28/11/2023
Uca Allah Musaya və Haruna Fironun yanına getməyi əmr etdi. Təbii ki, bu, əzəmətli bir iş idi.
İki nəfərin o günün əzəmətli bir qüdrəti ilə təkbaşına üzləşməsi və mübarizə aparmaq üçün getməsi (çox böyük bir işdir).
Fironun qüdrəti çox əzəmətli bir qüdrət idi.
Həzrət Musa dedi: “Pərvərdigara!
Bəli, biz getsək mümkündür ki məsələn bizi öldürüb qətlə yetirsinlər, (nəticədə) işimiz yarımçıq qalsın”. (Təbii ki ) Öldürülməkdən qorxmurdular.
Allah-təala Həzrət Musaya buyurdu: “Şübhəsiz, mən sizinləyəm, eşidirəm və görürəm”.
Qorxmayın, qorxmayın!
Vahiməyə düşməyin! Hesablamada səhvə yol verməyin, Allah sizinlədir.
“Şübhəsiz, mən sizinləyəm, eşidirəm və görürəm”.
Bədr döyüşündə kafirlər öz bütlərinin adlarını şüar olaraq səsləndirməyə başlayanda Peyğəmbər müsəlmanlara “Allahu Məvlana və la Məvla ləkum” demələrini buyurdu.
Allah bizim mövlamızdır, himayədarımızdır, gücümüz onun qüdrətinə arxalanır və sizdə (isə) bu yoxdur!
İran millətinin qüdrətinin əsas və mühüm hissəsi Allahın himayəsinə etimada görədir.
“Süstləşməyin və kədərlənməyin ki, əgər (həqiqi) mömin olsanız, siz üstünsünüz”.
Əgər qəlbdə və əməldə iman olarsa, dağlar bir cəmiyyət, bir dəstə və bir qüdrətli şəxsin qarşısında hamar olar!
Firon hakimiyyətinin yaratdığı o qeyri-adi çətinliklərdə Musa öz qövmünə dedi: “İstəinu billahi vəsbiru”
“Allahdan kömək istəyin, səbr edin və müqavimət göstərin”.
“Şübhəsiz, yer üzü Allaha məxsusdur və istədiyini onun varisi edər. (Gözəl) Aqibət pərhizkarlarındır”.
Mühüm olan budur!
Bəziləri dedilər ki, biz ələ keçdik, lakin Allah-təala öz qüdrətini göstərərək Firon və onun qövmünə qələbə çaldı.
Mən sizə deyirəm: “İnnə məiyə Rəbbi”. Bilin, Allah bizimlədir.
Allahın bizimlə olmasının mənası iki nəfər əliyalını təkbaşına Fironla döyüşə göndərə bilməsidir.
Bütün imkanlardan istifadə edirlər, bu mübarək inkişafı, bu İslam Respublikasını, bu təcəssüm etmiş inqilabı məğlub etmək üçün və (lakin) edə bilmədilər.
Allah bizim mövlamızdır.
İnanmayanlar bu qırx ilə baxsınlar!
Bu qırx ildə dünyanın maddi qüdrətinin mərkəzi sayılan düşmənlərimiz bütün vücudları ilə bir araya gəldilər və bu inqilab və hərəkatın qarşısında dayandılar, zərbə vurdular və bütün güclərini sərf etdilər.
Bütün vücudları ilə bir araya gəldilər və bu inqilab və hərəkatın qarşısında dayandılar, zərbə vurdular və bütün güclərini sərf etdilər.
Qırx ildən sonra onlar ilk gündəkindən daha zəifdirlər, biz isə ilk gündəkindən daha güclü, bu onu göstərir ki, (Allahın buyurduğu kimi) “Mən sizinləyəm”, (bəli) Allah-təala bizimlədir, “Eşidirəm və görürəm”.
Bu inqilab çox qəribədir, bu (inqilab) hələ bundan sonra da dünya hegemonlarına başağrısı verəcəkdir.