25/10/2023
İmam Həsən Əskəri (ə) öz tərəfdarı olan qrupu özünə yaxın hesab edir və buyurur ki, bizimlə sizin aranızda yaxın qohumluq münasibəti vardır. Yəni biz ata-oğul və qardaş kimi birinci dərəcəli qohumuq və mömin də möminin qardaşıdır. Yəni iki mömin arasındakı əlaqə bir ata və anadan olan qardaşlıq bağıdır, ögey qardaş deyil. Mömin dedikdə kim nəzərdə tutulur? İmam Əskərinin yolu ilə gedən kəs nəzərdə tutulur. Bu, İmamla onun tərəfdarları arasında möhkəm təşkilati əlaqədir. ​
24/09/2023
Hədislərdə görmüşük və oxumuşuq ki, Əhli-beyt imamlarının (ə) həyatı Allah yolunda başdan-ayağa mücahidlik və mübarizə olmuşdur. İmam Səccaddan (ə) tutmuş on birinci imam olan İmam Həsən Əskəriyə (ə) qədər (bütün imamlar üçün) vahid bir xətt mövcuddur. Bu vahid xətt başdan-ayağa təlaş, döyüş, zəmanənin (hakim) qüdrəti və onlara bağlı olanların müqabilində cəbhələşməkdən ibarət davamlı bir xətdir.
24/09/2023
Bu üç imamın, yəni İmam Cavad (ə), İmam Hadi (ə) və İmam Əskərinin (ə) Mədinədən birbaşa İraqa gətirilməsinin, hər üçünün  İraqda qalmasının,  orada şəhid olmasının, (elə ordada da) dəfn olunmasının və eləcə də cavanlıq dövründə qətlə yetirilməsinin səbəbi bu idi ki, şiə təşkilatı bu üç imamın dövründə öz qüdrət zirvəsinə çatmışdı.
24/09/2023
Şiələrin bir dəstəsi belə düşünürdülər ki, İmam Həsən Əskəri (ə) öz atalarının yolundan dönmüşdür. İmam Həsən Əskəri (ə) onlara (yazdığı) məktubunda buyurur: "Bizim niyyət və əzmimiz həmişə olduğu kimi möhkəmdir. Qəlbimiz sizin xoş niyyət və xoş düşüncələrinizlə hüzur tapır". Görün bu, şiələr üçün necə də enerji bəxşdir... Bu, İmam və tərəfdarları arasında olan həmin möhkəm təşkilati bir əlaqədir.