Allahın höccəti insanlar arasında diri və mövcuddur, onlarla birgə yaşayır, onları görür, onlarladır, dərdlərini, ağrılarını hiss edir. İnsanlara da gəldikdə, bəziləri bu səadətə nail olsalar, tutumları və qabiliyyətləri olsa, bəzi mövqelərdə tanımadıqları halda onu ziyarət edirlər. O, mövcuddur, yəni həqiqi, müəyyən, konkret bir ada və ata-anaya sahib olmaqla insanlar arasındadır və onlarla yaşayır. Bu biz şiələrin əqidəsinin xüsusiyyətidir.
İbadət, təvəssül və münacat ayı olan Şaban ayına daxil olduq. Bu ayın duasında belə oxuyuruq: " Mənim səsimi eşit, o zaman ki sənə dua edirəm, eşit mənim fəryadımı, o zaman ki səni səsləyirəm". Bu ay Uca Allaha dua mövsümü, bu pak qəlbləri əzəmət mədəninə, nur mədəninə bağlama mövsümüdür. Bunun qədrini bilmək lazımdır.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
12.06.2013