12/02/2025
İran Silahlı Qüvvələrinin Ali Baş Komandanı Ayətullah Xamenei çərşənbə günü, 12 fevral 2025-ci il tarixində bir saat müddətində İranın müdafiə sənayesi alimləri və mütəxəssislərinin ən son nailiyyətlərini və imkanlarını əhatə edən "İqtidar 1403" sərgisinə baş çəkib. Sərgidə hava hücumundan müdafiə, ballistik və qanadlı raketlər, ağıllı sursatlar, kosmik texnologiyalar, pilotsuz uçuş aparatları və aviasiya, dəniz gəmiləri və enerji sahələrində istifadə olunan qabaqcıl avadanlıqlar və yeni texnologiyalar nümayiş etdirilib. Müdafiə sənayesinin mütəxəssisləri müxtəlif sahələrdə zəruri izahatlar veriblər.
30/08/2024
Əgər süni intellektin dərin və müxtəlif qatlarını ələ gətirməsəniz, sabah dünyanın qüdrət ardınca olan insanları "Süni intellekt agentliyi" də vücuda gətirərlər və daha o zaman icazə verməzlər ki, siz onların təyin etdiyi həmin xətdən keçəsiniz. Ona görə də bunun dərin texnologiyalarına yiyələnməliyik. Ölkədə onun infrastrukturunu ələ gətirmək ardınca olun.
02/02/2024
Ölkənin qeyri-dövlət sektorunun istehsal müəssisələrində gözə çarpan həddə artım olmuşdur. Bu mühüm xəbərdir. Niyə? Çünki bu tərəqqi, inkişaf və görülən işlər sanksiya şəraitində həyata keçirilib. ​
01/02/2024
Dünən baxış keçirdiyimiz yerli istehsal imkanları sərgisi çox şövqləndirici və görkəmli bir sərgi idi. Düşünürəm ki, biz bu sərgini İranın elmi və texnoloji qüdrətinin bir nümunəsi kimi təqdim edə bilərik. ​
16/01/2024
İmam Xomeyninin vəfatından sonra onun bir çox arzuları həyata keçdi; ölkənin özünəinamı və öz imkanları ilə kifayətlənməsi, ölkənin elmi və texnoloji tərəqqisi, siyasi inkişafı, İslam Respublikasının nüfuzunun Qərbi Asiya və Şimali Afrikanın geniş məntəqəsində vüsət tapması. Bu arzuların bir çoxu həyata keçib və başqa bir çox arzuları da Allahın izni ilə həyata keçəcəkdir. Qüds Gününü müsəlmanlar canlı saxlamalıdırlar. Mən İsrailin hərislikləri haqda xəbərdarlıq etdim ki, belə deyil ki, o, qəsb etdiyi torpaqlarla kifayətlənsin. Gördünüz ki, Qüdsdə öz paytaxtını elan etdi. Bu arzuların bir çoxu həyata keçib və Allahın izni ilə başqa bir çox arzuları da həyata keçəcəkdir. Alicənab İmam Xomeynimizin İslam Respublikası günbəgün daha çox yüksəliş və əzəmət əldə edəcəkdir.
11/06/2023
İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei bazar günü səhər saatlarında 11 iyun 2023-cü il tarixdə İmam Xomeyni (r.ə) hüseyniyyəsində nüvə sənayesində əldə edilən nailiyyətləri nümayiş etdirən sərgiyə baxış keçirib.