Şəhidlər örnəkdirlər. İndi Şəhid Şüştəri bir cür, Şəhid Bronsi başqa cür, Şəhid Bağani də bir cür, yaxud da şəhidliyi ilə ölkənin ictimai rəyini silkələyən Şəhid Həmidrza Əldaği də bir cür örnəkdir. Bütün bunların hamısı nümunədirlər.
İmam Xomeyni öz ümumi çıxışında tövsiyyə etdi ki, gedin şəhidlərin vəsiyyətnamələrini oxuyun. Həqiqətən də, oxunmalı vəsiyyətdirlər. Bunlar dərsdir, bu vəsiyyətnamələr dərsdir.
Bugünkü hegemon qüvvələr razı deyillər ki, bu ölkənin qürurlu bayraqları üzərində şəhidlərimizin adları, şəhidlərimizin xatirəsi görünsün. Siz bu şeytancasına və xəbis hərəkata qarşı çalışırsınız və bu da cihaddır.
Şəhidin xatirəsini qorumaq cihaddır, şəhid yetişdirənin xatirəsini qoruyub saxlamaq da cihaddır. Şəhidi yetişdirən kimdir? Həqiqətdə o, ata, ana, müəllim, şəhidin həyat yoldaşı və yaxşı dostdur. Onu hansı şəkildə qorumaq lazımdır? Kitab, yazıçılıq, divar rəsmləri və s. ilə. Bunların hamısı yaxşıdır, amma buna nail olmağa çalışın və incəsənəti bu işin xidmətində qərar verin.
Şəhidlərin vəsiyyətləri bizim üçün dərsdir, onlar örnəkdirlər. Mənim kimilər şəhidləri, həqiqətən də, vəsf edə bilməzlər, çünki onlar bizim onları vəsf edə bilməyimizdən daha ülvi, uca, daha lətif, daha nuranidirlər, amma biz onları örnək qərar verməliyik.
Dünya iqtisadiyyatında quru və qatar yolu əlaqələrinin əhəmiyyətli olduğunu nəzərə alaraq, biz şimal və cənub tranzit yolunun tamamlanmasında qərarlıyıq və bu yol İran, Türkmənistan və ətraf ölkələri Oman dənizinə birləşdirə bilər.
Siz yeniyetmə və əziz qızlarıma nəsihət etmək istədiyim məsələ Allahla dost olmağınızdır. Çalışın elə yeniyetmə çağından etibarən mehriban Allahla dost olasınız. Allahla dost olmağın yollarından biri namazda onunla danışmağınızdır. Diqqət edin ki, Allahla söhbət edirsiniz, onunla danışırsınız. Namazın sözlərinin mənalarını öyrənin, "Həmd" və "İxlas" surəsinin, ruku və səcdədə dediklərinizin tərcüməsini böyüklərinizdən və müəllimlərinizdən öyrənin.
Ümid edirəm ki, İslam ümməti dövlətlər arasındakı əlaqələrin genişləndirilməsi ilə öz şövkət və əzəməitini yenidən ələ gətirər və bütün imkan və potensialların bir arada yer alması bütün millətlərin, ölkələrin və İslam dövlətlərinin xeyrinə olar.
Sionist rejim və onun havadarlarının siyasəti Qərbi Asiyada ixtilafın mövcudluğu və asayişin olmamasıdır. Bütün region ölkələri bu məsələyə diqqət yetirməlidir.
11-ci parlament (üzvlərinin) çox israrla demək istədiyim imtiyazlarından biri onların sadə həyat tərzinə sahib olmaqlarıdır. Mənə çatan məlumatlara əsasən, bu məclis üzvləri cah-cəlallı həyat tərzi sürmür və xalqa da yuxarıdan aşağı baxmırlar. Bunları əldən verməyin.
Mən ilk gündən bu dövrədə təşkil olunan parlament üzvlərinə öz etiqad və bağlılığımı məlumat üzərindən qeyd etdim. Dedim ki, 11-ci parlament inqilabi bir parlamentdir. Mən üzərindən üç il keçməsinə baxmayaraq, indi də təkrar deyirəm ki, bu parlament üzvləri Allaha şükürlər olsun ki, inqilabi, savadlı, cavan, yüksək fəaliyyətli və çox çalışandırlar.
Siz millət vəkillərinin parlamentdə ölkə üçün qüvvəyə mindirdiyiniz bu qanunlardan bəziləri, həqiqətən, hörmətə və tərifə layiq olan strateji qanunlardır. Strateji fəaliyyət qanunu ölkəni nüvə məsələsində sərgərdanlıqdan xilas etdi. Bu qanun bizim nə etməli olduğumuzu aydın şəkildə müəyyənləşdirdi və biz indi də dünyada onun nişanələrini görürük.
İstər bizimlə yaxın rabitədə olmayan, istərsə də bizimlə eyni istiqamətli və həmfikir olan İslam ölkələri ilə rabitə yaratmaq siyasəti mühümdür. Bu gün dünyanın mühüm və böyük ölkələrinin İranla əməkdaşlıq etməsi beynəlxalq əsli siyasi xətlərdə görünməmiş bir hadisədir və bu rabitələrin gücləndirilməsi gərəkdir.
