Həzrət İbrahimin (əleyhissəlam) bizə verdiyi təlimlərə əsasən, builki Həcc düşmənlərdən bezarlıq Həccidir. (Builki Həcc) Qəzza cinayətini işə salan Qərb sivilizasiyasından doğan qaniçənlərdən bezarlıq etməkdir.
Həzrət İbrahim (əleyhissəlam) düşmənçilik etməyən kafirlərə yaxşılıq etməyin tərəfdarıdır, lakin başqa bir yerdə isə insanları qətliam edən, onları evlərindən və öz diyarlarından çıxaranlardan bezarlıq edir. Belələrinin bugünkü nümunəsi kimlərdir? Sionist, Amerika və onlara kömək edənlər.
İbrahimin (ə) Həcc çağırışı və onun ümumdünya dəvəti növbəti dəfə tarixin qəlbindən bütün yer üzünü müxatəb qərar verdi və qəbul etməkdə hazır olan, zikr edən qəlbləri həvəsə və şövqə gətirdi.
Yəni Nuh (ə) 950 il öz qövmü arasında yaşamışdır, nəinki onun ömrü bu qədər olub. Mətləbin zahiri budur ki, bu böyük şəxsiyyətin dəvət müddəti 950 il olub. Buna görə də, bu məsələyə qeyri-mümkün deməyin heç bir əsası yoxdur.