Terrorist Qəzzanı bombardman edənlərdir Plakat

Terrorist Qəzzanı bombardman edənlərdir

Sionist rejim gəlib qarşı tərəfin əkin sahələri və yaşayış evlərini orada şəhərcik salsın deyə buldozerlə məhv edir və fələstinli də ondan zorla alınmış evini müdafiə edir. O, terroristdir? Terrorist bunları bombardman edən kəslərdir.​
Sionistlərin yaratdığı faciə nəticəsizdir Plakat

Sionistlərin yaratdığı faciə nəticəsizdir

Qəzza əhalisini bombalamaqla sionist rejimin yaratdığı faciə nəticə verməyəcəkdir.​
İrana olan sanksiyaların əsas səbəbi Plakat

İrana olan sanksiyaların əsas səbəbi

Biz illərdir ki, Amerika və Avropanın kəskin sanksiyaları ilə üz-üzəyik. Bu sanksiyaların hədəfi nədir? Yalandan deyirlər ki, bu, nüvə silahı və bəşər hüququna görədir. Xeyr, bunlar deyil. Terrorizmi dəstəklədiyinə görə İrana sanksiya tətbiq edirlər. Onların gözündə terrorist kimdir? Qəzza əhalisi.​
Rəhbərin sözlərinin təkrarı məqsədsiz deyil Plakat

Rəhbərin sözlərinin təkrarı məqsədsiz deyil

Düşmən deyir ki, rəhbərin sözlərinə qulaq asmayın, rəhbərin sözləri təkrardır. Budur təkrar? İllərdir, düşmən yüksək səslə bəyan edir ki, biz İslam Respublikasını diz çökdürmək istəyirik, amma rəhbər bunun müqabilində buyurur ki, qələt edirsiniz! Bu, təkrar deyil, əzmkarlıqdır.
Sionist rejim daha tez aradan getmək istəyir Plakat

Sionist rejim daha tez aradan getmək istəyir

Biz bir neçə il əvvəl demişdik ki, sionist rejim 25 il sonranı görməyəcək. Onlar tələsidilər və daha tez getmək istəyirlər.
Dünyadakı siyasi dəyişiklikdə İslam Respublikasının düşmənləri zəifləyirlər Plakat

Dünyadakı siyasi dəyişiklikdə İslam Respublikasının düşmənləri zəifləyirlər

Dünya nizamı böyük siyasi dəyişikliyə məruz qalmaqdadır. Bu dəyişikliyin iki xüsusiyyəti var: çox sürətlə həyata keçir və İslam Respublikası düşmənlərinin cəbhəsini zəiflətməyə yönəlib.
Amerika günbəgün daha da zəifləyir Video

Amerika günbəgün daha da zəifləyir

Obamanın başçılıq etdiyi Amerika Buşun başçılıq etdiyi Amerikadan daha zəif idi, Trampın Amerikası Obamanın Amerikasından daha zəif idi, bunun (Baydenin) Amerikası da Trampın Amerikasından daha zəifdir. Niyə deyirik zəifdir? Əvvəla, iki-üç il əvvəl Amerikada seçkilər zamanı ikiqütblülük yarandı. Bu ikiqütblülük hələ də şiddətli şəkildə öz gücündə qalır.Təbii ki, bu da zəiflikdir. Bu mətləb çox mühümdür. Bir neçə ay öncəki konqresdəki son seçkilərdə də məlum oldu ki, bu ikiqütblülük hələ də güclü şəkildə mövcuddur.
Düşmən nə qədər güclü olsa da, məğlub edə bilərik Video

Düşmən nə qədər güclü olsa da, məğlub edə bilərik

Düşmənin zahiri baxımdan möhkəm və hərtərəfli hesablamalarının tamamilə məğlub edilə bilən olduğunu unutmamalıyıq. Gəlin indi bu deyəcəklərimi apardığımız bütün hesablamaların bir hissəsi qərar verək. Düzdür ki, düşmənin güclü informasiya sistemi, güclü hesablama sistemi, yaxşı silahlı qüvvələri və həmçinin çoxlu pulu var, lakin bunların hamısına baxmayaraq, insanın öz hesablamaları ilə düşməni məğlubiyyətə düçar etməsi tamamilə mümkündür. Əgər ağıl ilə məsələyə baxsaq və işin başını buraxmadan onun arxasınca getsək, düşmənin bütün cəhdləri məğlubiyyətlə sonlana bilər.
Sionist rejimin tənəzzülü Video

Sionist rejimin tənəzzülü

Bu gün Allaha şükürlər olsun ki, qəsbkar rejimin tədricən tənəzzülə uğramasının şahidi oluruq. Bunu dünyada hamı görür. Qəsbkar rejim tədricən tənəzzülə uğrayır. Tənəzzül sürəti günü-gündən artır. Bu tənəzzül bir neçə ildir ki, başlayıb, lakin son vaxtlar onun sürəti daha da artıb. Bu, çox böyük bir fürsətdir.
Müqavimət cəbhəsi haqlı yerə təşkil olunub Plakat

Müqavimət cəbhəsi haqlı yerə təşkil olunub

Qəzza hadisələri müqavimət cəbhəsinin haqlı yerə təşkil olunmasını göstərdi. Bu hadisələr Qərbi Asiya regionunda müqavimət cəbhəsinin olmasının ən həyati məsələlərdən biri olduğunu göstərdi. Bu müqavimət cəbhəsi günü-gündən gücləndirilməlidir.​