Bu gün sionist rejim məntəqə üzrə bir çox cəhətdən bizim üçün təhlükəli mərkəzdir. Xarici Siyasət üzrə Orqan ölkə üçün təhlükəli olan sionist rejim kimi mərkəzləri zəiflətməyi bacarmalıdır.
Dünya düzəninin dəyişilməsi tam bir enişli-yoxuşlu və həmçinin qabaqcadan ehtimal olunmayan hadisələrdən təsirlənən bir prosesdir. İranın yeni dünya düzənində münasib yerinin olmağı üçün dünyada baş verən hadisələrə nəzarət və düzgün təhlil etmək və pərdə arxasında olan hadisələrdən dəqiq məlumatlanmaq çox mühümdür. Bu nəzarət əsasında praktiki təkliflərin ələ gətirilməsi gərəklidir.
İslam əməldə irqlər arasında ayrı-seçkiliyin olmadığına qaildir. Həcdə ağ dərili də, qara dərili də iştirak edir. Dünyanın müxtəlif yerlərindən, dünyanın müxtəlif sivilizasiyalarından müxtəlif tarixi köklərlərlə hamısı bir-birlərinin kənarında iştirak edirlər. Bu, Həccin sirlərindəndir.
İslam Həcc mərasimi ilə dünyada mövcud olan irqi və coğrafi ayrı-seçkilikləri qəbul etmədiyini göstərir. Bu gün Qərb sivilizasiyası iddiasında olan ölkələr ağ ya qara dərili, Avropa ya qeyri-Avropa irqi məsələsində ilişib qalıblar. Minlərlə mühacirlərin dənizdə boğulmaqları veclərinə belə deyil. Ev heyvanlarına qonşuluqlarında yaşayan qəribdən daha çox əhəmiyyət verirlər.
Həcc ziyarətində iştirak etməyin hədəfi nədir? İslam ümmətinin vəhdəti və həmçinin ümmətin bütün üzvlərinin qəlblərinin bir-birilərinə yaxınlaşmasıdır. Nəyin müqabilində? Küfr, zülm, hegemonlar, bəşəri və qeyri- bəşəri bütlər, habelə İslamın aradan aparmaq istədiyi hər bir şeyin müqabilində.
Uşaqlara gəldikdə isə, istər kəmiyyət, istərsə də keyfiyyət baxımından bacardığınız qədər çalışın, yəni bacardığınız qədər yeniyetmələri cəzb etməyə çalışın. Hətta indinin özündə belə, uşaqlarla bağlı bu xarici hekayələr uşaqlara aid olan başqa məsələlərin hamısına nisbətdə üstünlük təşkil edir. Bu, çox böyük bir eyibdir.
Bir dəfə bir neçə il əvvəl bir cəmin içərisində biri məndən soruşdu ki, qadın (hüquqları) məsələsində Qərb müqabilində nə müdafiəniz var? Dedim ki, mən müdafiə etmirəm, hücum edirəm! Onlar özlərini müdafiə etməli, cavab verməlidirlər. Qadınları əşyaya çeviriblər. Müdafiə nə deməkdir? Mən müdafiə etmirəm. Biz qadın hüquqları məsələsində iddiaçıyıq (qərblilər cavab verməlidirlər).
Bu möhtərəm xanım, bu Peyğəmbər ailəsinin qucağında böyüyən gənc qız imamların (əleyhimus-salam) səhabələri və dostları ilə birlikdə öz hərəkəti ilə müxtəlif şəhərlərdən keçərək insanlar arasında yol boyu mərifət (bəsirət) və vilayət toxumu səpməklə bu bölgəyə çatır və Qum şəhərinə yetişir. Bu gəliş Qum şəhərinin zülmkar hakimlərinin o qaranlıq və zülmət dolu dövründə Əhli-Beyt (əleyhimus-salam) maarifinin əsas dayağı kimi parlamasına, o cümlədən Şərqdən Qərbə qədər bütün İslam aləminə elm və Əhli-beyt maarifinin nurunu ötürən əsas bir şəhər olmağına səbəb oldu.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
21.10.2010
Biz ölkənin uşaqlarında iranlı olmaq, İslami və milli kimliyi dirçəltməliyik. Dil, milliyyət, bayraq məsələsi əsas və mühüm məsələlərdən biridir. Şagird qürur duyduğu iranlı olmağı ilə fəxr etməlidir.
Sizin (müəllimlərin) ilk növbədə görəcəyiniz iş tədris etməkdir. Lakin mən dəfələrlə vurğulamışam ki, misal olaraq, bəzən dərs zamanı riyaziyyat və ya fizika müəllimi bir gəncə söz deyir və bu bir söz mənim kimi birisinin bir saatdan çox etdiyi moizədən daha təsirli olur.
