Həqiqətən də, İslamın İmam Hüseynin qiyamı ilə qorunduğuna dair bu etiqad düzgün bir etiqaddır. Təxminən yüz il əvvəlki dövrlə müqayisədə insanların dindarlığına zahirən bu günkü qədər qarşı çıxanlar yox idi, amma bu gün keçirilən mərasimlər daha coşqulu, daha təsirli və daha geniş miqyasda keçirilir. Bütün bunlar Hüseyn ibn Əlinin (ə) rəhbərliyi ilə dünyada irəliləyən bir həqiqətin və bir cərəyanın göstəricisidir. Bu cərəyan yol açacaq və xalqların düyünlərini açacaqdır.
Əgər şiə tarixinin Əmirəlmöminin (ə), İmam Həsən (ə), İmam Hüseyn (ə) və Xanım Fatimeyi-Zəhra (s.ə) kimi böyük simaları olmasaydı, bu gün kitab səhifələrində nəinki təkcə şiədən, əksinə, İslamdan bir əsər-əlamət tapılmazdı. İslamı mən və sizlər üçün qoruyub-saxlayan Əlinin (ə) adı, xatırlanması və bu böyük şəxsiyyətlərin şəhadət və fədakarlıqlarını xatırlamaq olmuşdur.