Əsas mövzuya keçid et

Çıxışlar

  • Tam mətn
  • Mətndən çıxarış
  • Xəbərlər
  • Mesajlar

İslam maarifi

  • Quran
  • Məsumlar
  • Kitabxana

Şəri hökmlər

  • Risalə

Multimedia

  • Video
  • Foto
  • Plakatlar

Həyat tərzi

  • Ailə
  • Yeniyetmə və gənc

Digərləri

  • Təhlil
  • Ürək sözü
  • English
  • Français
  • Español
  • Русский
  • हिंदी
  • Azəri
  • العربية
  • اردو
  • فارسی
  • Ana səhifə
  • Çıxışlar
  • İslam maarifi
  • Şəri hökmlər
  • Multimedia
  • Həyat tərzi
  • Hacı Qasim
  • İsrailin məhvi
16 iyul 2025
  • ×Qədr
bazarbazar ertəsiçərşənbə axşamıçərşənbəcümə axşamıcüməşənbə
29
30
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
1
2
3
4
5
6
7
8
9
bazarbazar ertəsiçərşənbə axşamıçərşənbəcümə axşamıcüməşənbə
29
30
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
1
2
3
4
5
6
7
8
9
Plakat

Qədir-Xumda digər məfhumlar da mövcuddur

16/06/2025
Qədir-Xum bayramını təbrik edirəm. Bu, həqiqətən də, bütün İslam aləmi üçün böyük bir bayramdır. Qədir-Xum hadisəsində diqqət yetirilməli məzmunlar olduqca genişdir və İslami mərifətə aparıb çıxarır. Söhbət təkcə Əmirəlmömininin vilayətə təyin olunmasından getmir, bunun kölgəsində başqa mühüm məfhumlar da mövcuddur.
Plakat

Qədir-Xumun bu günümüzə mesajı

14/06/2025
Biz inanırıq ki, Qədir-Xumun mesajı və Əli ibn Əbi Talibin (əleyhis-salam) imamətə təyin olunması hadisəsi iki ayrı mesajdır: Bir mesaj Əli ibn Əbi Talibin hakimiyyətidir. İkinci mesaj isə bizim bu gün ona çox ehtiyac duyduğumuz İslam hakimiyyətinə əhəmiyyət vermək məsələsidir. Heç bir məsələni Peyğəmbər bu qədər ciddi şəkildə bəyan etməmişdi.
Plakat

Qədrini bilin

20/03/2025
Ramazan ayında öyrəndiklərinizin qədrini bilin və onları özünüz üçün qoruyub saxlayın.
Plakat

İradənin bəyənilməyən adətlərə qalib gəldiyi bir ay

04/04/2024
Bəzən insan öz həvayi-nəfsinə qalib gələ bilməyəcəyini özünə təlqin edir. Ramazan ayının orucu (insanın) iradə etdiyi an qalib gələ biləcəyini sübut edir. Bizlərdə olan və maddi-mənəvi cəhətdən geriləməyimizə səbəb olacaq xoşagəlməz adətlərdən iradə və təvəkkül etməklə qurtulmaq mümkündür.​
Plakat

Qədr gecələrinə daxil olmağa hazırlıq

01/04/2024
Müqəddəs Qədr gecəsinə daxil olmağa hazırlıq üçün Ramazan ayında qəlblərinizi İlahi zikrlə bacardığınız qədər nurlandırın. Çünki "Qədr gecəsi min aydan daha xeyirlidir. O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işin (təqdiri üçün) yerə enərlər". O gecə mələklərin yeri səmaya bağladığı, qəlblərə nur yağdırdığı, yaşayış mühitini Allahın fəzl və lütf nuru ilə nurani etdiyi bir gecədir.​
Plakat

Ramazan ayının zirvəsi olan Qədr gecələri

01/04/2024
Ramazan ayının zirvəsi Qədr gecəsi günləri və mübarək Qədr gecələridir. Biz bu zirvəyə (Qədr gecəsinə) gəlib çatmışıq; biz aləmlərin Rəbbinə misilsiz təvəssül, yalvarış, dua və ondan (acizanə) tələb etmək fürsətindən istifadə etməliyik...Özünüz, bütün din qardaşlarınız, ölkəniz və cəmiyyətiniz üçün dua edin, Allahdan istəyin və o duaların icabətə yetişməsindən əmin olun.​
Plakat

Qədr gecəsinin ən gözəl əməli

30/03/2024
Qədr gecəsində ən gözəl əməl duadır. Ehya saxlamaq (oyaq qalmaq) da dua, təvəssül və zikr üçündür. Dua, yəni Allah-təala ilə danışmaq. Dua, əslində, Allahı özünə yaxın hiss etmək və ürək sözünü onunla bölüşməkdir. Dua bir istək, tərif, həmd və məhəbbəti izhar etməkdir. Bütün bunların hamısı duadır.
Klip

