Bəzi günahlar vardır ki, insan onların günah olmasına diqqət etmir. Danışdığımız sözlər və sosial şəbəkələrdə verdiyimiz nəzərlərin bir çoxuna görə (Allah dərgahında) cavab verməliyik. Xülasə, ehtiyatlı olmaq lazımdır. Quran buyurur: "Çünki qulaq, göz və ürəyin hər biri sorğu-suala tutulacaqdır". Rəftarlamızda olan səhvlərin tapılmasına diqqət etmək lazımdır. Əgər bunlar bilinsə, islah olunması, onlara görə tövbə və istiğfar etmək də mümkün olacaqdır. Əgər bu səhvlər tapılmasa, insan daha tövbə də etməyəcək, üst-üstə yığışıb qalacaq və qəlbi nurani olmaqdan saxlayacaqdır. Belə olması isə heyifdir.
Burada bir hədis qeyd edim: "Bəlaları istiğfar etməklə (özünüzdən) uzaqlaşdırın". Bəla qapılarını istiğfar etməklə bağlayın. Bu oxuduğumuz "... Sizi müəyyən müddətədək (dünya həyatının) gözəl bəhrələrindən bəhrələndirsin" ayəsində də mövcuddur, yəni həyatın gözəl bəhrəsi Uca Allahdan bağışlanma və tövbə diləməklə əldə ediləcəkdir.
Əgər ürəkdən istiğfar diləyə bilsəniz, əzm göstərib hərəkət etsəniz, bilin ki, İlahi tövfiq və diqqət halınıza şamil olur, sizi (mənəvi aləmə tərəf) cəzb edirlər və (özlərinə tərəf) çəkirlər.
Allah-təala Quranda təkrar-təkrar bağışlanma diləmək və Allaha doğru tövbə etməyə əmr edir. Tövbə, yəni qayıdış. Bu qayıdış həm iman mərhələsindədir, həm də əməl və rəftar. Bizim səhlənkarlıqlarımız olub və (indi də) vardır. Özümüzü islah etməliyik və bunun da birinci dərəcəli əhəmiyyəti vardır. Mübarək "Hud" surəsi belə başlayır: "Bağışlayan və mehriban Allahın adı ilə. Əlif, Lam, Ra. Ayələri möhkəmlənmiş, sonra isə hikmətli və xəbərdar (Allah) tərəfindən ətraflı şəkildə izah edilmiş bir kitabdır. (Mənim dəvətim bundan ibarətdir) ki, Allahdan başqasına ibadət etməyəsiniz. Həqiqətən, mən onun tərəfindən sizin üçün bir qorxudan və müjdə verənəm. Öz Rəbbinizdən bağışlanmaq istəyəsiniz, sonra ona tərəf qayıdasınız". Yəni Quranın risaləti birinci növbədə tövhid məsələsidir. Dərhal Allaha qayıdış və Allahdan məğfirət diləməkdən söhbət gedir. Bu bütün təbəqələrə–peyğəmbərlərdən tutmuş aşağı dərəcədə olanlara qədər hamıya aiddir. Lakin istiğfar etməyimizə səbəb olan günah bizdə bir cür, pak və seçilmiş insanlarda isə başqa cürdür.