Peyğəmbərin İlahi və təbii bir heybəti vardı və onun hüzurunda camaat özünü itirirdi, amma o, insanlarla nəvaziş və gözəl əxlaqla davranırdı. Bir cəmlə oturduğu zaman isə onun peyğəmbər və bu toplumun rəhbəri, böyüyü olduğu seçilmirdi.
Seyid Əli Xamenei
27.09.1991
Peyğəmbər (s) o məqam, şan-şöhrət və əzəməti ilə belə ibadətindən qafil olmurdu, gecənin yarısında ağlayır, dua və istiğfar edirdi. Ümmü Sələmə belə dedi: “Ya Rəsuləllah! Allah-taala səni bu qədər ucaldıb, günahlarını bağışlayıb, bəs nə üçün ağlayırsan?” Buyurdu: “Əgər Allahdan qafil olsam, məni nə saxlayar?” Bu isə bizim üçün dərsdir.
Seyid Əli Xamenei
27.09.1991
Bütün ailələr, bütün xalq və məxsusən də gənclər namaza, məscidə, ibadət və Quran məclislərinə əhəmiyyət versinlər. Bu gün bu ölkə əzəmət, izzət və qüdrətdən hər nə ələ gətiribsə, Quranın, İslamın, namazın, Allaha ibadət və zikrin sayəsində ələ gətiribdir. Həm dərsə və işə diqqət yetirilməli, həm də dindarlığa. Bütün bunların hamısı dindarlığa söykənir. Namazla, məscidlə, ibadətlə, dini və Quran məclisləri ilə ünsiyyətdə olmalısınız.