İslam İnqilabının Rəhbəri, Ayətullah Xamenei müqavimət cəbhəsinin müvəffəqiyyəti üçün "Fəth surəsi", "Səhifeyi-Səccadiyə"nin on dördüncü duası və "Təvəssül duası"nın oxunmasını tövsiyə edib.
Səhifeyi-Səccadiyyənin 20-ci duası olan mübarək Məkarimul-Əxlaq duasını çox oxuyun ki, İmam Səccadın (ə) bu duada Allah-təaladan nə istədiyini görəsiniz. İmamların (ə) kəlamları, Səhifeyi-Səccadiyyənin duaları və əxlaqi xəstəliklərimizə şəfa verə biləcək, ruhumuzun yaralarını müalicə edəcək bu şəfaverici dərmanlarla özümüzü tanış edək.
Ramazan ayı dua ayıdır. Duaları unutmayın. Ramazan ayı haqda hədislərdə gələn dualar qənimət bilməyiniz gərəkən nemət və fürsətlərdən biridir. Əbu Həmzə Sumali, İftitah, Cövşən-Kəbir duası və Ramazan ayının gündüzlər, gecələr, sübh namazından əvvəl və bu ayın başqa məxsus saatlarında oxunan və hədislərdə gələn dualar, həqiqətən də, böyük İlahi nemətlərdəndir.
Həm mübarək “Səhifeyi-Səccadiyə” kitabında olan, həm də Ramazan ayı üçün olan başqa dualarda bu ayın sifətləri qeyd edilib. Bu sifət və xüsusiyyətlərin hər biri üzərində dərindən düşünməyə dəyər.
Həzrət Fatimeyi-Zəhranın (s.ə) mövludu günündə bir qrup Əhli-Beyt (ə) məddahları çərşənbə günü səhər saatlarında 03.01.2024-cü il tarixdə İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüblər.