Düşməni tanımağın zəruriliyi Plakat

Düşməni tanımağın zəruriliyi

Qələbənin vacib bir şərti budur ki, düşməni və onun bacarıqlarını (qüdrətini) tanımaqla yanaşı, ondan qorxmayaq. Əgər qorxsanız, məğlub olacaqsınız. Düşmənin təhdidindən, nərə və təzyiqindən qorxmamaq lazımdır.
Düşməni zəif və bacarıqsız təsəvvür etməyək Plakat

Düşməni zəif və bacarıqsız təsəvvür etməyək

Düşməndən qəflət etməyək. Düşmənin məkr, hiylə və (hiyləsini həyata keçirmək üçün) vasitələri vardır. Düşməni zəif və bacarıqsız təsəvvür etməyək. Düşməni zəif və çarəsiz hesab etmək olmaz.
Yumşaq güc sərt gücdən daha təsirlidir Plakat

Yumşaq güc sərt gücdən daha təsirlidir

Yumşaq güc sərt gücdən daha nüfuzedici və təsirlidir. Buna görə də Amerika bütün hərbi və nüvə avadanlığının olmağına baxmayaraq, Hollivuda pul xərcləyir. Amerika Əfqanıstanda və İraqda 20 il milyardlar xərclədi və axırda da xalqın nifrətini qazanaraq qaçmağa məcbur oldu. Bu, sərt gücün müvəqqəti təsirinə görədir.
Cinayətkarın hədiyyəsi Plakat

Cinayətkarın hədiyyəsi

Əqsa fırtınası əməliyyatı başlanandan sonra ABŞ cinayətkarların cinayətlərinin qəti şəkildə ortağıdır. Bu cinayətdə Amerikanın əli məzlumların, uşaqların, xəstələrin, qadınların və bu minvalla xirtdəyə qədər başqalarının qanına batıb. (Bu cinayəti) İdarə edən Amerikadır. Əgər ABŞ-ın himayə və silah dəstəyi olmasaydı, fasid, saxta və yalançı sionist rejim Əqsa fırtınası əməliyyatının ilk həftəsində məhv olub aradan gedərdi.
Müqavimət və təslim olmaq ikiliyi məntəqəyə hakim olub Plakat

Müqavimət və təslim olmaq ikiliyi məntəqəyə hakim olub

Qərblilər bu məntəqədə qondarma ikilik tətbiq etdilər; ərəb və qeyri-ərəb, şiə və sünni ikiliyi. Bu gün məntəqədə bu qondarma və məcburi tətbiq olunan ikiliyin əvəzinə yeni bir ikilik hakim oldu və o da müqavimət və təslim olmaq ikiliyidir.
Məntəqədə siyasi coğrafi xəritə müqavimətin xeyrinə dəyişdi Plakat

Məntəqədə siyasi coğrafi xəritə müqavimətin xeyrinə dəyişdi

Qərbi Asiyanın siyasi coğrafi xəritəsi müqavimətin xeyrinə olaraq dəyişdi. Müqavimət qalib oldu. Tədricən hakimiyyət əldə edən bu yeni xəritənin birinci xüsusiyyəti Amerikanı (məntəqədən) təmizləməkdir. Amerika təmizləmə, yəni məntəqədə Amerika hökmranlığını rədd etmək.
Qərblilərin idman sahəsində də olan ikili standartları Plakat

Qərblilərin idman sahəsində də olan ikili standartları

Qərblilər deyirlər ki, idman siyasi deyil, lakin ehtiyac duyduqları zaman idmanı ən pis formada siyasiləşdirirlər. Döyüş bəhanəsi ilə bir ölkəni bütün idman müsabiqələrindən məhrum edirlər, amma soyqırım və Qəzzada beş min uşağın qətlini görməzlikdən gəlirlər.
Fələstində xaincəsinə Plakat

Fələstində xaincəsinə "İki dövlət" yaratmaq planı baş tutmadı

Amerikanın yeni "Orta Asiya" təşkil etmə planı bütünlüklə nakam qaldı. Hizbullahın aradan getməsi onun planlarının bir hissəsi idi, lakin Hizbullah on qat artıq gücləndi. İraq və Suriyanı udmaq istəyirdilər, bacarmadılar. Fələstin məsələsini xaincəsinə "İki dövlət" (İsrail və Fələstin dövləti) yaratmaq planı ilə qəsbkar rejimin xeyrinə bitirməyi də bacarmadılar.
Düşmənlər bilsinlər ki, Əqsa fırtınası sönən deyildir Plakat

Düşmənlər bilsinlər ki, Əqsa fırtınası sönən deyildir

Təqribən bu 50 gündə baş verən faciələr sionist rejimin Fələstində 75 il törətdiyi cinayətlərin xülasəsidir... Bilsinlər ki, Allahın güc və qüvvəsi ilə bu vəziyyət davam gətirməyəcəkdir və Əqsa fırtınası sönən deyildir.
Fələstindəki hökumət formasını xalqın rəyi təyin edəcək Plakat

Fələstindəki hökumət formasını xalqın rəyi təyin edəcək

Dünyada bəziləri yalandan deyilər ki, İran deyir ki, yəhudi və sionistləri gərək dənizə töksünlər. Xeyr, biz heç zaman bunu demədik. Biz deyirik ki, xalqın rəyi müəyyən etməlidir. Fələstin millətinin rəyi ilə təşkil olunacaq dövlət başqa ölkələrdən gələn insanların qalıb-qalmayacağı haqda qərar verəcəkdir.