Şəhadətə yetişənə qədər cihad etmək

13/04/2023
Mən, əmim Həmzə, qardaşım Cəfər və əmim oğlu Ubeydə bir iş barəsində Allah-təala ilə əhd bağlamışdıq. Əmirəlmöminin bu əmi (və digər iki nəfər) ilə bir məsələdə əhd bağlayıblar. O məsələ, adətən, “Şəhadətə yetişənə qədər cihad etmək”dir. Yəni bu yolda, bu hərəkatda şəhadət anına qədər qorxu olmadan gedəcəyik. Sonra Həzrət dedi ki, bu yoldaşlar—bu üç nəfər məndən qabağa düşdülər, "Onlardan sonraya qaldım". Onlardan geridə qalıb şəhid olmamağım mənə çox ağır gəldi. Bizim dövrümüzdə olan fədakar insanlar Əmirəlmömininə iqtida etdilər. Onun ardınca getdilər. Şəhadət aşiqi idilər və onun ardınca idilər.Sanki Əmirəlmöminin Əlinin (əleyhissalam) fəryadı tarixin əbədi səhnəsində hələ də səslənir. O belə deyir: Düşmənlə vuruşmağa çağırılanlar və həvəslə, aşiqanə və şövqlə icabət edənlər haradadırlar? Özümüzə giriftar olduqda heç bir iş görə bilmərik. Bunu bizə o 20 və ya 25 yaşlı döyüşçü öyrədib. Əgər tikanlı məftildən keçmək istəyirsənsə, əvvəlcə gərək öz nəfsinin tikanlı məftilindən keçməlisən.Şəhidlər sizin və mənim kimi onlara qoşulmayanlara müjdə verir. (Bu ticarətdə) Mal candan ibarətdir, bu malı sizdən alırlar ki, müqabilində cənnət versinlər.Bu, ilahi vəddir, Allah sizə vəd edir, şəhadət belə bir şeydir.
Klip

Ramazan ayının zirvəsi olan Qədr gecələri

02/05/2021
Ramazan ayının zirvəsi mübarək Qədr günləri və gecələridir. Biz bu zirvəyə çatmışıq. Əziz bacı və qardaşlar, bu gecələrin qədrini bilin!Bu saatların qədrini bilin! Aləmlərin Rəbbinə təvəssül, yalvarmaq, dua edib istəmək üçün misilsiz fürsətdən istifadə edin! Qədr gecələrindəki bu əzəmətli məclislər, həqiqətən də, ibrətamizdir.Səslər Allaha yalvarış üçün ucalır.   اِلَيْكَ عَجَّتِ الاَْصْواتُ فی صُنُوفِ اللُّغاتِ Səslər müxtəlif dillərdə sənə tərəf ucalır. Dualarınızdan biri də bu olsun ki, Uca Allah bu gecələrdə dua edən möminlərin dualarını qəbul etsin və qəbul olacağına da arxayın olun! Mənim və sizin üzünüzə açılan qiymətli pəncərələrdir. Gəlin özümüzü bu pəncərələrdən əsən mənəvi və müqəddəs nəsimin ixtiyarına verək. Müxtəlif insanlar, müxtəlif sosial təbəqələr, müxtəlif geyimləri, üslubları və davranışları ilə hamısı bir səqf altında, bir məclisdə toplaşır, təvəssül edirlər,göz yaşı axıdırlar. Bunların qədirini bilin, bunlar çox qiymətli və çox dəyərlidir. Bunlar bir millətin mənəvi dayaqlarını möhkəmləndirən amillərdir. Ona (millətə) çətin yollarda kömək edir. Bunlar mömin bir şəxsin qəlbini gücləndirir. Onun Allaha olan təvəkkülünü artırır. Allaha təvəkkül etdikdə isə daha Allahdan başqa heç kəsdən qorxmayacaqsınız. Allahdan başqasından qorxmadıqda da öz yüksək hədəflərinizə doğru möhkəm addımlayarsınız.
Klip

Ramazan ayının qədir-qiyməti

14/06/2016
Əziz bacılar və qardaşlar! İndi içində olduğumuz bu Ramazan ayının qədrini bilək! Tarix boyu minlərlə Ramazan ayı gəlib keçib və sənin, mənim olmayacağımız minlərlə Ramazan ayı da olacaq!
Son
Fotolar

İmam Xomeyni (r.ə) hüseyniyyəsində Həzrət Seyyidüş-Şühədanın (ə) əzadarlıq məclisinin son gecəsindən foto görüntülər - Məhərrəm 1447

  İmam Xomeyni (r.ə) hüseyniyyəsində əsirlərin şami-qəriban məclisindən foto görüntülər - Məhərrəm 1447
  Zeynəb nəvayə gəldi
  Biz güzəşt etməyəcəyik
  İran heç bir gücə boyun əyməyəcək
  Düşmənin psixoloji müharibədən olan hədəfi
  İnqilab Rəhbərinin 1447-ci ilin Məhərrəm ayı Aşura gecəsi əzadarlıq mərasimi üçün İmam Xomeyninin hüseyniyyəsinə daxil olduğu an
  İmam Xomeyni (r.ə) hüseyniyyəsində Həzrət Seyyidüş-Şühədanın (ə) əzadarlıq məclisinin dördüncü gecəsi foto görüntülər - Məhərrəm 1447
  Aşura xalqların düyünlərini açacaq
  SAKİT DAYANMAYIN

Fələstinə kömək etmək hər kəsə şəri vacibdir ​

 

Fələstin və Məscidül-Əqsanı müsəlmanlara və öz həqiqi sahiblərinə

qaytarmaq istiqamətində səy göstərmək və kömək

etməyin hamıya vacib olması qəti olan şəri bir hökmdür. 

25/09/2024

Çıxışlar

  • Tam mətn
  • Mətndən çıxarış
  • Xəbərlər
  • Mesajlar

İslam maarifi

  • Quran
  • Məsumlar
  • Kitabxana

Şəri hökmlər

  • Risalə

Multimedia

  • Video
  • Foto
  • Plakatlar

Həyat tərzi

  • Ailə
  • Yeniyetmə və gənc

Digərləri

  • Təhlil
  • Ürək sözü

Bütün məzmunlar Khamenei.ir tərəfindən Creative Commons Attribution 4.0 Beynəlxalq lisenziyası ilə lisenziyalaşdırılmışdır