Siz Amerikanın əziz cavanları, tarixin dəyişildiyi bir dönəmdə hal-hazırda tam düzgün tərəfdə dayanmısınız. Siz indi müqavimət cəbhəsinin bir bölməsini təşkil etmisiniz və açıq-aşkar şəkildə qəsbkar və rəhmsiz sionist rejimini müdafiə edən dövlətinizin rəhmsizcəsinə təzyiqləri altında bu şərəfli mübarizəni başlamısınız.
Ərəb liderlərinin Manamada keçirilən son görüşündə Fələstin və Qəzzaya qarşı çoxlu səhlənkarlığa yol verildi, lakin bəzi ölkələr də yaxşı addım atdılar.
Əqsa fırtınası sionist rejimin bütün Qərbi Asiya məntəqəsinin siyasət və iqtisadiyyatına hərtərəfli yiyələnmə planını sona çatdırdı və (sionist rejimin) bu planı yenidən dirçəltməsinə də ümid yoxdur.
Eynilə müqavimət sayılan Suriyanın səciyyəvi kimliyi mərhum Hafiz Əsəd dövründə və "Dirəniş və müqavimət cəbhəsi"nin yaradılması ilə formalaşıb. Bu kimlik Suriyanın milli vəhdətinə hər zaman kömək edib.
Cənab Prezident Bəşər Əsəd, siz "Nə qədər geri çəkilsək, düşmən tərəf irəli gələcək", deyə buyurdunuz. Dediyiniz bu söz düzdür və bunda heç bir şübhə yoxdur. Bu söz 40 ildən artıqdır ki, bizim şüarımız və etiqadımızdır.