27/05/2024
Şiə cəmiyyəti içərisində imamlara mərifət cəhətdən çox nöqsanlarımız vardır. Bəzən bir cəhətə aşırı dərəcədə və səthi surətdə (dəlillərlə) diqqət ayrılıb, digər cəhətlər isə diqqətdən kənarda qalıb. Bəzən də, hətta bu ifrat dərəcədə yanaşılana da diqqət edilməmiş və elə həmin zahiri məsələlər və zahiri diqqətlərlə kifayət olunmuşdur.​
05/03/2024
Savadlı, agah, mərifət sahibi olan qadınlar bütün bu sahələrdə irəliləməlidirlər. Qadının nümunə olduğunu göstərsinlər və desinlər ki, müsəlman qadın öz dinini, hicabını, qadınlığını, incəliyini, şəfqətini və zərifliyini qoruyub saxlayan qadındır. O həm öz hüququnu müdafiə edir, həm mənəviyyat, elm, araşdırma və Allaha yaxınlaşma sahəsində öndə gedir və görkəmli şəxsiyyətləri göstərir, həm də siyasi sahədə mövcuddur. Bu, qadınlar üçün bir nümunəyə çevrilir.
02/03/2024
Müqavimətin, Qəzzada mübarizələri aradan apara biləcəklərini güman edən düşməni məyus etməsi İslami qüdrətdən qaynaqlanırdı. Elə oldu ki, Amerika və Avropada gənclər Quranın sorağına getdilər. Səbəb Qurana etiqad bəsləyən xalqın müqavimət etməsinə səbəb olan amilin Quranda nə olduğunu bilmək idi.