İmam Səccad (ə) İslam cəmiyyətində əxlaqı təlim vermək və dəyişməklə məşğul oldu. İmam Səccadın (ə) təhlilinə əsasən, İslam dünyasının əsas problemlərinin mühüm bir hissəsi xalqın əxlaqının tənəzzülə uğraması və zay olub aradan getməsi idi.
Əgər camaat İslam əxlaqına sahib olsaydılar, Yezid, İbn Ziyad, Ömər Səd və başqaları o faciəni törədə bilməzdilər... Hakimiyyətlər istər fasiq olsunlar, istər dinsiz və zalım – xalqı belə böyük bir faciəni törətməyə, yəni Peyğəmbərin (s) oğlunu və Fatimeyi-Zəhranın (əleyhassalam) övladını öldürməyə vadar edə bilməzdilər.
İmam Səccad (ə) barəsində yaradılmış o susqun, başıaşağı, məzlum və passiv obraz tamamilə həqiqətə ziddir. İmam Səccadın (ə) həqiqi siması mübariz, qəhrəman, yorulmaz və (zülmlə) barışmaz bir simadır. O, tam tədbirlə, tam dəqiqliklə yolları tanıyır, onları seçir və hədəflərə doğru bu yollarla irəliləyir, özü isə (bu yolda) yorulmur, amma düşməni yorur.
Hər il olduğu kimi, şami-qəribanHəzrət Seyyidüş-Şühədanın (ə) əzadarlıq mərasimi 07.07.2025-cü il tarixdə Bazar ertəsi hicri-qəməri təqvimi ilə 1447-ci ilin Məhərrəm ayının 12-ci, yəni Həzrət Səccadın şəhadəti Əhli-beyt aşiqlərindən ibarət bir qrup insanların iştirakı ilə İmam Xomeyni (r.ə) hüseyniyyəsində keçirildi.
İmam Səccad (ə) ümumi şəkildə üç rol icra etdi. İmam Səccad (ə) və başqa imamlar arasında iki müştərək vəzifə vardır. İmamlar imamətin 250 illik dövründə İslam və İslam cəmiyyəti ilə bağlı iki ümdə vəzifəni yerinə yetirdilər; bunlardan biri İslam maarifinin, İslam hökmlərinin və İslam fiqhinin bəyan edilməsi, eləcə də İslamın təhriflərdən və ona tətbiq olunan azğınlıq və təhriflərdən qorunması idi. Digəri isə Ələvi hökuməti idarəsi altında olan İslami və İlahi cəmiyyətin təşkili üçün zəmin yaratmaq...
İmam Səccadın (ə) başqa bir vəzifəsi və imamlıq dövründəki işi Aşura hadisəsini yaşatmaq idi və bunun özü də bir dərsdir. Aşura hadisəsi elə bir hadisə idi ki, bu hadisə baş verdi, ta axırzamana qədər tarix, gələcək nəsillər və bütün müsəlmanlar bundan dərs alsınlar.
Hədislərdə görmüşük və oxumuşuq ki, Əhli-beyt imamlarının (ə) həyatı Allah yolunda başdan-ayağa mücahidlik və mübarizə olmuşdur. İmam Səccaddan (ə) tutmuş on birinci imam olan İmam Həsən Əskəriyə (ə) qədər (bütün imamlar üçün) vahid bir xətt mövcuddur. Bu vahid xətt başdan-ayağa təlaş, döyüş, zəmanənin (hakim) qüdrəti və onlara bağlı olanların müqabilində cəbhələşməkdən ibarət davamlı bir xətdir.