Birinci məsələ müəllim cameəsinə təşəkkür etməkdir. Bu İslam və İslam hökumətinin adsız əsgərləri ölkənin ucqar nöqtələrində səssiz-səmirsiz iş və cihadla məşğuldurlar. Millətin balalarını bu müəllim cameəsi tərbiyələndirir. Müəllim həqiqətdə ölkə gələcəyinin memarıdır. Bu gün sizlər ölkənin sabahını qurursunuz.
Mərhum Ayətullah Mütəhhəri sözün əsl mənasında müəllim idi. Elm, öhdəçilik, işləri axıra kimi təqib etmək və nizam-intizam bu böyük insanın müsbət xüsusiyyətlərindən idi.
Korona və virtual təhsil məsələsi təhsildə geriləməyə səbəb oldu. Şagirdlərin dərsləri öyrənmək və dinləməklə yanaşı, təhsil mühitində və həmyaşıdları arasında iştirak etməyə ehtiyacları var. Bu iştirak güclənməyə səbəb olur və məktəbdə iştirak gərəkli bir işdir.
Məktəblərdə cəlbedici tərbiyə işləri aparılmalıdır. Milli kimliyi və vətənə sevgini gücləndirmək, dövlət bayrağını möhkəmləndirmək, İslami həyat tərzini öyrətmək bizim görməli olduğumuz ən mühüm işlərdəndir.
İşsizlik fəsadın mənbəyidir. Bu ictimai fəsadların bir çoxu işsizlikdən qaynaqlanır. Narkomaniya, oğurluq, boşanma, ailələrin dağılması işsizliklə bağlıdır. İşlə təmin edən qurumlar bilməlidirlər ki, həqiqi mənada işlə təmin etmək cəmiyyət üçün nə qədər mühümdür.
Əmək cəmiyyət üçün həyat deməkdir. Əmək olmasa, heç nə olmaz. Yemək, paltar və başqa yaşayış üçün istifadə etdiyimiz imkanlar əmək sayəsində ələ gəlir. Əməyi kim yerinə yetirir? Təbii ki, işçi. Yaxşı, onda işçinin dəyəri nə qədərdir? İşçinin dəyəri cəmiyyətin həyatının dəyəri qədərdir.
İraq hökumətinin hazırkı vəziyyəti İraq xalqı və qruplarının birliyi nəticəsindədir. İraqın yaxşı şəxsiyyətləri və düşüncəli insanları, həmçinin yüksək fəaliyyətli və yüksək ruhiyyəli cavanları kimi milli sərvətləri vardır, bunları qoruyub saxlamalı və bu birlik üçün zəmin yaratmalıdır.
Amerikalılar İraqın dostu deyildir. Amerikalılar heç kimlə dost deyil, hətta avropalı dostlarına da sadiq deyillər. İraqda bir amerikalının varlığı belə çoxdur.
İraqın tərəqqisi, firavanlığı, müstəqilliyi və dirçəlişi İran İslam Respublikası üçün çox önəmlidir. İkitərəfli əməkdaşlığın genişləndirilməsi, razılaşmaların həyata keçirilməsi hər iki ölkənin marağındadır.
Əgər bir şəxs bir fəhləyə zülm edərsə, onun bütün xeyir əməlləri aradan getmiş olar. Allah behiştin ətrini bu insan üçün haram edər. Yaxşı, indi bu zülm nədən ibarətdir? Muzdunu ödəməməkdən, səhiyyə və sığorta kimi ehtiyaclarını təmin etməməkdən və s. Əgər bir fəhləyə zülm olunmasına razı deyilsinizsə, onda onun məharətlərininin inkişafı üçün zəmin yaratmağınız gərəklidir.
Düşmənlər işçi cəmiyyətini İran hökumətinin qarşısında qoymaq üçün çox çalışdılar, lakin bacarmadılar. Təbii ki, fəhlələrin müəyyən etirazları olub və bu da yerli bir etirazdır, lakin işçi kollektivi düşmənlə öz aralarında qırmızı xətt qərar verdi. Düşmənə bu etirazdan sui-istifadə etməyə imkan vermədilər.
Ölkə iqtisadiyyatının onurğa sütunu istehsaldır. İstehsalın da onurğa sütunu işçidir. Biz işçinin zəiflənməsinə imkan verməməliyik. İstehsalın inkişafı üçün mühüm amillərdən bir qismi işçiyə bağlıdır.
Ramazan ayı həm yalvarış, həm də cihad ayıdır. İslamın əvvəl illərində Bədr döyüşü və Məkkənin fəthi Ramazan ayında olub. Bu illərdə də Qüds Günü İran millətinin mübarizə günü olub və şükürlər olsun ki, digər xalqlar da bu il o hərəkəti geniş miqyasda müşayiət ediblər.
Əlhəmdülillah, inqilabın əvvəlindən xalqımızın vəhdəti olub və bu vəhdət bir çox hallarda xalqın çətin və keçilməz yollarını aça bilib. Bu vəhdət qorunmalıdır. Düşmən İran millətinin vəhdətinə qarşıdır.