Qədir-Xum bayramı münasibətilə və 14-cü prezident seçkiləri ərəfəsində Gilan, Mərkəzi, Kohgiluye və Boyer-Əhməd, Şimali Xorasan əyalətlərinin əhalsindən böyük bir kütlə, şəhid ailələri və Həzrət Çahşerağe-Farsın müqəddəs hərəminin xadimləri 25.06.2024-cü il tarixdə səhər saatlarında İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabının Rəhbəri ilə görüşdülər.
İslam İnqilabının Rəhbəri bu görüşdə Qədir-Xum bayramı ilə əlaqədar bütün müsəlmanları təbrik edib:
"Mübarək Qədir-Xum bayramı münasibətilə bütün müsəlmanları təbrik edirəm".
O Həzrət xalqın seçkilərdə iştirakını İran İslam Respublikasının zatında olan bir məsələ olaraq qiymətləndirib:
"Xalqın iştirakı İslam Respublikasının zatındadır. Ümum xalq kütləsi İslami metodla seçkilərin ən əsas təzahürü hesab olunan meydana daxil olur. Bu isə İslam Respublikasının sözün həqiqi mənasında bir respublika olduğundan xəbər verir".
Həzrət Ayətullah Xamenei İran millətinin qarşıdan gələn prezident seçkilərində başıucalığının iki amil üzərindən olmasını bildirib belə buyurdu:
"İran millətinin qarşıdan gələn seçkilərdə başıucalığı bu iki məsələ –xalqın maksimum iştirakı və ən yaxşı namizədin seçilməsi məsələsinin üzərindədir. (Seçkilərdə) Maksimum iştirakın üzərində ona görə bu qədər çox israr edirik ki, bu (maksimum iştirakın) ən mühüm təsiri İslam Respublikasının başıucalığıdır".
İnqilab Rəhbəri daha sonra İslam Respublikasını düşmənə qalib edən mühüm bir amilə də toxunub və sözlərin belə davam edib:
"İslam Respublikasının düşməni vardır. İslam Respublikasını düşmənləri üzərində qələbə qazandıran amillərdən biri prezident seçkilərində yüksək səviyyədə iştirak etməkdir".
Həzrət Ayətullah Xamenei sözlərinin davamında prezident seçkilərində ən yaxşı namizədin meyralarına da toxunub:
"Prezident seçkilərində ən yaxşı namizəd kimdir? İslam İnqilabının prinsiplərinə həqiqi etiqadı olan şəxs. Çalışqan, gecə-gündüz tanımayan, yəni bu səciyyələrə sahib bir insan ölkənin bütün imkanlarından istifadə edə bilər".
İslam Respublikasının indiyə kimi xaricilərə arxalanmadan inkişaf etməsinə toxunan Həzrət Ayətullah Xamenei belə buyurdu:
"İslam Respublikası Allahın lütfü ilə bu günə qədər xaricilərə arxalanmadan və hətta onların hiylə və məkrlərinə baxmayaraq, inkişaf edə biləcəyini və inkişaf etdiyini göstərib. İran milləti gələcəkdə də icazə verməyəcək ki, müqəddəratını başqaları təyin etsin".
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei sözlərinin yekununda xaricilərə göz dikməməyin əsl mahiyyətini açıqlayaraq qeyd etdi:
"Biz deyəndə ki, gözümüz xaricilərə dikilməsin, bu, dünya ilə əlaqəni kəsmək məqsədi daşımır. Bu, milli şücaət və istiqlaliyyət mənasındadır. Əgər İran milləti öz şəxsiyyət və imkanları, istiqlal və inkişaf qüdrətini dünyaya göstərsə, dünyada ehtiramı daha da artacaqdır".