Hidden in list: 
Show in list
Fələstin xalqını, hətta qeyri-müsəlman millətləri müdafiə edir Plakat

Fələstin xalqını, hətta qeyri-müsəlman millətləri müdafiə edir

Qüds Günü təkcə İranda və Tehranda deyil, hətta qeyri-müsəlman dünyasının paytaxtlarında belə, insanlar Fələstin xalqını himayət və onları müdafiə edirlər.
İmam Xomeyni İslam aləmini mənfi təsirlərdən qorudu Plakat

İmam Xomeyni İslam aləmini mənfi təsirlərdən qorudu

İslami oyanış cərəyanını İmam Xomeyni işə saldı. İslam dünyasında təsir altına düşmə və durğunluq dövrü İmam Xomeyninin hərəkəti ilə zəiflənməyə və yox olmağa doğru irəlilədi. Bu gün İslam ümməti İslam İnqilabının qələbəsindən və İmam Xomeynidən əvvəlki dövrə nisbətən daha aktiv, yüksək fəaliyyətli, daha hazırlıqlı və daha canlıdır.
İmam Xomeyni Fələstin hərəkatına can verdi Plakat

İmam Xomeyni Fələstin hərəkatına can verdi

Hamı başa düşdü ki, Fələstin zəminində yeni bir dövran başlayıb. (İmam Xomeyninin hərəkatı) Fələstin xalqının solğun bədəninə can verdi. Bu gün siz görürsünüz ki, Fələstin xalqı (meydanda) öz hüzurunu qüvvətlə, qüdrətlə isbat edir və həmçinin öz sözünü dünyaya çatdırır.
Dünya hegemonları mənəviyyatla tam ziddirlər Plakat

Dünya hegemonları mənəviyyatla tam ziddirlər

Əlbəttə, bu axırıncı mövzu (mənəviyyatı diriltmək) həmin qüdrət mərkəzlərinin şiddətli qarşılıq verməsinə tuş gəldi və bu gün dünya səviyyəsində və harada bacarsalar, mənəviyyata hücumu daha böyük maraqla və öz məxsus metodları ilə qabağa aparırlar. Onların bəzi metodları o qədər biabırçı formadadır ki, insan adını dilə gətirməkdən xəcalət çəkir.
İmam Xomeyni bu dəyişiklikləri iman və ümidlə yaratdı Plakat

İmam Xomeyni bu dəyişiklikləri iman və ümidlə yaratdı

İmam Xomeyninin İslam İnqilabını həyata keçirməkdən ötrü nə pulu, nə təbliğat vasitələri, nə radio, nə də xəbər agentliyi var idi və dünya dövlətlərinin heç biri onu himayət etmirdilər. Ona tarix boyu İranda, İslam ümməti səviyyəsində və dünya səviyyəsində bu dəyişikliyi icad etməyə kömək edən amil iman və ümiddən ibarət idi.
İran xalqı düşməni nakam qoydu Plakat

İran xalqı düşməni nakam qoydu

Qərblilər İranda iğtişaşlar üçün hərtərəfli plan hazırlamışdılar. Onların radio və televizorları utanmadan insanlara əl qumbaraları düzəltməyi öyrədirdi. Onlar İranın parçalanması şüarını təbliğ edirdilər. Lakin İran xalqı düşmənin arzusunu ürəyində qoydu.
Düşmənlər İranın kitabının bağlandığını düşünürdülər, amma... Plakat

Düşmənlər İranın kitabının bağlandığını düşünürdülər, amma...

Keçən payız İranda hazırlanmış iğtişalar Qərb ölkələrinin fikir otaqlarında (planlaşdırılmış) və onların media və silahlarının dəstəyi ilə, o cümlədən Qərbin təhlükəsizlik orqanlarının vasitəsilə ilə icra olundu. Qərbin bəzi yüksək məqamlı dövlət məmurları iğtişaşçılarla xatirə şəkilləri də çəkdirdilər. Elə düşünürdülər ki, İslam Respublikasının kitabı bağlandı.Axmaqlar yenə də səhv etdilər.
İmam Xomeyni Fələstin məsələsini İslam dünyasının ilk məsələsinə çevirdi Plakat

İmam Xomeyni Fələstin məsələsini İslam dünyasının ilk məsələsinə çevirdi

İmam Xomeyni İslami oyanış cərəyanını başlatdı. Fələstin məsələsi sionistlər və onların havadarlarına görə, bitmiş məsələ sayıldıqdan sonra İmam Xomeyninin İslam ümməti səviyyəsində yaratdığı dəyişikliklə İslam dünyasının ilk məsələsinə çevrildi. Bu gün Fələstin məsələsi İslam dünyasının ilk məsələsi sayılır.
İmam Xomeyni mənəviyyatı bütün dünya miqyasında diriltdi Plakat

İmam Xomeyni mənəviyyatı bütün dünya miqyasında diriltdi

İmam Xomeyni dünya miqyasında bir dəyişiklik yaratdı. İmam Xomeyni mənəviyyat fəzasını və mənəviyyata diqqəti dünyada və hətta qeyri-İslami ölkələrdə diriltdi. Mənəviyyat materialist siyasətlərin və mənəviyyata zidd olanların tapdağı altında aradan getmişdi.
Bu inqilab istibdadı azadlığa çevirdi Plakat

Bu inqilab istibdadı azadlığa çevirdi

İmam Xomeyninin yaratdığı İran xalqının İslam İnqilabı dünya hegemonlarının təyin etdiyi, qüdrətlərin müqabilində zəlil olan və İslama zidd bir nizamı (sistemi) meydandan çıxardı və müstəqil, xalqmehvər, milli izzətə söykənən bir nizamı onun yerinə gətirdi. Bu inqilab istibdadı azadlığa çevirdi.