22/06/2024
Amerika gec-tez sionist rejimin arxasından (onu himayə etməkdən) çəkiləcəkdir.
19/06/2024
Əqsa fırtınası əməliyyatı sionist rejimi elə bir yola gətirib çıxarıb ki, bu yolun sonu məhv olub aradan getməkdən başqa bir şey deyil. ​
19/06/2024
Sionist rejimin belə bir şiddət və qəsavətlə Qəzzanın müdafiəsiz əhalisinə hücum etməsi bu rejimin bütün Qərbi Asiya məntəqəsinin siyasət və iqtisadiyyatına yiyələnmək planının puça çıxmasına əsəbi bir reaksiyadır. Amerika və sionistlər tərəfindən cızılan bu plan Əqsa fırtınası ilə puça çıxdı.
06/04/2024
Əqsa fırtınası hadisəsindən sonra Qərbi Asiya məntəqəsindəki hesablamalar dəyişdi və dəyişəcəkdir. Müqavimət düşmənləri bu dəyişikliklərlə razılaşmağa məcburdurlar və bilsinlər ki, bu məntəqədə hökmranlıq edə bilməzlər.
06/04/2024
Fələstinlilərə kömək etmək yolunun sionist rejimlə rabitə yaratmaq və əlaqə qurmaq olduğunu düşünsək, bu, çox böyük bir səhv olar. Bu qırx ildə sionist rejimin cinayətləri azaldı məgər?! İnsafən, sionist rejim də rəzillik və cinayətin ən son həddini törətməkdədir. Daha bundan artıq və bundan xəbis iş çox az zehnə gələ bilər.​
05/04/2024
Ümidvarıq ki, Allah-təala Fələstin hadisəsində bu işi yaxşı nəticə ilə sonlandırsın, inşallah, fələstinliləri düşmənə qalib etsin.​
05/04/2024
Qüds Günü təkcə Fələstinə aid bir gün deyil, əksinə, İslam ümmətinin günüdür.​
05/04/2024
Qüds Günü Fələstin xalqı ilə həmrəylik və sıx əlaqə göstərmək, onlara müsbət ruhiyyə ötürmək və sözün həqiqi mənasında bu meydanlarda olmalarına görə onların qəlbinə qüvvət vermək üçün yaxşı bir fürsətdir.​
05/04/2024
Bu gün Fələstin, həqiqətən də, qüdrətlidir. Fələstinli gənclər Fələstin hadisəsinin unudulamasına imkan vermirlər. Düşmənin təcavüzü və cinayəti müqabilində dayanıblar.​
05/04/2024
Qüds Günü haqq və batilin cəbhələşməsi və ədatətin zülm müqabilində qarşıdurmasının göstəricisidir.
05/04/2024
Builki Qüds Günü qəsbkar sionist rejimə qarşı beynəlxalq kütləvi axın olacaqdır.​
05/04/2024
Ümidvarıq ki, bizim bugünkü gənclərimiz müqəddəs Qüdsün müsəlmanların ixtiyarına keçdiyi və orada namaz qıldıqları günü görsünlər.
05/04/2024
Birinci məğlubiyyət bərpası mümkün olmayan 7 oktyabr hadisəsi idi. Məlumatın doğruluğuna arxalanan və uçan hər quşun nəzarəti altında olduğunu iddia edən bir rejim imkanları az olan bir müqavimət qrupu tərəfindən məğlub edildi.​
05/04/2024
İkinci məğlubiyyət isə bu altı ayda olan məğlubiyyətdir. Bunlar meydana daxil olduqları ilk gündən o birinci məğlubiyyətin təlafisi üçün müəyyən hədəfləri elan etdilər və bu hədəflərin heç biri bu altı ayda həyata keçməyibdir.
05/04/2024
Fələstinlilərə kömək etmək yolunun sionist rejimlə rabitə yaratmaq və əlaqə qurmaq olduğunu düşünsək, bu, çox böyük bir səhv olar. Bu qırx ildə sionist rejimin cinayətləri azaldı məgər?! İnsafən, sionist rejim də rəzillik və cinayətin ən son həddini törətməkdədir. Daha bundan artıq və bundan xəbis iş çox az zehnə gələ bilər. Əllərindən gələn hər bir qələti edirlər. Həm ABŞ himayə edir, həm də Avropa. Fələstin həm məzlumdur, həm də qüdrətli; məzlum qüdrətli. Bu gün Fələstin belədir, yəni, həqiqətən də, qüdrətlidir. Fələstinli gənclər Fələstin hadisənin unudulamasına imkan vermirlər. Dayanıblar düşmənin təcavüzü qarşısında, cinayəti müqabilində. Qarşıda Qüds Günü vardır. Məncə, bu il Qüds Günü digər illərdəkindən fərqli olacaqdır. Qüds Günü yaxşı fürsətdir ki Fələstin xalqı ilə həmrəylik və sıx əlaqə göstərilsin, onlara müsbət ruhiyyə ötürülsün və sözün həqiqi mənasında bu meydanlarda olmaları üçün onların qəlbinə qüvvət verilsin.