İran milləti helikopter hadisəsindən bəhrə əldə edəcəkdir Plakat

İran milləti helikopter hadisəsindən bəhrə əldə edəcəkdir

Millətimiz, əlhəmdulillah, dayanıqlı və ayıqdır və bizim Allah-təalaya etimad və təvəkkülümüz çoxdur. İnşallah, İran milləti bu hadisədən bəhrə əldə edəcəkdir.
Xalq inqilaba bağlı olduğunu bu hadisədə göstərdi Plakat

Xalq inqilaba bağlı olduğunu bu hadisədə göstərdi

Prezidentin helikopteri qəzaya uğradıqdan sonra xalqın məhəbbət və ehtiramını büruzə verməsi və onun salamatlığı üçün dua etməsi bu xalqın inqilaba və İslam inqilabının şüarlarına bağlı olduğundan xəbər verir.
Fərqli cümə namazı Plakat

Fərqli cümə namazı

Mərhum Ali Haşim Təbrizin imam-cüməsi təyin olunduğu zamandan bu namazı məhz fərdi ibadət əməlindən ibadət, mənəviyyat, xidmət və xalqmehvər bir əmələ çevirdi.
İmam Xomeyninin Fələstin barədə nəzəri Plakat

İmam Xomeyninin Fələstin barədə nəzəri

    İmam Xomeyninin nəzəri bu idi ki, Fələstin xalqının özü öz haqlarını geri qaytarmalı, dünya xalqları və müsəlman dövlətləri onları dəstəkləməlidirlər. Əgər belə olarsa, sionist rejim geri çəkilməyə məcbur qalacaqdır.
Qərbin bəşər hüququ ayıq vicdanlara aşkar oldu Plakat

Qərbin bəşər hüququ ayıq vicdanlara aşkar oldu

Sionistlər tərəfindən Qəzza soyqırımının törədilməsi və dırnaqarası liberal Qərb hökumətlərinin bu qaniçən canavarı dəstəkləməsi Qərbdə azadlıq və bəşər hüquqlarının mənasını vicdanları oyaq olanlar üçün aşkar edir.
Biz ayıq vicdanları dəvət edirik ki,... Plakat

Biz ayıq vicdanları dəvət edirik ki,...

Biz dünyada ayıq vicdanları dəvət edirik ki, onlar zülmə, fəsada, qadın izzəti, həyat yoldaşı və analıq məqamının aşağı salınmasna və dini mənəviyyatdan uzaq düşən hökumətlərdə başqa problemlərə diqqət yönəltsin, habelə İslami hökmranlıq proqramı üzərində düşünsünlər.
Ən yaxşılarından birini itirdik Plakat

Ən yaxşılarından birini itirdik

Bu səmanın altında ən yaxşı məmurlarımızdan birini itirdik, ən yaxşılarından birini itirdik. Başqa yol yoxdur, bunlara Allah-təalanın yolunda dözmək lazımdır.
İmamın mühüm vəsiyyəti Klip

İmamın mühüm vəsiyyəti

Onun xəstə yatağına çatdıqda halım dəyişdi, özümü saxlaya bilmədim və ağlamağa başladım, narahat oldum. Sonra o, mehribanlıq göstərdi və məhəbbətlə baxdı. Bir neçə cümlə dedi və o qısa cümlələri zehnimdə saxladım. Çölə çıxdım və o cümlələri yazmağa başladım. İmamın (r.ə) eynilə dediklərini yazdım, özümdə saxladım. Onun zehnində ən mühüm sözü də adəti üzrə, orada gərək bizə deyərdi, yəni həssas bir mövqe idi və mən də məsuliyyət daşıyırdım (hökumət başında idim). Onun dediyi cümlə: "Kafirlərə qarşı sərt olun və öz aranızda isə mehriban". Zənnimcə, İmamın vəsiyyəti (İmamın yazdığı otuz səhifəlik vəsiyyət) bu bir neçə cümlə ilə xülasələşə bilər. Güclü olun, zəiflik göstərməyin, Allaha söykənib, zalımlara qarşı sərt, öz aranızda isə mehriban olun. Əgər birgə olsanız, heç kəs sizə zərər yetirə bilməz.
Sərhədsiz rəhbər Plakat

Sərhədsiz rəhbər

İmam Xomeyni sürgün olan dövrdə bu nadir və sözün həqiqi mənasında müstəsna olan kişinin şəxsiyyətinin bilinməyən və yeni xüsusiyyətləri üzə çıxdı. Yəni insanın böyük şəxsiyyətlərin həyatında nadir hallarda müşahidə etdiyi xüsusiyyətlərdən söz gedir. Birincisi, İmam Xomeyni bir ideoloq mövqeyində yer alır və yeni bir hökumət, nizam, bina və təşkilatın proqramını cızır... İkincisi isə, bu şəxsiyyət İranda olmamasına rəğmən, uzaq bir məkandan 14 il ərzində İranda İslami mübarizə və İslami hərəkat məsələlərinə sözün həqiqi mənasında rəhbərlik edir.​
İnqilab Rəhbərinin İmam Xomeyninin vəfatının 35-ci ildönümü mərasimində iştirakı və çıxışı Xəbər

İnqilab Rəhbərinin İmam Xomeyninin vəfatının 35-ci ildönümü mərasimində iştirakı və çıxışı

İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər 03.06.2024-cü il tarixdə İmam Xomeyninin 35-ci ildönümü mərasimində iştirak edərək İran İslam İnqilabı banisini sevənlərin cəmi arasında xütbə etdi.