İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei bazar günü səhər saatlarında 11 iyun 2023-cü il tarixdə İmam Xomeyni (r.ə) hüseyniyyəsində nüvə sənayesində əldə edilən nailiyyətləri nümayiş etdirən sərgiyə baxış keçirib.
Bu sərgidə insanların həyatı ilə bağlı sahələrdə, xüsusən də "tibb", "əczaçılıq", "sənaye", "kənd təsərrüfatı və qida", "energetika, su və elektrik stansiyasının tikintisi" və "geologiya" kimi sahələrdə nüvə elmləri üzrə mütəxəssislərin və tədqiqatçıların ən mühüm nailiyyətləri nümayiş etdirilib.
İranlı alimlərin “nüvə yanacaq dövrəsində yerli texnologiya və biliklərə” nail olması tədqiqatçılar və ekspertlərin İslam İnqilabının Rəhbərinə lazımi izahatları təqdim etdikləri bu sərginin digər hissələrindən biri idi.
Alimlər, mütəxəssilər, ekspertlər və ölkənin nüvə sənayesi üzrə bir qrup məsul şəxsləri Həzrət Ayətullah Xameneinin sərgiyə baxış keçirməsindən sonra İmam Xomeyni (r.ə) hüseyniyyəsində iştirak edərək İslam İnqilabının Rəhbəri ilə görüşüblər.
Bu görüşdə Ayətullah Əl-Üzma Xamenei belə buyurdu:
"İyirmi ildir ki, biz nüvə problemi yaşayırıq. Niyə düşmənlər bu problemi yaratdılar? Onlar bilirlər ki, İran nüvə silahı ardınca deyil, lakin bizim nüvə sənayesindəki hərəkətimiz bir çox sahələrdə elmi tərəqqinin açarı rolunu oynayır. Düşmənlər bunu istəmirlər.
İranın kütləvi qırğın silahı əleyhinə olduğunu bildirən o Həzrət sözlərinə belə davam etdi:
"Biz nüvə silahının kütləvi qırğın üçün istifadə edildiyinə inanırıq və biz kütləvi qırğınların əleyhinəyik. Bu iş dinə və İslama ziddir. İstər atom, istər kimyəvi, istərsə də hər hansı digər mümkün növlər".
"Biz nüvə silahının ardınca deyilik" deyən Ayətullah Xamenei qeyd etdi:
"Biz İslami prinsiplərimizə əsasən, nüvə silahının ardınca deyilik, yoxsa istəsəydik, qarşısını ala bilməzdilər. Necə ki, nüvə sənayesindəki inkişaflarımızın qarşısını ala bilmədilər və ala da bilməyəcəklər".
Bu görüşdə düşmənin nüvə enerjisinə həssaslığını bildirən İnqilab Rəhbəri belə buyurdu:
"Nüvə sənayesi ölkənin etibarlıq və qüdrətinin əsas və mühüm hissələrindən biridir. Düşmənlərin nüvə enerjisinin üzərində daynamaqlarının səbəbi "Güclü İran"la müxalif olduqlarına görədir".
İranın nüvə sənayesindəki məhsullarının ticarət dövriyyəsinə keçirilməsinin zəruriliyinə toxunan o Həzrət əlavə etdi:
"İranın nüvə sənayesindəki xidmətləri və məhsulları ticarət dövriyyəsinə keçirilməlidir. Bizim bu inkişaflarımızın dünyada yaxşı bazarları vardır və ölkənin iqtisadiyyatı və gəliri üçün ondan istifadə etmək olar. Bizimlə bu sahədə münaqişəsi olmayan eyni istiqamətli ölkələrlə əməkdaşlıq edilsin".
Ayətullah Xamenei sözlərinin yekununda nüvə sahəsində infrastrukturların yaradılmasına işarə edərək belə buyurdu:
"Bu illər ərzində ölkənin nüvə sənayesi fəalları mühüm İnfrastrukturlar icad etdilər. Nüvə sahəsində razılaşmalar əldə etməyiniz mümkündür və eybi də yoxdur. Lakin infrastrukturlara əl dəymək olmaz, bunlar aradan getməməlidir".