04/01/2026
İmam Əli (ə) lazım olan yerdə qılncla haqq düşmənlərinin canına düşərdi və heç nədən də qorxmazdı. Harada məzlum, harada haqqı mənimsənilmiş birini görsəydi, Əmirəlmöminin insanların ən şəfqətlisinə çevrilərdi.      Seyid Əli Xamenei    31.12.1999 
02/01/2026
İmam Cavad (əleyhissalam) batillə mübarizənin təcəssümü idi. O, Allahın hökuməti uğrunda mübarizə aparırdı. O, Allaha və Qurana görə mübarizə aparırdı və qüdrətlərdən qorxmurdu. İmam, əslində, İran xalqının bu gün əl-ələ verərək izlədiyi bu hərəkatın İmamı, örnəyi və öndəri idi.       Seyid Əli Xamenei    08.09.1983
16/12/2025
Mirzə Kuçək Xan o dövrün iki böyük gücünə - ruslara və ingilislərə - böyük bir "Yox" deyən tənha bir insan idi. O, nə ruslarla yola getdi, nə də ingilislərlə. O, ingilislərlə, rus kazakları ilə, Rza Xanın ordusu və Rza Xandan əvvəl gələnlərlə vuruşdu. O, bir nəslə kimlik, şəxsiyyət, güc və iradə vermək üçün səyini, iradəsini, şəxsiyyətini və kimliyini sərf etdi.    Seyid Əli Xamenei    02.05.2001
03/09/2025
“Amerika buranı mənimsəmişdi, lakin əlindən çıxarıldı, buna görə də ölkəyə və inqilaba qarşı kini dəvə kini kimidir! Asanlıqla əl çəkməyəcək. Amerika İranda məğlub oldu və bu məğlubiyyətin bahasını ödətməyə çalışır.”
23/08/2025
İmam Rzanın (əleyhissalam) hamımıza dərsi budur ki: Ey müsəlman! Mübarizədən yorulma. Yatma, çünki düşmən həmişə ayıqdır və müxtəlif formalarda, fərqli geyimlərdə, müxtəlif maskalarda və rəngbərəng formalarda ortaya çıxır. Gözünüz iti olsun, düşməni tanıyın, onunla mübarizə yolunu bilin və Əli ibn Musa Ər-Rza kimi əvvəldən axıradək mübarizəni davam etdirin.
08/08/2025
İmam Səccad (ə) İslam cəmiyyətində əxlaqı təlim vermək və dəyişməklə məşğul oldu. İmam Səccadın (ə) təhlilinə əsasən, İslam dünyasının əsas problemlərinin mühüm bir hissəsi xalqın əxlaqının tənəzzülə uğraması və zay olub aradan getməsi idi. Əgər camaat İslam əxlaqına sahib olsaydılar, Yezid, İbn Ziyad, Ömər Səd və başqaları o faciəni törədə bilməzdilər... Hakimiyyətlər istər fasiq olsunlar, istər dinsiz və zalım – xalqı belə böyük bir faciəni törətməyə, yəni Peyğəmbərin (s) oğlunu və Fatimeyi-Zəhranın (əleyhassalam) övladını öldürməyə vadar edə bilməzdilər.
07/08/2025
İmam Səccad (ə) barəsində yaradılmış o susqun, başıaşağı, məzlum və passiv obraz tamamilə həqiqətə ziddir. İmam Səccadın (ə) həqiqi siması mübariz, qəhrəman, yorulmaz və (zülmlə) barışmaz bir simadır. O, tam tədbirlə, tam dəqiqliklə yolları tanıyır, onları seçir və hədəflərə doğru bu yollarla irəliləyir, özü isə (bu yolda) yorulmur, amma düşməni yorur.
28/02/2025
Bu iki başıuca mücahidə, son dövrdə şəhadətə yetişən başqa şücaətli və fədakar mübarizlərə və bütün İslam şəhidlərinə Allahın və onun saleh bəndələrinin salamı olsun.
06/10/2024
Seyid Həsən Nəsrullah mübariz və haqq tələb insanların ümid yeri və cəsarət mənbəyi idi. Onun məhəbbətinin miqyası Livan, İran və ərəb ölkələrindən kənara ötüb keçmişdi və hazırda onun şəhadəti bu təsiri daha da artıracaqdır.​
03/03/2024
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei alicənab alim mərhum Ayətullah Hacı Şeyx Məhəmməd İmami Kaşaninin dünyasını dəyişməsi münasibətilə başsağlığı mesajı verdi.