Məhz bu, Həzrət Məhdi (ə) haqqında müxaliflərin irəli sürdüyü və daim təkrarladıqları yeganə etirazdır. Lakin Qurani-Kərim bu ağlabatan olmamaq şübhəsini açıq-aşkar aradan qaldırır.
Əhlibeyt imamlarının (əleyhimussalam) həyatının bütünlüklə Allah yolunda cihad və mübarizə ilə dolu olduğunu biz görmüşük və oxumuşuq.
İmam Səccad (ə)‑dan on birinci imam İmam Əskəriyə (ə)‑yə qədər davamlı bir xətt vardır. Bu davamlı xətt bütünlüklə çalışmaq, döyüş, mübarizə və o dövrün hakimiyyətinə qarşı dayanmaq, hakimiyyətə bağlı olanlara qarşı mövqe sərgiləməkdən ibarətdir.
Həmrəzmane- Hüseyn, səh 333
Hədislərdə görmüşük və oxumuşuq ki, Əhli-beyt imamlarının (ə) həyatı Allah yolunda başdan-ayağa mücahidlik və mübarizə olmuşdur. İmam Səccaddan (ə) tutmuş on birinci imam olan İmam Həsən Əskəriyə (ə) qədər (bütün imamlar üçün) vahid bir xətt mövcuddur. Bu vahid xətt başdan-ayağa təlaş, döyüş, zəmanənin (hakim) qüdrəti və onlara bağlı olanların müqabilində cəbhələşməkdən ibarət davamlı bir xətdir.
Şiələrin bir dəstəsi belə düşünürdülər ki, İmam Həsən Əskəri (ə) öz atalarının yolundan dönmüşdür. İmam Həsən Əskəri (ə) onlara (yazdığı) məktubunda buyurur: "Bizim niyyət və əzmimiz həmişə olduğu kimi möhkəmdir. Qəlbimiz sizin xoş niyyət və xoş düşüncələrinizlə hüzur tapır". Görün bu, şiələr üçün necə də enerji bəxşdir... Bu, İmam və tərəfdarları arasında olan həmin möhkəm təşkilati bir əlaqədir.