“Kömək yalnız yenilməz və hikmətli Allahdandır” (“Ali-İmran”, ayə 126). Allah-təala İran xalqını, həqiqəti və haqqı mütləq və qəti şəkildə qalib edəcək, inşəallah.
Bu məğrur,cahil və təəssübkeş Bu gün öz ayağı ilə qəbrinin qazıldığı mübarizə meydanına qədəm qoyub. Bütün xalq hazırdır, hamımız vuruşacağıq. Xalqımız Əli ibn Əbu Talibin bu kəlamına inanıb. O Həzrət İslam döyüşçülərinə xitabən buyurdu: İzzət və şərəflə ölüm, zillət və alçaqlıqla yaşamaqdan üstündür. Qəbul edib və razılaşıb ki, əgər güclü hegemonların hökmranlığı altında məğlub halda sağ qalsa, həqiqətdə ölüdür. Əgər qanına boyana, lakin hegemon güclərin qanlı caynağını kəsmiş olarsa, onda diridir. Biz illərdir döyüş meydanını sınaqdan keçirmişik. Biz döyüş meydanına doğru uçaraq gedirik. Bizim döyüş meydanına getməyimizdə məğlubiyyət yoxdur. Allah məğlubiyyət yolunu üzümüzə bağlayıb. Təyyarəni nəzərə aldılar, amma millətləri nəzərə almadılar. Bizi bütün tağut rejimlərindən fərqləndirən şey məhz budur. Bizim gücümüz iman gücü, Allahın gücü və insan gücüdür. Bu güc məhv olmaz bir gücdür. Allahın nişanəsinin zahir olması nəzərdə tutulub Ey Allahın əsgərləri, qərar verilib ki, hegemon güclərin ərazilərini fəth etməyə gedək. Müharibə bizim üçün müqəddəs və mübarək bir işdir.
Sionist düşmən böyük bir səhvə yol verib, böyük bir cinayət törədib və mütləq şəkildə cəzalandırılmalıdır. Sionist düşmən hazırda cəzalandırılmaqdadır. Elə bu anda da cəzalandırılır.
Sionist rejim böyük bir səhvə və xətaya yol verdi, qələt etdi və Allahın köməyilə bu cinayətin nəticələri onu aciz və rəzil vəziyyətə salacaq.İran xalqı dəyərli şəhidlərinin qanını yerdə qoymayacaq və ölkəsinin hava məkanına edilən təcavüzə göz yummayacaq.
Biz bu böyük cinayətdən sonra sionistlərin salamat qurtulmasına yol verməyəcəyik.Şübhəsiz, İran İslam Respublikasının Silahlı Qüvvələri bu xəbis sionist düşmənə ağır zərbələr endirəcək.