Tarixi baxımdan, şübhəsiz ki, ölkənin gələcək tarixində bu gün, şübhəsiz ki, xalq üçün qürur və zəfər günü olacaq. Bu elə bir gündür ki, gənclərimiz şücaət sərgilədilər, dünya siyasətçilərinin qorxduğu bir qüdrətin qarşısında. Cürət etdilər, qorxmadılar, onun səfirliyinə hücum etdilər, bir məntiqlə, bir səbəblə, bir dəlillə ki, indi mən izah edəcəyəm.
Bu gün iftixar olunası bir gündür. Bu gün qələbə günüdür. 13 aban (4 noyabr 1979) tarixi baxımdan belə bir gündür. 13 aban elə bir gündür ki, tələbələrimiz gedib ABŞ səfirliyini ələ keçirdilər. Bu, tariximizdə, milli yaddaşımızda qalmalı olan günlərdən biridir, unudulmamalıdır, xalqımızın hamısı ondan xəbərdar olmalıdır.
Şükür ki, ölkədə məlumat mənbələri də mövcuddur və həmin günün bir çox məsələlərini müxtəlif kitablarda və bu mövzuyla bağlı xüsusi yazılmış kitablarda oxumaq və öyrənmək olar. Bu, tarixi cəhətdəndir. Amma kimlik baxımından: bu daha önəmlidir.
Səfirliyin ələ keçirilməsi ABŞ-ın həqiqi kimliyini aşkara çıxardı. İslam hərəkatının və İslam inqilabının həqiqi və mahiyyət etibarilə kimliyini də aydınlaşdırdı və müəyyən etdi. Bu hadisənin kimlik təsiri budur.
“Düşmənə qarşı bacardığınız qədər güc-qüvvə tədarük görün...”
Ərbəin yürüşü İslamın, həqiqətin və İslami müqavimət cəbhəsinin gücüdür ki, bu cür milyonluq möhtəşəm yığıncaq Kərbəlaya, Hüseynə, fədakarlıq və şəhadətin iftixarlı zirvəsinə doğru yola çıxır və bütün dünyanın azad insanları ondan dərs almalıdır.
Həqiqətən də, İslamın İmam Hüseynin qiyamı ilə qorunduğuna dair bu etiqad düzgün bir etiqaddır. Təxminən yüz il əvvəlki dövrlə müqayisədə insanların dindarlığına zahirən bu günkü qədər qarşı çıxanlar yox idi, amma bu gün keçirilən mərasimlər daha coşqulu, daha təsirli və daha geniş miqyasda keçirilir. Bütün bunlar Hüseyn ibn Əlinin (ə) rəhbərliyi ilə dünyada irəliləyən bir həqiqətin və bir cərəyanın göstəricisidir. Bu cərəyan yol açacaq və xalqların düyünlərini açacaqdır.
Həzrət Zeynəbi-Kübra (s.ə.) “Təlle- Zeynəbiyyə”nin zirvəsinə çıxıb Peyğəmbərə (s) xitabən dedi: “Ya Rəsuləllah (s)! Asimanın Mələklərinin salamı üzərinə olsun. Bu sənin bədəni qana boyanmış, bədən üzvləri doğranmış, əmmaməsi və paltarı qarət edilmiş Hüseynindir”. O, İmam Hüseynin (ə) rövzəsini oxumağı başladı və gizli qalmasını istədikləri əhvalatı uca səslə danışdı. İmamın əziz bacısı istər Kərbəlada, istər Kufədə, istərsə də Şam və Mədinədə Aşura hadisəsini uca səslə bəyan etdi. Bu çeşmə elə həmin gündən qaynamağa başlayıb və bu gün də qaynamaqdadır. Bu hadisə Aşura hadisəsidir.
Biz bu gün Hüseyn ibn Əlini dünyaya tanıtmağa ehtiyac duyuruq. Zülmə, fəsada, alçaqlıq və rəzalətə düçar olmuş dünya Hüseynin təcəssüm etdirdiyi azadlıq və hürriyyət dəyərlərinə möhtacdır. Bu gün dünya xalqlarının, gənclərinin və qərəzsiz xalqların belə bir həqiqət üçün ürəkləri döyünür.
“Kömək yalnız yenilməz və hikmətli Allahdandır” (“Ali-İmran”, ayə 126). Allah-təala İran xalqını, həqiqəti və haqqı mütləq və qəti şəkildə qalib edəcək, inşəallah.