13/11/2025
Səfirliklər yerləşdikləri ölkə haqqında məlumat toplayırlar. Bunun heç bir eybi yoxdur. Lakin 1978-ci ilin 4 noyabr tarixində gənclərimiz Amerika səfirliyini ələ keçirdilər və səfirliyin İslam inqilabını aradan aparmaq üçün bir fitnə mərkəzi olduğunu göstərən sənədlər tapdılar.      Ayətullah Əl-Üzma Seyid Əli Xamenei    03.11.2025 
30/06/2023
Həcc ziyarətinə Avropadan, Afrikadan, Asiyanın hər tərəfindən, filan siyasətə meyli olan ölkələrdən, ya başqa bir siyasətə meyli olan ölkələrdən gələnlər vardır və bir sözlə, hər cür insan gəlir. Dünya məsələlərindən yaxından agah olmağınız üçün əlinizdə meydan var, fürsət var, nəinki bu məlumatları hansısa yalan məlumatlarla dolu qəzetdən, ya bütün dünya boyu yalan məlumatlar, yalan şayiələr yayan və həqiqətləri əksinə göstərən xəbərlərdən ələ gətirəsiniz. Bunları yaxından bilə bilərsiniz. Həcc budur, təbii ki. Həccə bu baxış tərzi ilə baxmaq lazımdır.