İnqilab Rəhbərinin Allah evini ziyarət edən hacılara mesajı Mesaj

İnqilab Rəhbərinin Allah evini ziyarət edən hacılara mesajı

Ayətullah Xamenei İbrahimi Həcc mövsümünün gəlişi münasibətilə Allah evini ziyarət edən hacılara mesaj ünvanlayıb.
Ayətullah Əl-Üzma Seyid Əli Xameneinin Həcc ziyarəti məsulları ilə görüşündə etdiyi çıxış Tam mətn

Ayətullah Əl-Üzma Seyid Əli Xameneinin Həcc ziyarəti məsulları ilə görüşündə etdiyi çıxış

Allah evinin ziyarətçilərinin vəhy diyarına göndərilməsi ərəfəsində olunan çıxış
Şəhidin Allaha xatir bütün sevdiklərindən keçməsi Plakat

Şəhidin Allaha xatir bütün sevdiklərindən keçməsi

Şəhidin balaca övladları vardır,–təbii ki, cavandır və iki-üç övladı vardır,– bunlara bağlıdır, xanımına bağlıdır, ata və anasına məhəbbəti vardır, lakin Allaha görə, habelə dinin, İslamın və inqilabın müdafiəsindən ötrü öz övlad və xanımına olan şiddətli məhəbbətindən keçir, bunları tərk edir və gedir.  
Şəhidlik anı şəhidin ilkin rahatlıq anıdır Plakat

Şəhidlik anı şəhidin ilkin rahatlıq anıdır

  Şəhid üçün şəhid olduğu an onun ilkin rahatlıq anı olsa da, ata-anası və həyat yoldaşı üçün ilk əziyyətləridir. Şəhid bu dünyadan gedəndə Allah qatında Allahın öz qonağı olur, ruzisini Allah özü verir və onun ilkin rahatlığıdır. Bəs ata, ana və həyat yoldaşı üçün necə? Əzizlərinin şəhid olduğunu eşidəndə onların iztirabları elə oradaca başlayır, daha bitmək bilmir.
Övladlarını özləri dəfn edən şəhid anaları Plakat

Övladlarını özləri dəfn edən şəhid anaları

Mən öz övladlarını özləri dəfn edən və dəfn hazırlıqlarını özləri görən şəhid analarını ziyarət etmişdim. Məgər bunlar zarafatdır? Əgər biz bunları görməsəydik və görən şəxslərdən də eşitməsəydik, ümumiyyətlə inanılası bir şey deyildi, amma bunlar baş veribdir.  
Döyüş meydanından kənarda olan mücahidlər Plakat

Döyüş meydanından kənarda olan mücahidlər

Cihad adı gələndə insanın gözünün qarşısına ilk olaraq meydanda döyüşən gənc döyüşçü gəlir. Bəli, o, Allah yolunda mücahiddir. Lakin təkcə o, deyil, meydandan kənarda olan mücahidlər də vardır. Evində döyüşçülər üçün çörək bişirən xanım da mücahiddir.
İmam Baqirin (ə) dövründə ən çətin İslami cihad Plakat

İmam Baqirin (ə) dövründə ən çətin İslami cihad

    Əgər kimsə İmam Baqirin (ə) öz imamət dövründə İslami cihadın ən çətin yüklərini öz öhdəsinə götürdüyünü iddia edərsə, bihudə iddia etməyibdir. İmam Baqir (ə) elə bir dövrdə məsuliyyət yükünü öz çiyninə götürürdü ki, İslam aləmi tağut hökumətinin, yəni qəddar Mərvani xəlifələrinin ağır yükləri altında əyilmişdi. ​İmam Baqir (ə) bu müddət ərzində vəziyyəti elə yerə çatdıra bildi ki, ixlaslı fədakar şiə İmam Baqirin (ə) vəfatından sonra qısa bir müddət ərzində İslami və Ələvi hökumətinin hakim olmasının intizarında idi.
Şəhidlər ölkəmizin qəhrəmanlarıdır Plakat

Şəhidlər ölkəmizin qəhrəmanlarıdır

Şəhidlər ölkəmizin qəhrəmanlarıdır. Bəzən bir xalq arasında bir nəfər qəhrəman kimi tanınır. Onun həyat xatirələri və təfərrüatları insanlar üçün əhəmiyyət kəsb edir. Şəhidlərimizin hamısı qəhrəmandırlar.
Şəhidlər ən üstün qəhrəmanlardır Plakat

Şəhidlər ən üstün qəhrəmanlardır

Məmləkətimizdə şəhidlərdən üstün qəhrəman yoxumuzdur.
Şəhidlər gənclərə örnəkdirlər Plakat

Şəhidlər gənclərə örnəkdirlər

Gənclərimizə örnək lazımdır. Şəhidlər örnəkdirlər. Bunların xatirəsi yaşamalıdır. Şəhidlərin xatirəsini kim yaşada bilər? Ataları, anaları, həyat yoldaşları və ailələri.