Bizim siz müəllimlərdən də gözləntilərimiz vardır. Müəllim təkcə elmi tədris edən deyil, eyni zamanda şagirdin şəxsiyyətini də formalaşdırandır. Bu məsələyə diqqət edin. Diqqət edin ki, siz bu gənc və yeniyetmənin şəxsiyyətini formalaşdırırsınız. Əgər dərindən iş görsəniz və (o şagird) universitetə getsə, universitetdə mövcud olan problem ona təsir etməyəcək, onun şəxsiyyəti formalaşacaqdır. Siz həqiqətdə sinifinizdə olan bu gənc və yeniyetmənin batini potensial və istedadlarını üzə çıxarırsınız. Beləliklə də, sizlər şəxsiyyət formalaşdırırsınız.
Şagirdə birinci növbədə elm öyrətməli, eyni zamanda onda özünəinam, himmət və maraq yaratmalı, ona iş görmək və dərs üçün şövq verməlisiniz ki, özündə olan bu qabiliyyətləri üzə çıxara bilsin.
Bizim siz müəllimlərdən də gözləntilərimiz vardır. Müəllim təkcə elmi tədris edən deyil, eyni zamanda şagirdin şəxsiyyətini də formalaşdırandır. Bu məsələyə diqqət edin. Diqqət edin ki, siz bu gənc və yeniyetmənin şəxsiyyətini formalaşdırırsınız. Əgər dərindən iş görsəniz və (o şagird) universitetə getsə, universitetdə mövcud olan problem ona təsir etməyəcək, onun şəxsiyyəti formalaşacaqdır. Siz həqiqətdə sinifinizdə olan bu gənc və yeniyetmənin batini potensial və istedadlarını üzə çıxarırsınız. Beləliklə də, sizlər şəxsiyyət formalaşdırırsınız.
Təlim-Tərbiyə Nazirliyində tərbiyə sektorunun birinci işi gənclər arasında əxlaqi və ictimai zərərlərin meydana gəlməsi və geniş yayılmasının qarşısını almaqdır. Mən bunu təklif etmək istəyirəm ki, aktiv olan gənc və yeniyetmələrimiz ictimai zərərlərin qarşısını almalıdırlar. Bu işin müqəddiməsi budur ki, məktəblərin özündə ictimai zərərlər mövcud olmasın. Bu iş də məktəblərdə mədəniyyət işləri üzrə müavinliyin öhdəsindədir.
Şagirdi milli iftixarlar, ölkənin mövcud imkanları, habelə düzgün yolları keçməklə, doğru şüarlar verməklə ələ gələn qələbələrlə tanış edin. Bunların kənarında xətərlərlə, düşmən və düşmənçiliklərlə də tanış edin. Bu da (müəllim cəmiyyətindən olan) başqa bir gözləntidir.
Ölkənin müəllim cəmiyyətində nümunə formalaşdırmaq mühüm məsələdir. Sizin ölkə boyu müəllim cəmiyyətində örnək olan müəllimləriniz kimlərdir? Bizim başqa sahələrdə ülgülərimiz vardır. Məsələn, idman sahəsində qəhramanlarımız, sənətdə görkəmli sənətkarlar, dini təlim və ruhanilik sahəsində bir dəstə görkəmli ruhanilər başqaları üçün örnəkdirlər. Din tələbəsi mərcəyi-təqlidə, o böyük dərs deyənə (bir nümunə ünvanında) baxır. Müəllim cəmiyyətində bu nümunələr kimlərdir? Təlim-Tərbiyə Orqanı müəllim göstəriciləri baxımından başqalarından seçilən və görkəmli müəllimləri bütün ölkə boyu tapıb, cəmiyyətə tanıtdırsınlar.
Mən gənclər üçün daim ümid məsələsi üzərində israrlıyam. Səbəb də budur ki, ümid həqiqətdə ölkənin gələcəyini zəmanət altına alır. Əgər kimsə bu günün gənc və yeniyetməsində ümid icad edərsə və ona ümid ötürərsə, həqiqətdə ölkə gələcəyinin formalaşmasına kömək etmişdir. Ümid formalaşdırmaq budur ki, onlara (ölkənin əldə etdiyi) inkişafları açıqlayın, müsbət tərəfləri izah edin və maraq doğuracaq gələcək planları bəyan edin.
Bir zamanlar Təlim-Tərbiyə Nazirliyində tərbiyə sahəsinin nazirlikdən ləğv edilməsi fikrini irəli sürürdülər. Nə üçün? Dediklərinin məntiqi bu idi ki, tərbiyə müəllimin vasitəsilə edilməlidir. Bu söz düzdür, yəni müəllimin işi təkcə təlimdən ibarət deyil. Müəllim həm tərbiyə etməli və həm də təlim verməlidir, lakin bu kifayət etmir. Mövzu da bunun üzərindədir. Təhsil Nazirliyi təlim-tərbiyənin ən zəruri sahələrindən biridir.
Müxtəlif daxili, cismi və ruhi narahatlıqlara rəğmən, təlim və tərbiyə işini tərk etməyən və bu sahəyə əhəmiyyət verən müəllimlər qəhrəmandırlar. (Təlim-Tərbiyə Orqanı) Bütün ölkə boyu belə şəxsləri tapıb bir qəhrəman ünvanında cəmiyyətə tanıtdırsınlar.