“Düşmənə qarşı bacardığınız qədər güc-qüvvə tədarük görün...”
Ərbəin yürüşü İslamın, həqiqətin və İslami müqavimət cəbhəsinin gücüdür ki, bu cür milyonluq möhtəşəm yığıncaq Kərbəlaya, Hüseynə, fədakarlıq və şəhadətin iftixarlı zirvəsinə doğru yola çıxır və bütün dünyanın azad insanları ondan dərs almalıdır.
Onlarla ölkədən Ərbəin yürüşündə iştirak edir və İraq xalqının qonağı olurlar. Gəlin, bu yürüşdə müsəlman qardaşlar arasında möhkəm bağları daha da gücləndirək; İraq və qeyri-İraq, şiə və sünni, ərəb, fars, türk və kürd arasındakı bağlar. Bu bağlar səadətin mənbəyi və Rəbbimizin rəhmət nişanəsidir.