25/06/2024
  Qədir-Xum məsələsi bu yüksək məzmuna sahib olması ilə bütün müsəlmanlara aiddir, çünki bu məsələ ədalət, fəzilət və Allah vilayətinin hakimiyyəti mənasını daşıyır. Biz əgər, həqiqətən də, Əmirəlmöminin Əlinin vilayətindən möhkəm yapışmaq istəyiriksə, özümüzü və ətraf mühitimizi ədalətə yaxınlaşdırmalıyıq. Bunun ən böyük nümunəsi budur ki, bacardığımız qədər ədaləti bərqərar edək. Çünki ədalətin əhatə dairəsi sonsuzdur. ​
25/06/2024
Qurban və Qədir-Xum bayramları münasibətilə İslam İnqilabının Rəhbəri ümumi və inqilab məhkəmələri tərəfindən məhkum edilmiş iki min altı yüz əlli dörd nəfərin əfv olunma, cəzalarının yüngülləşdirilməsi və yaxud cəzalarının (başqa bir yüngül cəzayla) dəyişdirilməsi ilə bağlı Silahlı Qüvvələrin Məhkəmə Təşkilatı və Hökumət Cəza Təşkilatı ilə razılığa gəlib.
25/06/2024
Həzrət Adəmin zamanından başlayan peyğəmbərlik və risalət silsiləsi və dinlə siyasətin pik həddə yeni formada və metodla birləşməsinin bir (İlahi) sünnətə çevrilməsi və cəmiyyətin hidayətini zəmanət altına alması Qədir-Xum hadisəsində baş verdi.​
25/06/2024
Əgər vilayət İslami olarsa, Əmirəlmöminin Əlinin kölgəsi altında yaşayış mömin, hətta fasiq və kafir üçün, bir sözlə, hər kəs üçün hasil olacaqdır. Hətta kafirlər belə, orada rahat həyat sürəcəklər. Belə deyil ki, orada təkcə təqvalı insanlar rahat olsunlar, təqvalı olmayanlar da o mühitin təhlükəsizliyindən, bərabərliyindən, ədalətindən və o mühitin mənəvi hüzurundan istifadə edəcəklər. Əgər hökumət İlahi olmazsa, cəmiyyət, daxilində ayrı-seçkilik hökm sürən bir cəmiyyət olacaqdır.​
25/06/2024
Qədir-Xum hadisəsi İslamın həqiqi ruhu və məzmunundan qayanaqlanan bir hadisədir. Allah-təalanın Peyğəmbərə (s) vəfatından təqribən yetmiş gün öncə "Sənə əmr etdiyimi insanlara çatdır, əgər çatdırmasan, öz risalətini yerinə yetirməmisən", –deyə buyurması onu göstərir ki, İslamın həqiqi ruh və məzmunu Qədir-Xumda mövcuddur.​
25/06/2024
Mübarək Qədir-Xum bayramı münasibətilə bütün müsəlmanları təbrik edirəm.​
25/06/2024
  Qədir-Xum bayramı münasibətilə və 14-cü prezident seçkiləri ərəfəsində Gilan, Mərkəzi, Kohgiluye və Boyer-Əhməd, Şimali Xorasan əyalətlərinin əhalsindən böyük bir kütlə, şəhid ailələri və Həzrət Çahşerağe-Farsın müqəddəs hərəminin xadimləri 25.06.2024-cü il tarixdə səhər saatlarında İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabının Rəhbəri ilə görüşdülər. ​
25/06/2024
Qədir-Xum bayramı münasibətilə və 14-cü prezident seçkiləri ərəfəsində Gilan, Mərkəzi, Kohgiluye və Boyer-Əhməd, Şimali Xorasan əyalətlərinin əhalsindən böyük bir kütlə, şəhid ailələri və Həzrət Çahşerağe-Farsın müqəddəs hərəminin xadimləri 25.06.2024-cü il tarixdə səhər saatlarında İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabının Rəhbəri ilə görüşdülər. ​
17/06/2024
Qurban bayramından Qədir-Xum bayramı gününə qədər olan fasilə həqiqətdə imamət məsələsi ilə bağlı bir dönəmdir.​