütbəli dövlət və hərbi rəsmilərinin, eləcə də xalqın geniş şəkildə iştirakı ilə 29.07.2025-ci il tarixdə İmam Xomeyni hüseyniyyəsində keçirildi.
Həzrət Ayətullah Xamenei mərasimin bir hissəsində bir neçə dəqiqəlik çıxış etdi.
İmam Hüseyn (ə) buyurdu: "ZİLLƏT BİZDƏN UZAQDIR". İmam Hüseynin hərəkəti izzət hərəkəti idi, yəni haqqın izzəti, dinin izzəti, imamətin izzəti və Peyğəmbərin təqdim etdiyi yolun izzəti. İmam Hüseyn (ə) izzətin təcəssümü idi və ayağa qalxdığı üçün həm də fəxr və qürur mənbəyi oldu.
Din müxtəlif hadisələr, yeni məsələlər və hökumət idarəçiliyi ilə bağlı düşüncələrə, yol göstərməyə, məntiqə və nümunələrə malikdir. Bu nümunələri tapmaq və onların üzərində işləmək lazımdır.
Əgər müsbətə doğru dəyişikliklər ağıllı və dindar insanların əlində olsa, cəmiyyət və bəşəriyyət tərəqqiyə nail olar. Lakin bu olmazsa, dəyişikliklər azğınlıq və tənəzzülə doğru gedər, necə ki, bu gün Qərb cəmiyyətlərində ağla zidd olan mənfi hallar müsbət dəyərlərə çevrilmişdir.